news-inner
clock12:57 calendar-gray 29 Yanvar 2016 view-gray171 dəfə oxunub
view-gray171 dəfə oxunub

Məmməd əmi - Həmid Ormanlının yazısı

Kulis Həmid Ormanlının “Pirin üzünə gülsün, Məmməd Dəmirçoğlu” yazısını təqdim edir.

Dəmirçoğlu təxəllüsünü Ona Ağamalı Sadiq Əfəndi yaraşdırmışdı. Bu təxəllüs Ona həm yaraşır həm Onu kökdə saxlayırdı.

Dəmirçoğlu təxəllüsünü çoxları götürə bilər. Ancaq hər adda istisi gəlmir, işığı düşmür bu təxəllüsün... Gərəkdir ki, Tanrıdan rüsxətin ola. Sanki Tanrı alqışına uğramışdı Dəmirçoğlu. İpək səsinnən, yosma yerişinnən, üzünün suyunnan, antrapaloji cizgilərinnən , haqdan dolu boğçasınnan... özündən başqa heç kəsə bənzəmirdi. İçimizdən, çölümüzdən agah idi. Gözümüzdən uzaq olanda da könlümüzə yaxın olub. Gün kimi, ay kimi aydın adam idi.

Saz-söz məclislərinin yaraşığı idi, dost məclislərimizin mərkəzində dayanırdı. Sözü şəkərlə kəsilərdi. El-obayla iç-içə yaşadı, el-obayla bütövləşdi. O, eldən güc aldığı kimi el-oba da onun adını tapınaq bilirdi, işığına isinirdi... Sadə incəlilər üçün sanki Qarabağ müşkülünün həlli də, xalqımızın bu devalvasiya ağrısından xilasının yolları da yalnız Dəmirçoğlunun vasitəsi ilə öz həllini tapa bilərdi. Ulu Tanrı mərhəmətini Ondan heç vaxt heç nədə əskik etməmişdi. Ocağına Daşqın kimi oğul qisməti vermişdi. Başına pərvanə qızlar yetirmişdi. Ömür-gün yoldaşı Zenfira xanım sanki Ayişə, Fatimə soyundandır. Kərəminə Şükürün Kərəmi çoxuydu Dəmirçoğluna.

El-obada çalıb-ayıdan ozan ömrü yaşayırdı. Sirat körpüsündən Tanrı keçidini versin. Həsrətini yaşayırıq. Həsrəti də doğmadır. Həsrəti varlığından doğma oldu. Həsrətində dəyərini daha dəqiq hiss edirəm. Ona olan sevgimizin ucalığı da həsrətinin boyu qədərdir. Gözəlim İncə dərəsinin milli-mənəvi, ruhani iqlimində öz yeri var idi. Yalnız özünə məxsus yeri. Sanki Tanrı Onu bizim haqdan şirəli nəqşibəndiyyə torpaqlarına balaca mənada da olsa Mövlanalıq üçün göndərmişdi. Tanrı bunun üçün Ona büt-tün keyfiyyətləri səxavətlə vermişdi. Nə yazıqlar ki, bəzən özü özünün missiyasına laqeydlik göstərdiyi, missiyasından kənarda boy göstərdiyi zamanlar da oldu.

Dostumuz Rüstəm Kamal Dəmirçoğlunun ömründə boy göstərən bu məqamları onun rəssamlığına bağlasa da mən buna yanırdım. Axı ürfan məclislərində, ariflər yanında, köhnə kişilər arasında, Nazim Əsədoğluyla, Rüstəm Kamalla, Məmməd İlqarla, Hacı Məhəmmədlə daha çox özü olurdu Dəmirçoğlu. Yalnız mənəvi zənginliyə xidmət edən sehrli bir biçim alırdı. Asif Əfəndiyevdə belə bir söz var: “Özün olmaq üçün, özündən yüksək olmalısan”.

