Qəşəm Nəcəfzadə tələbələrlə görüşüb

Qəşəm Nəcəfzadə tələbələrlə görüşüb
7 mart 2016
# 14:33

Bu günlərdə Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Yazarlar klubunun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri, şair, publisist Qəşəm Nəcəfzadə ilə görüş keçirildi.

Görüşdə ADU-nun Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva, şairin qələm dostları və universitetin tələbələri iştirak edirdi.


Açılış nitqi ilə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı Nuranə Nur bu günün Beynəlxalq Yazarlar Günü olduğunu dedi və bu münasibətlə qələm sahiblərini təbrik etdi və ədəbi fəaliyyətlərində uğurlar arzuladı. O, Qəşəm Nəcəfzadənin yaradıcılığından danışarkən onun oxucuya özünü müəllif kimi hiss etdirməyi bacarmasından, Azərbaycan poeziyasında özünəməxsus yerə malik olmasından, əsərlərindəki səmimiyyətin insan qəlbinə yol tapmasından bəhs etdi. Qəşəm Nəcəfzadənin tələbəsi, həmkarı, yaxın dostu olmaqdan fəxr etdiyini deyən Nuranə Nur bədii yaradıcılığında da şairin böyük rol oynadığını diqqətə çatdırdı. Daha sonra Qəşəm Nəcəfzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.


ADU-nun tərcüməçilik sahəsində savadlı kadrlar yetişdirdiyini deyən Qəşəm Nəcəfzadə bu istiqamətdə universitetin rolunu yüksək qiymətləndirdi. O, Azərbaycan ədəbiyyatının xarici ölkələrdə təmsil olunmasında məhz tərcümə işinin xilas yolu olduğunu söylədi. Tələbələrə Azərbaycan Yazıçılar Birliyi ilə əlaqələr yaratmaqla ədəbiyyat sahəsində böyük işlər görülə biləcəyindən söz açan Qəşəm Nəcəfzadə, bu istiqamətdə onlara dəstək olacağını söylədi. Daha sonra şair tələbələrin istəklərinə uyğun olaraq “Sənin dərsin”, “Evə qayıdıram”, “Bu saat gəlirəm”, “Pis valideyn” və sair şeirlərini səsləndirdi.

12804329_747166855417296_223375590_n.jpg görüntüleniyor12804329_747166855417296_223375590_n.jpg görüntüleniyor12804329_747166855417296_223375590_n.jpg görüntüleniyor

Hazırki əsas şəkil

Sonra şairin qələm dostları çıxış edərkən onun Azərbaycan ədəbiyyatının poetik nəfəsi ilə seçilən ən parlaq nümayəndələrindən biri, son dərəcə təbii və özünəməxsus təbiətli, cəmiyyətə, ümumbəşəri dəyərlərə nüfuz edən istedadlı şair olduğunu vurğuladılar. Ona həyatında və yaradıcılığında uğurlar arzuladılar.


Sonda tələbələr Qəşəm Nəcəfzadənin şeirlərini səsləndirdilər, ona suallar ünvanladılar. Şair tələbələrə yeni çapdan çıxmış “Adı Qəşəm “ kitabını hədiyyə etdi.

Kamran Abbaszadə

# 2667 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər