Tahir Əmiraslanov: “Nizami niyə Bərdəni tərifləyir, Gəncəni yox?”

Tahir Əmiraslanov: “Nizami niyə Bərdəni tərifləyir, Gəncəni yox?”
4 fevral 2016
# 09:00

Kulisin kitabla bağlı suallarını Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov cavablandırır.

- Bədii ədəbiyyatla aranız necədir?

- Əla. Kaş ki, vaxtım daha çox olaydı.

- “Kulina” jurnalının baş redaktorusunuz. Sizcə, bir redaktor ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Jurnalın çapı maliyyə yoxluğundan dayanıb. Hər bir mütəxəssis, rəhbər ən azı öz dilini, ədəbiyyatını bilməlidir

- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi.

- Bu təhsil sisteminin dəyişməsindən və bir az internet məkana münasibətin düzgün formalaşmasından asılıdır.

- Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq...

- Əgər sənət adamlarından başlamaq lazımsa, onda onlar artıq sənət adamı deyillər. Yalnız elə görünürlər.

- Şeir əzbərləyirsiniz heç?

- Hərdən vaxt olanda... Gənclikdə Respublika Qiraətçilər yarışında laureat olmuşam .

- Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.

- Nizami, Fizuli, Nəsimi, Şəms Təbrizi, Xətai, Xəqani, Şəbüstəri, Vaqif, Şəhriyar, Səməd Vurğun, Zəlimxan Yaqub, Sabir, Mirzə Əli Möcüz ... saymaqla bitməz ki. Buna aylarla vaxt lazımdır.

- Dünya ədəbiyyatından sevdiyiniz əsərlər hansılardır?

- Xaricilərdən Rabindranat Taqor, Şalom Aleyxum, Mark Tven, Viktor Hüqo, Plutarx və s.

- Yeni dövr yazarlarımızdan kimi tanıyırsınız?

- Aqil Kəngərli, Validə Bəhmənli, Əli Əmirli, Qənirə Paşayeva, Munis, Nazilə xanım və s ...

- Salman Ruşdini tayırsınız?

- Yalnız “Şeytan ayələri” ilə... Onu heç sevmədim.

- Sizcə niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə və tamadalara minlərlə manat sayır? Bu ciddi problemdir, yoxsa heç bir zərəri yoxdur?

- Əhalini, milləti kütlə olmağa qoymayan, onu xəlq edən cəmisi 3-5 faizlik ziyalı təbəqəsidir .

- Səmavi kitablardan hansıları oxumusunuz?

- İncil, Tövrat, Zəbur, Quran. Bunları öyrənməyə çalışıb təhlil etmişəm. Buddizmlə, sintoizmlə, şamanizmlə yaxından tanışam .

- Son olaraq həmkarlarınıza və sizi sevənlərə ədəbiyyatla, kitabla bağlı nə dəmək istəyirsiniz?

- Kitabları oxumayın, kitabları öyrənin. Məsələn, Nizami nağılbaz idimi ki, şeir formasında 5 nağıl yazıb. Niyə Nizamidən bəri hamı beşlik yazdı (“Xəmsə”) 3-lük, 7-lik yazmadılar? Niyə yazdığı beş poemanın hər birində Bərdəni tərifləyir, Gəncəni, Şamaxını yox, niyə qaniçən İsgəndərə peyğəmbərlik verilir və s.

Şəbüstərinin çox kiçik həcmli bir “Gülşəni–raz” əsəri var, 40-dan çox irihəcmli əsərlərdə onu şərh etməyə çalışırlar.

# 4945 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər