news-inner
clock08:30 calendar-gray 07 Mart 2016 view-gray302 dəfə oxunub
view-gray302 dəfə oxunub

Qarabağ zənciləri – ARAŞDIRMA

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının əməkdaşı, ADR tarixi üzrə tədqiqatçı Dr. Ramin Sadıqovun Facebook səhifəsində 1870-ci ilə aid olan “Qarabağ zəncisi” adlı şəkil yayması diqqətimi çəkdi.

Şəkil Facebookda böyük marağa səbəb olmuşdu. Ortaya belə sual çıxır ki, zəncilər Qarabağa və ya Qafqaza necə gəliblər? Bu haqda məlumat əldə etmək üçün qısa araşdırma apardıq. Öncə onu xatırladım ki, onlar haqda məlumatlar çox deyil.

Bu foto 1845-1924-cü illərdə yaşayan məşhur amerikalı jurnalist Corc Kennan tərəfindən çəkilib. Kennan XIX əsrin 60-ci illərinin sonlarında Rusiyaya və Qafqaza səfər edib. Kennan bu bölgənin etnoqrafiyası, məişəti, adət-ənənələri ilə maraqlanıb. Jurnalistin Qafqaza səfəri çərçivəsində zəncinin şəklini çəkib. Fotonu hansı şəraitdə çəkməsi haqda informasiya yoxdur. Fotodakı abxaz zəncisi kimi təqdim edilib. Orxan Lətifli adında bir şəxs forumda yazıb ki, “Bunlar Abxaziyada yaşayan afrikalı zəncilərdir. Bir neçə ailə olub. Onları da Abxaz varlıları gətirib. Bu da orduya götürülənlərdəndir”.

Digər mənbədə bildirilir ki, onların Qafqaza gəlməsi haqqında tarixi məlumatlar müxtəlif cürdür. Üstəlik, Corcis nəslinə aid olduğu və ilk dəfə XVII əsrdə Osmanlı imperiyası dövründə Qafqaza gətirildikləri bildirilir. O zaman Abxaziyanın bir hissəsi Osmanlının nəzarəti altında olub. Onların Efiopiya və ya Misirli zəncilər olduğu və Qara dəniz sahillərində varlılara məxsus olan sitrus plantasiyalarında işləmək üçün gətirildikləri söylənilir. Onların sayı bir neçə yüzə yaxındır. Maraqlıdır ki, Rusiyanın bəzi sayt və forumları onları Qarabağ zəncisi kimi təqdim edib.

Ələkbər Pincivanlı adlı şəxs daha maraqlı arqumentlə çıxış edərək qeyd edib ki, Zəngilan rayonunun Beşdəli kəndində də belə bir zənci nəsli mövcud olub: “Deyilənə görə, onları o kəndə hansısa bir bəy (adını unutmuşam) öz malikanəsində qulluqçu kimi saxlayıb. Həmin bəyin həm də böyük at ilxısı olub. Və bu zəncilər orda mehtərlik edirmişlər. Hal-hazırda həmin nəslin nümayəndələri yaşayırlar və eşitdiyimə görə, elə bir zənci nəsli Şamaxıda da olub və var”.

Qafqaz xalqları üzrə tədqiqatçı Ənvər Börüsoy Qafqazda ən çox qul və ya kölə saxlamaq adəti “adıq” kökənli toplumlar olaraq kabarda, çərkəz, abaza, şapsuq, abxaz və adıgeylərə məxsus olduğunu qeyd edərək, bu məsələyə geniş rakursdan yanaşdı:

