news-inner
clock13:18 calendar-gray 09 Mart 2016 view-gray268 dəfə oxunub
view-gray268 dəfə oxunub

Dəllək - "Ən yaxşı hekayəmiz"

“Beş ən yaxşı Azərbaycan hekayəsi”sorğusunda 100 hekayənin adı çəkilib.Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq.SiyahıəsasındaCəlil Məmmədquluzadənin Dəlləkhekayəsinitəqdim edirik.

Sadıq kişinin on yaşında oğlu Mәmmәdvәlinin gözlәri ağrıyırdı. Bir gün uşaq anasına dedi:

“Axı, Kәrbәlayı Qasımın oğlu Әhmәdin dә gözlәri ağrıyırdı. Dünәn Әhmәdnәn arxın kәnarında oynuyurduq. Әhmәd burun qanadan otnan burnunu qanatdı. Elә burnundan bir az qan axan kimi, Әhmәdin gözlәri yaxşı oldu.

“Bala, get sәn dә burnunu qanat!” -- anası Mәmmәdvәliyә dedi.

Mәmmәdvәli getdi, otların içindәn haman tikanlı otu tapdı, sol әli ilә otu soxdu burnunun deşiklәrinә, sağ әli ilә yumruğunu düyüb vurdu sol әlinin altından vә Mәmmәdvәlinin burnundan qan başladı axmağa.

Yarım saat qәdәrincә qan axdı. Mәmmәdvәli barmaqları ilә burnunun deşiklәrini tutdu ki, bәlkә qan kәsilә, amma qan kәsilmәk bilmәdi. Axırı anasını çağırdı. Anası dәxi qanın kәsilmәyinә bir çarә tapmadı. Bu heyndә Sadıq kişi әlindә әt sәbәti bazardan evә әt gәtirdi. Övrәt üzünü tutdu Sadıq kişiyә:

“A kişi, gәl gör, Mәmmәdvәlinin burnunun qanına nә çarә eliyirik--kәsilmir; gәl bәlkә sәn bir çarә tapasan.”

Sadıq kişi oğlunun yanına yetişib, sağ әlinin barmaqları ilә yapışdı Mәmmәdvәlinin burnunun ucundan vә qoymadı qan axsın. Amma qan burnunun içindә şişib, genә yol tapıb, başladı axmağa.

“A kişi, qaç bazara--övrәti başladı uca sәslә Sadıq kişiyә demәyә.--Qaç tez Usta Hüseynin yanına. Onun hәkimlikdә sәriştәsi çoxdu. Tez qaç Usta Hüseynә de. Yoxsa uşağı qan aparar, evin yıxılar. Tez durma qaç vә tez xәbәr gәtir.”

Sadıq kişi әllәrinin qanını arxda yuyub, üz qoydu hәyәtdәn çıxmağa. Sadıq kişi o vaxt Usta Hüseynin dükanına yetişdi ki, usta bir müştәrinin başını qırxıb qurtarıb, qanatdığı yerlәrә pambıq düzürdü.

Sadıq kişi dükanın qabağında durub salam verdi. Usta Hüseyn kişini görcәk onu müştәri hesab etdi vә qoltuq cibindәn aynanı çıxardıb tutdu Sadıq kişinin qabağına. Sadıq kişi aynanı alıb vә gözlәrini yumub bir salavat zikr etdi vә aynanı әvvәl sağ çiyninin, sonra sol çiyninin qabağına aparıb tutdu üzünün müqabilindә vә gözlәrini açıb sol әli ilә başladı qırmızı saqqalını tumarlamağa vә bir dәfә dә salavat çevirib, aynanı qaytardı Usta Hüseynә vә dedi:

“Ay Usta Hüseyn, bizim Mәmmәdvәlinin burnu qanıyıb. Nә әlac edirik qan kәsilmәk bilmir. Arvad mәni yalvara-yalvara sәnin yanına göndәrib, bәlkә sәn bir çarә tapasan.”

