news-inner
clock12:23 calendar-gray 29 Fevral 2016 view-gray100 dəfə oxunub
view-gray100 dəfə oxunub

Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ

YUĞ teatrı söküldükdən sonra fəaliyyətini Kukla Teatrının binasında davam etdirir. Hazırda teatr yeni məkana uyğunlaşmağa çalışır.

Fevralın 27-si Kukla Teatrının binasında ilk tamaşa, daha doğrusu “yuğvari salam” baş tutdu. Quruluşu Mir Sahib Ağayevin olan “Çox məkanda var olmuşuq” adlı salamlamada teatrın yaradıcı heyəti ilə yanaşı, “Savalan” və “Amarok” musiqi qrupu da iştirak edirdi.

Mən içəri girəndə nədənsə şadlıq sarayına bənzətdim məkanı. Kənarda piano, başqa musiqi alətləri, sintezator. Elə bil son zəng kimi. Hətta dostlardan biri dedi ki, mən YUĞ-a getmək istəyirəm.

Vaqif İbrahimoğlunun şəkli səhnənin düz ortasında çıxışa baxırdı. Bu vaxt isə səhnəyə “Savalan” qrupu çıxdı və Pir Sultan Abdaldan, Yunus Emreden oxuyub tamaşaçıları kədərli notlara köklədilər. Bu “yuğvari salamlama” idi, yoxsa uğurlama idi? Baş aça bilmədik. Belə olanda növbəti “salamlama” ilə Ramiz Həsənoğlu çıxdı və hamını narahatçılıqdan xilas etdi:

“Baş sağlığına gəlməmişik”.

Hamı alqışladı, dedik, daha kədərlənməyək, görək başımıza nə gəlir. Ancaq növbəti salamlama - “Amarkor” musiqi qrupu yenə hüznlü bir ab-hava yaratdı. Bəlkə bizə hər şey kədərli görünürdü? Bəlkə YUĞ-u bu balaca, təqdimat yerinə bənzəyən məkanda görməyə alışmadığımızdan belə idi? Elə bil qurbağa gölünə daş atmışdılar. Kədərli bir xəbər alan adamlar kimi idi salonun səssizliyi.

Bu arada balaca bir xanım – Fidan Tağıyeva səhnəyə çıxdı. Pianonun qarşısına keçdi. Bir azdan onun ifası səssizliyi aradan götürdü. Pianonun dillərinə elə əsəbi və gərginliklə vurdu ki, bir an öz-özümə belə düşündüm: “Deyəsən, bu qız da YUĞ-un sökülməsinə, bu binaya köçürülməsinə əsəbləşib”. Bir də gördüm artıq qızın barmaqları görünmür, piano elə bil onun əsəbiliyindən ürkürdü.

Və nəhayət, aktyorlar səhnəyə çıxdı. Yenə fərqli bir tamaşa (salamlama) ilə bizi çaş-baş qoydular.

Kafkadan salam!

İbrahimoğludan salam!

Yuğçulardan salam!

Hamı özünə gəldi, salon canlandı. YUĞ-un estetikasına uyğun olmayan məkan da elə bil aktyorların oyununa qoşuldu. Bir anlıq özümü YUĞ-un köhnə yerində hiss etdim.

Ortada səkkiz stul qoyulmuşdu. Əvvəl qadınlar oturdu, kişilər ayaqüstə durdular. Sonra isə əksinə. Sufiyanə, irfani bir məclisə bənzədi salamlama.

YUĞ-un aktyorları Vaqif İbrahimoğlunun şəklinin ətrafına toplaşdılar. İbrahimoğlu hələ də çıxışa baxırdı. Yuğçular alqışladı, biz alqışladıq. Vaqif müəllim isə sanki küsmüşdü, baxışlarını biz tərəfə çevirmirdi. Yuğçular tamaşaçılara baxıb dedilər:

Kafkadan salam!

İbrahimoğludan salam!

Bir ara mənə elə gəldi ki, Vaqif müəllimin şəkli bir balaca aşağıya tərəf sürüşdü, ancaq tezbazar düzəltdilər.