“Məşhur türkoloq alimlərdən İsmail Miziyev, Zeytun Zukaev, Yuroslan Bolatov, Nəzir Budayev, Əhməd Salpqarov qədim yunan tarixçisi Fukididin və digərlərinin mənbələrinə əsasən qeyd edirlər ki, bu toplumlardan vaxtilə Orta Doğudan (indiki Suriya, Misir, Livan, Fələstin, İsaril, İraq, Oman, Sudan) Qafqaza yunan və roma orduları tərəfindən sürgün ediliblər. Çünki bu toplumlar Ural, İdel, Altay, Sibir və Türküstandan Avropaya, daha çox Balkan yarımadasına doğru yürüşlər təşkil edən skif (iskit, sak, saka), sarmat, kuban, kuman, daha sonralar xəzər, alan, avar, hun, tatar, karluk türklərinin yürüşlərinin qarşısını almaq üçün onlardan istifadə edilirdi. Beləliklə, adıge kökənli toplumlara türklər “çərkəz” adını verdilər. Çərkəz sözü əski türk dilində əsgər deməkdir. Bu toplumlar hər zaman bölgədə hansı dövlətin hökmranlığı olmuşdursa, onlar həmin dövlətin əsgəri rolunda çıxış etmişlər. Buna görə də çərkəz toplumları öz ailələrini yaşatmaq üçün açıq və ya gizli şəkildə qul (kölə) saxlamaqla öyünərdilər. Bu ənənə indi də onlarda davam edir. Rusiya dövləti bu adəti onlara ötən 450 il müddətində tərgidə bilməmişdir.

1762-1864-cü illər aralığında baş verən “Qafqaz Savaşı” əslində Osmanlı və Rusiya (burada bütün Avropa dövlətləri Rusiyanı silah, professional hərbçi, pul, dərman və ərzaqla təmin edirdilər) savaşı idi. Xəzər imperiyası dönəmindən başlayaraq Osmanlı dönəminə kimi adıq toplumları islam dinini qəbul etdikdən sonra avropalılara arxa çevirmişdilər və buna görə də onlar Osmanlı dövlətinin maraqlarına görə 100 il davam edən savaşlarda bulundular.

Qafqaz Savaşının sonucu olaraq, adıqelərin (çərkəzlər) çoxu Osmanlıya pənah apardı. Osmanlı dövləti isə onların bir hissəsini Qara dəniz boyunca, digərlərini isə onların tarixi vətənləri olan Orta Doğuya köçürtdü. Orta Doğuya köçənləri sonradan Çarlıq Rusiyası Qafqaza geri dönmələri üçün imkan yaratmaq məqsədilə onların xristianlığı qəbul etmələrini bir şərt kimi irəli sürmüşdü. İndiki abxazların və kabardaların xristian olmalarının əsas səbəbi də bundan irəli gəlir. Orta Doğudan geri dönən imkanlı adıqlar özləri ilə birlikdə qara dərili zəncilər də gətirməyi qərara alırlar.

Bu dönəmdə Tiflis, Gəncə, Şuşa, Dərbənd, Şəki, İrəvanda olan bəylər Qafqazdakı ticarət və iqtisadi əlaqələrini qurmağa məcbur olduqları dönəmdə (çünki Çar Rusiyası onların Güney Azərbaycanla ənənəvi əlaqələrini yasaq etmişdi) imkanlı adıqlarla dostluq edirdilər. Adıqlar hər zaman səmimi dostlarına qul (kölə) hədiyyə etməyi çox üstün bir səviyyə kimi ənənəyə malikdirlər. Beləcə, Qafqazda zəngin bəylərin və ağaların evlərində zənciləri görmək mümkün oldu. Keçmiş Sovetlər Birliyi dönəmində adıqlar hər şeyini itirmiş rus əyyaşlarını gizli şəkildə evlərində qul (kölə) kimi saxlamaq ənənəsini gizli şəkildə davam etdiriblər. Bu gün də həmin ənənə dvam etməkdədir”.

Elnur Eltürk

Şərq”qəzeti

news-inner-user

16518 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Səməd Vurğun 50 yaşında ölməyibmiş – Filosof yazır...
08:58 24 Sentyabr 2020
Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020
Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
18:04 22 Sentyabr 2020