- Hacı Mahmud babamızdan, Hurilər-hurisi Hürmələk nənəmizdən, Uzun Allahverəndən, Göftər Alıdan, Qaçaq İsmeyildən, Qara Xozudan, Molla Nəbidən, Əsədoğlu Nazim Əfəndidən yazanda,

- Ürəyinin işığı ilə çəkdiyi “İnsan mənzərələrində”,

- Qara sazı bağrına basıb tırınqılayanda,

- Asta-usta danışığıyla yapışqanlı el lətifələri söyləyəndə,

- Dost heykəlləri yapanda,

- Nəqşibəndiyyə meyxanalarının ritmində cezv olanda.... Özü olmaq üçün özündən çox-çox yüksəkliklərdə dayanan bir nəhəngə dönüşürdü.

Ölümündən ikicə gün öncə telefonla danışmışdıq. Üzümüzə gələn il 65 illik yubileyimdir. Üç kitabımı nəşrə hazırlayıram. İstəyirəm 2016-ya Şaxta baba kimi xurcunu dolu gedim, dedi. Allaha şükür Məmməd əmi xurcunun haqdan doludur, dedim. Görüşək, dedi. Biz bir-birimizdən ayrıldıqca itirə-itirə gedirik, dedi. Ağır bir etiraf. Ağır və ağrılı. Ancaq dedi. Bu sözü mənə dedi. Sonrası da belə...

Sarsıldıq, sınmadıq...

Təskinliyim bizi ayıran zamanın əslində bizi qovuşdurmasıdır. Bilirəm, qabaqda məni gözləyəcək. Biz görüşəcəyik. Mütləq görüşəcəyik. Mənə deyiləsi sözü olmalıydı... O, Quluydu. Qul ömrü yaşadı. Qul olduğunu göstərdi, getdi. Ulu Tanrı uğuruna çıxsın. Ulu Tanrı da sahibliyini göstərsin inşallah.

Pirin üzünə gülsün, Məmməd Dəmirçoğlu!

news-inner-user

17209 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bəy ailəsində doğulsa da kimsəsiz böyüdü, Cəfər Cabbarlı ilə sinif yoldaşı oldu, gözləri görməyə-görməyə tamaşa oynadı – Kinomuzun Rüstəm bəyi
16:30 05 Dekabr 2020
Ceyms Bondun tapançası satıldı
15:45 05 Dekabr 2020
“Humay” mükafatının qalibləri məlum olub
14:35 05 Dekabr 2020
Birinci arvadını öldürməklə fəxr edən adam – Eyvaz Əlləzoğlunun hekayəsi
13:30 05 Dekabr 2020
Hüseyn Caviddən gözəl bir qoşma - Günün şeiri
12:30 05 Dekabr 2020
Oskar mükafatının təqdimetmə mərasimi virtual keçirilməyəcək
11:15 05 Dekabr 2020
Həvəskar və peşəkar rəssamlar arasında rəsm müsabiqəsi keçirirlir
10:12 05 Dekabr 2020
Fuad Poladov: "Bir qız zəng vurub evimizə deyib ki, Fuadı Rostovda öldürüblər" - Müsahibə
09:01 05 Dekabr 2020
Beynəlxalq müsabiqədə şəhidlərimiz yad edildi - Ukraynada
20:05 04 Dekabr 2020
"Italyansayağı xoşbəxtlik" tamaşası onlayn nümayiş ediləcək
19:30 04 Dekabr 2020
Aydın sabahların dostu
18:56 04 Dekabr 2020
Sirlərin bədii və elmi sərgüzəştləri – Elçin yazır...
18:10 04 Dekabr 2020
Azərbaycanlı rejissor qəhrəmanlarımızdan film çəkmək üçün müraciət etdi
17:35 04 Dekabr 2020
Şəhid dənizçilərə kitab həsr olunacaq
17:10 04 Dekabr 2020
Xudayar Yusifzadə və bütün Şəhidlərimizin ruhuna: Vətən yaxşıdır
16:28 04 Dekabr 2020
"Ulduz" jurnalının yeni nömrəsi Qarabağa həsr olundu
15:46 04 Dekabr 2020
Bizim üçün ölümə gülə-gülə gedən 2783 adam
15:03 04 Dekabr 2020
Günel Eminlinin yeni kitabı işıq üzü gördü
14:19 04 Dekabr 2020
Kamal Abdulla: “Mənim üçün ad günü kədərli gündür” - Müsahibə
13:37 04 Dekabr 2020
Koronavirusa qarşı qələbə vaksini
13:01 04 Dekabr 2020