Yuğçuların bu salamlamada sanki deyirdilər:

Biz varıq!

Bizi silə bilməzsiniz!

Sizin üçün qırağa atılası teatr deyilik!

Bizim ö xəttimiz var, öz estetikamız var!

Biz Vaqif İbrahimoğlunun yaratdığı YUĞ-uq!

Biz özümüzə aid olmayan bu məkanda belə öz nəfəsimizi hiss elətdirərik!

Tamaşaçılar deyilməyən bu sözləri eşidib ayağa qalxdılar, hamı alqışlamağa başladı.

YUĞ hələ də ayaqdadır, hələ də bizi təəccübləndirməyi bacarır. İstər köhnə yerdə, istərsə də yeni məkanda. Ancaq bu teatr hansısa binanın təqdimat etdiyi balaca yerə uyğun deyil.

YUĞ öz binasına, öz nəfəsinə qovuşmalıdı.

Yuğçular çox yerdə varlar.

Onları hansısa binanın içində yox eləmək olmaz, səslərini eşidirik.

YUĞ-un burda qalmamağı, öz estetikasına uyğun binaya yerləşdirilməsi diləyi ilə hamınıza yuğçulardan salam gətirdim. Unutmayın, teatrın var olması, bizim var olmağımız deməkdir. YUĞ-un varlığı mədəniyyətimizi varlığıdır.

REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ"> REPORTAJ" data-description="gallery" alt="Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ">
news-inner-user
Ayxan Ayvaz

417 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Qiraətçilər Vaqif Səmədoğlunun şeirlərini səsləndirəcək – Xatirə gecəsi
18:40 23 Yanvar 2020
Ağıllıdırsa, ərini deputat da edər - Dahilərin qadınlar haqda aforizmləri
18:08 23 Yanvar 2020
Məşhur müğənni həmcinsi tərəfindən zorlandığını etiraf etdi
17:34 23 Yanvar 2020
Məşhur caz ustası Bakıda konsert verəcək
16:53 23 Yanvar 2020
Avstarliyalı musiqişünas Ərtoğrul Cavidin musiqilərini aranjeman edəcək
16:11 23 Yanvar 2020
Ekoloji tənqid: ədəbiyyatın təbiət qarşısında məsuliyyəti – Qismət yazır…
15:25 23 Yanvar 2020
Rüstəm İbrahimbəyov: “Məktəb açıb, izləyici yetişdirəcəyik”
14:18 23 Yanvar 2020
Moskvada Polad Bülbüloğlunun 75 illiyi qeyd edilib
13:29 23 Yanvar 2020
"LİBRAF" Avtovağzalda "Oxu zalı" yaratdı - Fotolar
12:50 23 Yanvar 2020
Fotoşopla başına tük əkdirən, kostyum reklamı edən, gülməli şüarlar səsləndirən namizədlər
12:21 23 Yanvar 2020
Anna Axmatova iki dəfə "Nobel"ə namizəd olubmuş - Fakt
12:00 23 Yanvar 2020
16 yaşda ərə verilən Əfsanə evdən niyə qaçdı?
11:21 23 Yanvar 2020
Komediya ulduzu nadir xəstəlikdən vəfat etdi
10:50 23 Yanvar 2020
Sağ əli ilə sol qulağını qaşıyanlar - Seymur Baycan yazır...
10:26 23 Yanvar 2020
"Sihirli annem" film olur
10:10 23 Yanvar 2020
Səməd Mənsurun kitabı çap olunub
09:51 23 Yanvar 2020
Ramiz Həsənoğlunun “Sonuncu” fiaskosu
08:58 23 Yanvar 2020
Müharibə zamanı da qələmi əlindən qoymayan yazıçı - "Dünənin dünyası" haqqında...
19:04 22 Yanvar 2020
İnsan darıxmaqdan ötrü aparılmış sınaqdı... - Yeni imza
18:20 22 Yanvar 2020
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı
17:44 22 Yanvar 2020