news-inner
clock09:36 calendar-gray 28 Mart 2016 view-gray237 dəfə oxunub
view-gray237 dəfə oxunub

Sözə sığmayan şeylər - Cavanşir Yusifli yazır

.... Şeir heç də həmişə yazılan şeylər deyil, yazılanın arxasından boylanan və bir qayda olaraq, sözə sığmayan şeylərdir. Bunu bir məqalədə yazmışdım. İndi yada düşdü. Ümumiyyətlə, məndə yaddaş problemi hərdən başıma belə “oyunlar açır”. Kimsə nəsə deyir, mən ondan xəbərsiz, yəni, o “danışan” mətni oxumadan nəyisə qəfil yada salıram, bu iki mətn qarşılaşanda çaşıram, axı mənim yaddaşımı belə incidən nədir, niyə mən kiməsə cavab verməyə heç zaman macal tapmıram? Bunlar bilinməyəcək... elə bilinməsə yaxşıdı.

Bu gün Fərid Hüseyninşeiri yadıma düşdü: “Anlayıram”. Fərid rəngli, rəngarəng mətnlər yazır. Fərid uşaqlığını xatırlamağa macal tapmır, çünki əli əlindədir həmişə, şair demişkən: “Ömür harda yaşansa, tale orda qonaqdı...” Bir dəfə biri mənə bunu sual kimi vermişdi: Elə deyil? Dedim, bilmirəm. Yəni, belə sual verməzlər. Susarlar...

Niyə məhz bu şeirdən söz açmaq istədim? Halbuki Fəridin bundan daha mükəmməl şeirləri də var. Ancaq o mükəmməl şeirlər bu mətn qədər “həqiqi” deyil. Vaxtilə Heminquey deyirdi ki, mən həyatı mətnlərin içinə salıb onları həqiqət kimi göstərmək istəyirəm. Folkner məhz bu xüsusiyyətinə görə Heminqueyi böyük nasir, söz ustadı hesab edirdi.

Fəridin bu şeirini “həqiqi” edən nədir? Elə isə gəlin şeiri oxuyaq:

Siz insanları dəqiq görməkçün yox,
böyük görməkçün – böyütməkçün eynək taxırsız,
mən sizin gözlərinizi anlayıram.

Şərq əyninə Bağdad libası geyinib,
bombalar ölür uşaq cəsədlərində.
Mən sizin Şərqinizi anlayıram.

Ömrünüzün yarısını yaşamamış əllərim əsir,
görünür, mənim əllərimi anlayan olmadı.
indi bu titrək əllərlə divi buraxıb,
nəfsimi salmışam şüşəyə,
qanım gülaba dönür canımda.

Buynuzsuz qoçun heyfi

qalmadı buynuzlu qoçda, –
sonda tale oldu hər şey.

Yazılanlar soyutdu ürəkləri,
ona görə kağızda susdu sözlər,
mənsə saitlərlə samitləri ayrı salmamaqçün yazdım.

Yaş artıqca insan dünyaya qaytarır aldıqlarını,
bal yeyəndə unuduruq arı vızıltısını.
“İnsan nankordu”, deyir Kitab.

Siz ömrü süzüb bir əlli vurduz,
vicdan şüşəniz azalmadı amma,
mən bu doğruluğu anlayıram.

Şərqşünas Məsiağa Məhəmmədiyə həsr olunmuş bu mətndə sözə sığmayan şeylərdən danışaq. Məsələn, “mənsə saitlərlə samitləri ayrı salmamaq üçün yazdım...”. Yəni, mən “ürəkləri soyutmaqçün” yazmıram, belə olanda sözlər kağızda susur. Mən bəlkə də bu həyatı, hamının inandığı gerçəkliyi başımdan eləməkçün yazıram. Bu bir versiyadır. Başqalarını da deyə bilərəm, o qədər ki, kağızda susan sözlər qəlpələnib yox olar, uşaq cəsədlərində ölən bombalar kimi.