Usta Hüseyn Sadıq kişidәn aynanı alıb әvvәl ona tәklif etdi ki, girsin dükana vә otursun sәkinin üstündә. Sadıq kişi dükana girib oturandan sonra, Usta Hüseyn onun yavığına yeriyib sağ әlini uzatdı vә Sadıq kişinin börkünü götürüb qovzadı yuxarı. Sadıq kişi altdan-yuxarı baxırdı Usta Hüseynin üzünә. Usta başını bulaya-bulaya dedi:

“Ax, ax, vay, vay! Yazığım gәlir gününә, ay Sadıq kişi! Bilmirәm sәnin axırın nә günә qalacaq! Ay kişi, ya adını ermәni qoy, xalq bilsin ki, sәn müsәlman deyilsәn, yoxsa әgәr müsәlman olmaq istәyirsәn, qardaş, bu müsәlmançılıq deyil ki, sәn eliyirsәn. Kişi, utanmırsan başuvun tükünü bu qәdәr uzadıb qırxdırmırsan? Hәlә xәcalәt çәkmәyib deyirsәn ki, Mәmmәdvәlinin burnunun qanı kәsilmir? O allahın qәzәbidir ki, sәni tutub. Yoxsa harda görsәnәn şeydir ki, burnunun qanı kәsilmәyә? Sәnin tәk müsәlmanlar bundan da artıq bәlaya giriftar olacaqlar!”

Bu sözlәri deyә-deyә Usta Hüseyn balaca mis qaba soyuq su töküb, Sadıq kişinin başını hәr iki әllәri ilә ovurdu ki, tüklәri yumşalsın. Sadıq kişi dinmәz-söylәmәz oturub başını әymişdi aşağı. Usta Hüseyn әllәrini әtәklәrinә silib götürdü ülgücü vә başladı daşın üstә çәkib itilәmәyә vә sonra bir neçә dәfә dә qayışa çәkib, Sadıq kişinin başını qırxmağa mәşğul oldu vә Sadıq kişiyә belә moizә elәdi:

“Sadıq әmi! Müsәlmançılığın şәrtlәri çox ağırdır. Az bir adam bu şәrtlәrin hamısını әmәlә gәtirә bilәr. Mәsәlәn, başı tüklü saxlamaq heç bilirsәn ki, necә böyük günahların biridir? Әvvәla budur ki, başını vaxtından-vaxtına qırxdırmıyanın evindә heç xeyir-bәrәkәt olmaz. İkinci budur ki, insana növbәnöv bәdbәxtliklәr üz verәr. Mәn nәyә deyirsәn and içim ki, oğlunun qanının kәsilmәmәyi mәhz tәnbehdir ki, xudavәndi-alәm bu günahların qabağında sәnә göndәrib. Mәndәn sәnә vәsiyyәt: bir dә belә qәlәtlәri elәmә; yazıqsan, fağırsan. Yoxsa bir özgә cür bәdbәxtlik üz verәr, dәxi sonra peşimanlıq bir yerә çatmaz.”

Usta Hüseyn, Sadıq kişinin başını qırxıb qurtardı. Sadıq kişi börkünü qoydu başına, iki qәpik çıxarıb uzatdı Usta Hüseynә vә dedi:

“Usta, allah atana rәhmәt elәsin.”

Vә usta Hüseyn pulu alıb cavab verdi:

“Allah sәnin dә atana rәhmәt elәsin.”

Sadıq kişi üz qoydu evinә getmәyә.

Hәyәtә girib Sadıq kişi gördü ki, oğlunun qanı çoxdan kәsilib. Mәmmәdvәli bir uzun ağacdan at qayırıb minmişdi, hәyәti o tәrәfә çapırdı, bu tәrәfә çapırdı vә hәrdәnbir at kimi kişnәyirdi.

C.Məmmədquluzadə"Poçt qutusu"

Y.Səmədoğlu"Bayatı-Şiraz"

Ə.Əylisli"Ürək yaman şeydir"

C.Məmmədquluzadə"Usta Zeynal"

Y.Səmədoğlu"Astana"

Ə.Haqverdiyev"Bomba"

Anar"Gürcü familiyası"

A.Məsud"Sərçələr"

M.F.Axundov"Aldanmış kəvakib"

S.S.Axundov"Qaraca qız"

Ə.Haqverdiyev"Mirzə Səfər"

Ə.Əylisli"Nənəmin tütün kisəsi"

V.Nəsib"Omaroğlunun qayıtması"

Şahmar"Köynək"

Qan Turalı"Şaxtababanın qətli"

Anar"Asılqanda işləyən qadının söhbəti"

A. Məsud"Dovşanın ölümü"

C. Məmmədquluzadə"Qurbanəli bəy"

Ş. Ağayar"Şeqlov üsulu"

İ. Hüseynov"Bir az romantika"

Ə.Məmmədxanlı"Buz heykəl"

Anar“Mən, sən, o və telefon”

Ə.Haqverdiyev“Çeşmək”

E.Əlləzoğlu“Doğum”

Y.Səmədoğlununİncə dərəsində yaz çağı

YaşarTabut

Ə.HaqverdiyevŞeyx Şəban

ElçinParisdə avtomobil qəzası

K.AbdullaSəhvlərimizin qrammatikası

Ş.Ağayar"Şəkil"

ElçinQatar. Pikasso. Latur. 1968.

A. Divanbəyoğlu“Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

news-inner-user

20022 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Yazıçı "Qanun" nəşriyyatını qanunsuzluqda ittiham etdi: "Bu hadisə Şahbaz Xuduoğlunun adına ləkə salır"
13:12 25 Sentyabr 2021
“Traviata” operası nümayiş olundu
12:09 25 Sentyabr 2021
Azərbaycan beynəlxalq kitab yarmarkasında iştirak edir
10:55 25 Sentyabr 2021
Sevginin intihara apardığı qadın
09:00 25 Sentyabr 2021
“Yusif Vəzir Çəmənzəminli və Şumer qaynaqları” kitabı çapdan çıxıb
18:07 24 Sentyabr 2021
Teatr və kinoteatrlar açılır - Qərar
17:53 24 Sentyabr 2021
Yağış düşdü sahildəki daşlara - Musa Yaqubdan seçmə şeirlər
17:30 24 Sentyabr 2021
Fərid Hüseynin yeni kitabı çap olundu
16:49 24 Sentyabr 2021
“Səs Azərbaycan” başlayır: Münsiflər kim olacaq? - Foto
16:05 24 Sentyabr 2021
Akademikin yeni kitabı təqdim olundu
15:20 24 Sentyabr 2021
Dükanlara borclu qalan Xalq artistimiz: O, yerişini də itirmək üzrədir...
14:30 24 Sentyabr 2021
Yazıçımızın kitabı Sankt-Peterburqda çıxdı
13:45 24 Sentyabr 2021
Qızları güldürməkçün sənin kimi xaç çəkərdik - Azərbaycanlı şair Roma Papasına şeir yazdı
13:01 24 Sentyabr 2021
Rusdilli olmaq başqa, rus dilini bilmək başqa: Özünə hörmət etməyən kimlərdir?
12:15 24 Sentyabr 2021
Ana dilini bilməyən nankorlara - Günün şeiri
11:38 24 Sentyabr 2021
Musa Yaqub xanımının məzarı üstündə şeir oxuyur - Video
11:01 24 Sentyabr 2021
Qızı ilə rusca danışan Elgiz
10:30 24 Sentyabr 2021
İbrahim Tatlısəs 12 il sonra konsert verdi - Video
10:02 24 Sentyabr 2021
Qərb ölkələrini fəth edən Azərbaycan mahnısı - Onu necə lağa qoydular?
09:01 24 Sentyabr 2021
Bir gəncin anormal istəkləri – Orxan Bahadırsoydan 18+ hekayə
21:00 23 Sentyabr 2021