writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

559
clock16:08 calendar-gray 20 Fevral 2016 view-gray175 dəfə oxunub
view-gray175 dəfə oxunub

Eko öldü, dünyanın nuru azaldı

Mənə həmişə elə gəlib ki, yaşayan dahilərin əsərlərindən alınan təəssürat ölmüş dahilərin əsərlərindən alınan təəssüratdan fərqlidir. Məsələn, Markesi oxuyan zaman gizli-gizli içimdə sevinirdim ki, bəh-bəh belə bir dahi ilə eyni dünyada yaşayıram, eyni dünyanın havasını uduram. Tolstoyun dövründə yaşayanlara necə qibtə ilə yanaşmışamsa Markesin dövründə yaşadığım üçün mənə də kiminsə nə vaxtsa qibtə ilə yanaşacağını düşünmüşəm.

Əlbəttə, bunlar mikro hisslərdir, amma bununla belə inanıram ki, hər kəsdə buna oxşar həyəcanlar baş verir. Çünki yaşayan bir dahinin əsərlərini oxuyanda içində güvən hissi olur, sənə elə gəlir ki, onunla çiyin-çiyinə addımlayırsan, belə bir canlı “nəhənglə” eyni dövrdə yaşayırsansa o zaman dünyanın vəhşətləri ilə qarşılamaqdan çəkinməyə dəyməz. Haqsızlığın, vicdansızlığın, cəhalətin, pisliyin üzərinə daha ürəklə addımlamaq olar, çünki bu adam təkcə kitab şəklində sənin yanında deyil, həm də fiziki olaraq səninlədir. Bu da adam qürur verir.

Erik Hoffer deyir ki, qapalı qrupun, icmanın, sıx birləşmiş ailənin üzvü olan insan, cəmiyyətdən, hansısa bir kollektiv qrupdan uzaqlaşaraq öz individuumu hesabına həyatda qalan insandan daha rahatdır. Səbəb isə çox sadədir: qapalı qrupda, icmada yaşayan insan hər zaman arxasında müəyyən bir qüvvənin olduğuna əmin olur, amma öz adətlərindən, əvvəl birgə yaşadığı icmadan uzaqlaşmış insan daima, narahat, gərgin olur, buna görə də belələri kütlə hərəkatlarının ovuna daha tez çevrilirlər. Bir nümunə: gettolarda yaşayan yəhudilər, gettodan kənarda yaşayan yəhudilərdən daha rahat idilər. Qapalı mühitdə yaşayasalar belə arxalarında onları qoruyan dinləri, icmaları, sinaqoqları var idi. Qərb cəmiyyətinə qarışmış yəhudi isə Əli aşından da olmuşdu, Vəli aşından da.

Yaşayan yazıçını oxumaq da adama oxşar rahatlıq verir. Onun əsərləri, fikirləri heç, həyatda olması da sənə bir ayrı qürur, sevinc verir. Tək olmadığını başa düşürsən.

Eko da belə bir insan idi. Biz təkcə onun əsərlərini oxuduğumuza görə deyil, həm də onunla eyni bir əsrdə yaşadığımıza görə, onunla eyni dünyanın havasını udduğumuza görə qürurlu idik, rahat idik. Çünki bilirdik ki, dünyanın yükünü çəkən bir dahi var.

Amma artıq o yoxdur. Daha bu qürur hissi də olmayacaq. Eko da öz dühası ilə soyuq qəlblərimizi qızdıran Hüqoların, Tolstoyların, Prustların, Markeslərin... əbədi dünyasına qovuşdu.

Bizi tək qoydu, insanlığı...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Biz Kann festivalına ermənilərdən əvvəl getmişik” - Nazirlikdən açıqlama
11:01 02 İyul 2020
Kannda erməni biabırçılığı ilə bağlı Nazirliyə suallarım – Sevda Sultanova yazır...
10:37 02 İyul 2020
Dünyaca məşhur roman Azərbaycanda nəşr edildi
10:09 02 İyul 2020
Tağıyev bulağında qətl söhbəti – Ayxan Ayvazın yeni reportajı...
09:00 02 İyul 2020
Dünyanın ən böyük aforizm ustasından əzbərlənəsi 15 nümunə
21:02 01 İyul 2020
Ermitaj muzeyi açılır
18:42 01 İyul 2020
Uşaq arabasına qoşulan fil – Yazıçı Şahmar haqda esse
18:04 01 İyul 2020
"Ulduz"un iyun sayı nəşr edildi
17:12 01 İyul 2020
Röya koronavirus testindən keçib
16:29 01 İyul 2020
ABŞ Film Akademiyası təmsilçilik böhranı yaşayır
16:00 01 İyul 2020
Kinematoqrafçılar İttifaqından Kann Festivalına etiraz məktubu
15:14 01 İyul 2020
Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız – Maraqlı faktlar
14:36 01 İyul 2020
Məşhur amerikalı aktyor vəfat etdi
13:54 01 İyul 2020
Mədəniyyət Nazirliyində yoxlamalar aparılır? - Rəsmi
13:12 01 İyul 2020
Qəpik-quruşa satılan yeni dünya - Şəhla Nihanın hekayəsi
12:38 01 İyul 2020
Yaradıcı gəncliyimizi erməniyə uduzduranlar
12:10 01 İyul 2020
Nazim Hikmətin yeni şeirləri tapıldı - Fotolar
11:34 01 İyul 2020
Əməkdar artist dünyasını dəyişdi
11:08 01 İyul 2020
Bakıya qarşı əyalət nankorluğu
10:51 01 İyul 2020
Bakıda İnstaqram-jurnal fəaliyyətə başladı – İlk dəfə
10:11 01 İyul 2020