Bu versiyalardan nə qədər istəsən “süjet” qurmaq olar, ancaq şeirdə əsas süjet yox, mənadır, mənalar arasında oyun, daha dəqiqi, mənaların dilləşməsidir. “Ümumi ideya”... boş və cəfəng şeydir! Bu barədə danışmaq belə cahillikdir.

Fəridin bu şeiri sadəcə portret deyil, cizgiləri, konturları üzdə olan bir nəsnə deyil; şeirin həsr edildiyi bu adamı, onsuz da, hamı tanıyır, şair orijinal üsul seçir: tanınan, üzdə olan bir personajı böyük bir kütlənin içinə “buraxıb” onun içində gizlənən ən nadir şeyləri üzə çıxarmaq istəyir. Vaxtilə M.Məhəmmədi Qəzzalidən bəhs edən məqaləsində yazmışdı: “...ürəyin cövhəri bu aləmdən deyil, onun əsl mədəni İlahinin hüzurudur, oradan gəlmişdir və oraya da qayıdacaqdır...”.

Mən həmişə ancaq faktlardan yazan alimlərin əməyinə mat qalmışam. Qədim əyyamların faktlarını elə seçir və bir-birinə calayırlar ki, adam bunların içində özünü çox qərib hiss edir, birdən itib qalaram, - deyir, yad bir şəhərdə olduğu kimi. Halbuki, qədim əyyamlardan bir əsas şeyi götürüb astaca bu faktların içinə atsan, hər şey aydınlaşar, o uzaq mənzildən çox asanlıqla evinin qapısına qədər gələ bilərsən.

Məsələn belə: vaxtilə adını çəkdiyimiz alim Füzuli haqqında yazırdı: “Füzuliyə alim və filosof münasibəti şairin bədii irsini anlamaq baxımından bir şey vermir”. Ən əsası, onun fikrincə: “...sufizmin özü də, məsələn, Nəsimidən fərqli olaraq, Füzuli üçün poetik dünyaduyum, ifadə formasıdır...”. Amma adamlar bir qayda olaraq anlamırlar. Bu tezisin acığına cild-cild kitablar yazırlar. Şairləri sufizmin, daha hansı “izm”lərin içində dəfn edirlər. Bunu duyan, dərk edən adamların əlləri əsir. Ürək susur, çünki o, bu dünyada qəribdir.

Ona görə Fəridin şeirinin adı funksionaldır, mətnin qatlarını qaldırmağa, onları göstərməyə qadirdir: “Anlayıram”.

Demək, ürək bu dünyada qəribdir. Onun əsl mədəni İlahinin hüzurudur, oradan gəlmişdir, oraya da qayıdacaqdır. Həm də: mən sizin Şərqinizi anlayıram, təkcə cəhət kimi yox, şərqi kimi, içəridə bir ömür dustaq olan səsin batması kimi.

Fərid ona görə yaxşı mənada diksindirən şeirlər yaza bilir ki, iztirabı tanıyır, qanın canda gülaba dönməyini bilir. Mətndə sanki hər şey – bütün detallar bir həqiqəti təsdiqləmək naminə işlədilir, ancaq bütün bu təsdiqlər həm də oppozisiyaya xidmət edir, detallar bir-birinin içindən çıxır, bir-birinə qarşı durur və hamısı bir yerdə, bir anda susur.

“Kəpənək effekti”. Bu hadisə elmdən sizə məlumdur. Havanın çox duru, sakit bir məqamında adicə səsdən hər şey yerindən oyanır, əl-ələ, dodaq-dodağa tutub bizim inandığımız həyatı yerlə-yeksan edir bu səslər. Batini qatlara toxunan şeir də belədir...

Cavanşir YUSİFLİ

Oxşar xəbərlər

Xəbər lenti

Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
18:12 06 Avqust 2020
Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
17:08 06 Avqust 2020
Qremmi mükafatçısı həbs olundu
16:41 06 Avqust 2020
Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
15:57 06 Avqust 2020
Həsrətin gizli öpüşlərində güzgüləndi - Şeir
15:02 06 Avqust 2020
Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020