news-inner
clock08:32 calendar-gray 09 Fevral 2016 view-gray162 dəfə oxunub
view-gray162 dəfə oxunub

O, həmişə yanıma gecə gəlir - SORĞU

Kulis yazarlara “İlham pərisinə inanırsınızmı?” sualı ilə müraciət edib. Cavabları təqdim edirik.

Fikrət Qoca

- Mən bütün pərilərə inanıram. Gözəl məxluqdur ilham pərisi, tələbkardır, insanı yazmağa sövq edir. Yaxşı pəriləri, yaman pəriləri sevirəm. Özüm də şeir yazanda bunu hiss etmişəm. Gecə bir də görürsən ki, ilham pərisinin səsinə oyanıb yazıram. Bu Allahın sənə verdiyi, məcbur etdirdiyi hisdir. Bunun adı ilham pərisidir. Şeir yazmaq təbii şəkildə baş verir. Heç vaxt oturduğum yerdə fikirləşib şeir yazmamışam. Bir düşünün, məhəbbət necə gəlir adama? Bu ilham pərisi də məhəbbətin bir formasıdır. Bəlkə mən səhv edirəm, bilmirəm. Ancaq mənim münasibətim budur. Hər halda insan ölənə qədər nəsə öyrənir.

Qəşəm Nəcəfzadə

- İlham pərisi uydurulmuş bir hisdir. Deyirlər, şairlər dağlarda ilhama gəlib şeir yazırlar, mən hələ dağda bir misra da yazmamışam. Demək, ilham pərisi deyilən bir şey yoxdur. Şairin qüdrəti ən çox beyinlə bağlıdır. Zibilliyin içində gözəl gül-çiçəklər bitdiyi kimi gözəl olmayan yerdə də gözəl şeirlər yazmaq olur. Mən şeirləri tapıram, onu diri görürəm. Görünür, o şeiri tapmaq imkanına ilham pərisi deyirlər. Amma bu imkan həmişə məndə var. Hər gün yüz şeir tapıram, heç çoxunu vaxt imkanım olmadığına görə yazmıram, Əli Kərim demiş, doğmadırsa, nə vaxtsa yenə qarşıma çıxsa yazacam. Sadəcə əsas məsələ peşəkar olmaqdır. Necə yazmağı, həyatdan necə götürməyi bacarmaq lazımdır. Təcrübəsiz olsan həmin mövzunu öldürəcəksən. Bunun üçün təcrübə və peşəkarlıq lazımdır. Necə təcrübəli həkim xəstəni ölümdən xilas edir, təcrübəli və peşəkar şair də mənanı, şeiri elə ölümdən xilas eləyir. İstedad, mütaliə, müşahidə, peşəkarlıq, zəhmət birləşəndə əsl şeir yaranır. İlham pərisi bəlkə də həvəskara lazımdır ki, ayda-ildə bir şeir yazsın. Oturuşmuş şairə ilham pərisi deyilən bir şeyi gözləmək qəbahətdir.

Ramiz Qusarçaylı

- Məncə, ilham pərisi söhbəti Sovet hökuməti dağılandan sonra yoxa çıxdı. Sovet İmperiyasının dövründə planlı yazılan mətnlərin adını ilham pərisi qoyurdular. Bu AYB-nin saxta təfəkküründən irəli gələn bir fikirdir. İlham pərisi gecə-gündüz dayanmadan Leninə, partiyaya işləyirdi. Məsələn, Məmməd Rahim, Əli Kərim heç vaxt deməzlərdi ki, mən ilham pərisi ilə yazıram. Səməd Vurğun özünün bir çox şeirini - “Tarlalar” və s. – həmin Sovet imperiyasının ilhamı ilə yazıb. İstedad Tanrıdan gəlir, ancaq zəhmət çəkmədən, dövrün ab-havasını qavramadan, mütaliə olmadan, dünya ədəbiyyatında gedən proseslərdən, onun cərəyanlarından, folklordan, aşıq ədəbiyyatından heç nə bilmədən yaxşı şeir yazmaq olmaz. İlham pərisi istedadın bir adıdır. Buna falçılar vergi deyir və camaatı aldadır. Mən ilham pərisinə yazılan şeirlərə, verilən açıqlamalara, müsahibələrə mənasız bir şey kimi baxıram. İlham pərisi istedadsız adamların uydurmasıdır.

Zahid Sarıtorpaq

- Mən 3 ildir şeir yazmıram, açığı. İndi roman yazıram, nəsr əsərlərimin üzərində işləyirəm. Qaldı ki, ilham pərisi məsələsinə. Mən heç vaxt “ay ilham gələcək” düşüncəsi ilə yazmıram. Bunu mənasız hesab edirəm. Şeir ruh, həm də könül faktıdır. Eyni zamanda şüurla birləşir. Bəzi şairlər var ki, ruhlanıb, ilhamlanıb şeir yazır. Hissiyatla yazılan və eyni zamanda şüurla toqquşub yazılan şeirlər var. Hərənin öz laboratoriyası olur. Mən isə heç vaxt mütləq şeir yazım deyə bir hissə qapılmamışam.

Könül Həsənqulu

- Zənnimcə, sualda məhz pəri deyil, ümumilikdə “diktə edən” mənbə nəzərdə tutulur. Buna yanaşma əvvəldən birmənalı olmayıb. Bu, müxtəlif şairlərin təsəvvüründə mənfi, eyni zamanda gözəl bir obraz şəkli də alır. Məsələn, Vaqif Bayatlı Odər deyir ki, yazdıqlarını ona Allah diktə edir. Burada mənbə – müqəddəs anlama köklənir. Çeslav Miloş isə öz “Ars poetica” şeirində bu mənbəni İblis kimi təsvir edir. Mətndə şair öz ruhunu İblisə təslim etməklə İblis onun təkcə yazan əlinə hakim çıxıb ona gözəl şeirlər yazdırmaqla qalmır, həm də bütövlükdə onun ruhuna, hətta taleyinə də hakim kəsilir. Fərdi yanaşmalar çoxdur, sadəcə təzadlı yanaşmalar kimi bunları görürəm. Qədim bir düşüncə var ki, əgər şeir tapmaca kimi sirli deyilsə, onun alt qatında kütlədən gizlənən, ancaq fərdlərə aydın görünən ismarışlar yoxdursa, bu – şeir deyildir. Mən bu fikrə köklənirəm. Gəl ki, düşünmürəm, bunu məhz hansısa qüvvə müəllifə diktə edir, xeyr, müəllifin beyni - onun əsas yaradıcı laboratoriyasıdır. İlham pərisi, Allah və ya İblis adlandırılan bu mənbə olsa-olsa mövzu və ya ideya verə bilər şairə.

news-inner-user

18066 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur bəstəkarın qızı: “Atamı zibillikdə dəfn eləmişdilər” – Müsahibə
12:15 02 Mart 2021
Anar Kərimov Türkiyənin xarici işlər naziri ilə görüşdü
11:47 02 Mart 2021
Anar Yazıçılar Birliyinin qurultayının vaxtını açıqladı
11:27 02 Mart 2021
Atası gözünün qabağında öldürülən yazıçılar – Ayxan Ayvaz yazır...
11:02 02 Mart 2021
Berlin Film Festivalı başladı
10:23 02 Mart 2021
4 yaşlı uşaq şeir müsabiqəsinin qalibi oldu
09:32 02 Mart 2021
Çəpərin üstündən öpdüyüm traktorçu – Fəridədən yeni hekayə
09:03 02 Mart 2021
Mərhum şairin miras vəsiyyəti məhkəməlik oldu
18:56 01 Mart 2021
Türkiyə ilə mədəni əməkdaşlıq sənədləri imzalandı
18:21 01 Mart 2021
Tovstonoqovun kitabı ilk dəfə Azərbaycan dilində
17:49 01 Mart 2021
"Zirək Xorasanlı"nın bədii səyahəti - Qasım Qasımzadənin yazısı...
17:34 01 Mart 2021
Hamı Onun axtarışındadır – Nizamidən yeni tərcümə - Mətn
17:01 01 Mart 2021
Mən səni sevəndən ikicanlıyam - Gənc şairdən yeni şeirlər
16:15 01 Mart 2021
Ölkəmiz xeyriyyə festivalında
15:29 01 Mart 2021
İki dəfə oğlu ilə sürgün olundu, ac qalmamaq üçün şahın qızıl saatını satdı, oxuya-oxuya öldü – Əməkdar artistin dram dolu həyatı
14:41 01 Mart 2021
Azərbaycanda yeni muzeyin açılışı oldu - Dünyada ilk dəfə
13:54 01 Mart 2021
Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirildi
13:06 01 Mart 2021
Gözəlliyinə görə vəzifəyə gedən qadınlar
12:17 01 Mart 2021
Sosial şəbəkələrdəki duyğu mazoxistləri
11:45 01 Mart 2021
"Qızıl Qlobus"un sahibləri bəlli oldu - Fotolar
11:20 01 Mart 2021