news-inner
clock14:28 calendar-gray 27 Yanvar 2016 view-gray235 dəfə oxunub
view-gray235 dəfə oxunub

Qışda payız sovqatı : yapon şeiri antologiyası

"ATV Kitab" seriyasının “Parlaq imzalar”la birgə layihəsi çərçivəsində silsilənin növbəti 4-cü nəşri – “Səsindən tanıdılar payızı” klassik yapon şeiri antologiyası işıq üzü görüb. İstedadlı tərcüməçi və publisist Cəmşid Bəxtiyarın tərcüməsində işıq üzü görən antologiyaya klassik yapon poeziyasının zirvələri sayılan Başo (1644-1694), Buson (1716-1783) və İssanın (1763-1828) ölməz üçlükləri- seçmə haykuları ilə yanaşı, həmin şairlərin özlərinə ustad saydıqları böyük yapon şairi Saygyonun (1118—1190) qələmindən çıxan tankalar – beşliklər də ilk dəfə olaraq oxuculara məhz bu toplu vasitəsi ilə təklif edilir. Şeirlər ilə yanaşı böyük yapon şairlərinin həyat və yaradıcılığına işıq salan, ara-sıra yapon poeziyası tarixini də sərf-nəzər edən məqalələri də oxumaq olar kitabdan. Antologiyanın tərtibçisi, redaktoru və məqalələri müəllifi "ATV Kitab" seriyasının rəhbəri, şair Səlim Babullaoğludur. Onun fikrincə yapon şeirinin anı göstərmək, anı yaxalamaq kimi yalnız özünə xas bir əsas xüsusiyyəti var və bu xüsusiyyət – anı yaxalamaq cəhdi və bu cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa şeirdə icra etmək yapon poeziyasını vizuallıq baxımından dünya şeirinin baştacına şevirib. Layihə rəhbəri antologiyanın oxucular və poeziyasevərlər tərəfindən yaxşı qarşılanacağından əmindir.

"Parlaq imzalar" nəşriyyatının direktoru Nurman Tariq də hesab edir ki, “Səsindən tanıdılar payızı” klassik yapon şeiri antologiyası məzmun məziyyətləri ilə yanaşı xüsusi poliqrafik keyfiyyətdə, poetik toplulara xas standartla icra olunub. O da qeyd edib ki, yalnız haykular deyil, həmçinin böyük yapon şairi Saygyonun qələmindən çıxan tankaların – beşliklərin da təklif edildiyi kitab bu məziyyəti ilə bir ilkdir, yenilikdir. Tankaların – beşliklərin haykulardan – üçlüklərdən daha qədim və sonradan onları da doğurmuş ədəbi hadisə olduğu nəzər alınsa, onda antologiyanın məhz belə tərtib edilməsi həm də qanunauyğun və ədalətli görünər.

Yaradıcı qrup antologiya üzərində iş zamanı Yaponiyanın Azərbaycandakı səfirliyi ilə də əməkdaşlıq ediblər. Kitabın məsləhətçisi Aydın Tağıyevdir, bədii və texniki tərtibat isə İsmayıl Süleymanlıya məxsusdur.

"ATV Kitab" layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli, Dilman Şahmərdanlı, Əliş Mirzalı və Bəxtiyar Əlirzayev də daxildir. Bədii Tərcümə Mərkəzi və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə hazırlanan kitaba və seriyaya informasiya dəstəyi www.news.atv.az tərəfindən verilir.

Qeyd edək ki, bundan əvvəl eyni seriyadan A. Strindberqin "Tənha" romanı, V. Krevenin "Azəristan hekayələri" , M. Ağaoğlunun “Alman malı” hekayələr toplusu nəşr edilmişdi.

Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən və 055 259 72 59 telefon nömrəsi ilə də sifariş edə bilərsiz. Çatdırılma pulsuzdur.

news-inner-user

19493 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı şair vəfat etdi
13:35 02 Avqust 2021
Kino xadimləri təltif edildi - Siyahı
12:58 02 Avqust 2021
İttifaqın katibi: “Ən böyük təhlükə “feyk” Azərbaycan kinosudur” – Müsahibə
12:30 02 Avqust 2021
Amaliya Pənahovanın barelyefinin açılışı olub - Fotolar
12:01 02 Avqust 2021
Kamal Abdullanın yeni romanı çap olunub
11:33 02 Avqust 2021
Kinostudiyanın direktoru: “Müjdə çox yaxındadır” – Müsahibə
10:51 02 Avqust 2021
Mərmi düşməyən pir, şükür edən icra başçısı - Tap Qaraqoyunluda söz bayramı - Fotolar
10:30 02 Avqust 2021
Bu gün Milli Kino Günü qeyd olunacaq
09:56 02 Avqust 2021
Rüstəm Behrudi: “Xalq şairi adını versələr, qəbul eləmərəm” – Müsahibə
09:00 02 Avqust 2021
Səhnəmizin gerçək primadonnası: Amma danışmasın!
13:12 01 Avqust 2021
Rüstəm Behrudi intihar edən qardaşı oğluna şeir ithaf etdi
11:30 01 Avqust 2021
Biz tərəflər – Şərif Ağayardan hekayə
16:30 31 İyul 2021
"Memati" yeni serialda rol alacaq
15:00 31 İyul 2021
Aydın Xırdalanlı ölüm anında hansı videoya baxıb – Maraqlı Faktlar
13:30 31 İyul 2021
ADU-da Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub
12:52 31 İyul 2021
Flora Kərimova "Şərəf" ordeni ilə təltif olundu
11:48 31 İyul 2021
Ayaz Salayev: "O Ittifaqın başında bizə yaraşmayan insan dayanıb" - Müsahibə
11:33 31 İyul 2021
Tünzalə Ağayeva Türkiyəyə yardım göndərdi
10:26 31 İyul 2021
Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
09:02 31 İyul 2021
Facebookda tənha insanları necə tanımaq olar?
21:00 30 İyul 2021