Seymurun mənə satdığı “norka” papaq - XALİD KAZIMLININ YAZISI

Seymurun mənə satdığı “norka” papaq - XALİD KAZIMLININ YAZISI
26 yanvar 2016
# 12:40

Bu günlərdə Kulisdə müasir yazıçılarımızın vaxtilə ticarətlə məşğul olmalarına dair bir məqalə oxudum. Məqalədə Şərif Ağayarın, Mirmehdi Ağaoğlunun, Seymur Baycanın və başqalarının bir zamanlar alver edərək başlarını dolandırdıqlarına dair etiraflar yer alırdı. O yazını oxuyanda bu əhvalat yadıma düşdü. Normalda mən bunu heç vaxt yazmazdım, amma bir halda ki, özləri etiraf edir, o yazıya sözardı olaraq Seymur Baycanla bağlı bu xatirəni yazıya alım, qalsın.

O illər (2000-2002) qışda hava çox soyuq keçirdi. Noyabrda qar yağır, 40 gün ərimir, şaxta olurdu. Mənim də avtomobilsiz vaxtlarım idi, işə yolum uzaq idi, piyada gedib-gələrkən üşüyürdüm, qrip olurdum. Dostlar deyirdi, papaq qoy. Amma kepka papaqları sevmədiyimdən almırdım. Bir gün isə qərara aldım ki, başıma isti papaq qoymasam, bu qara qışdan rahat çıxmayacam.

“Yeni Müsavat”ın yerləşdiyi binada Seymur Baycanla rastlaşdıq, ordan-burdan söhbət elədik. Seymur o vaxt aeroport yarmarkasında başını dolandırırdı. Ondan soruşdum ki, bazarda münasib qiymətə xəz papaq varmı. Gələcək yazıçı dedi, var, tapa bilər, çeçenlər satır, ucuz verirlər. Gerçəkdən də məlum oldu ki, normalda 100-150 dollardan ucuz olmayan xəz papaqları çeçenlər təxminən 50 dollara satırlar.

Seymura o vaxtın puluyla 20 “şirvan” (200 min manat) verdim. İki-üş gündən sonra mənə norka xəzindən tikilmiş bir papaq gətirdi. Papağın içində qaytanı da vardı, istəsən, ölçüsünü tənzimləyə bilərdin. O vaxtdan başlayaraq, 3-4 il qar yağanda, şaxta olanda o papağı başıma qoyurdum. Sonralar fikir verirdim ki, metroda məndən başqa o cür papaq qoyan yoxdur. Ona görə də qərara aldım ki, xəz papaqdan imtina edim.

Avtomobil alandan sonra isə baş geyiminə heç ehtiyac olmadı. Ancaq 3-4 il əvvəl fevralın 5-də şiddətli qar yağanda və işə avtomobillə getmək mümkün olmayanda o xəz papaq çox karıma gəldi. Evə çatmaq üçün ən azı dörd kilometr yolu qar-boranda piyada getməli oldum. Qar qasırğası o qədər şiddətliydi ki, saat yarım ərzində hər əlli addımdan bir dönüb arxaya doğru addımlaya-addımlaya gedirdim. Çox soyuq idi. O xəz papaq, əlcəklər, qalın şərf olmasaydı, çətin olardı . Evə girəndə uşaqlar məni tanımadı, hesab elədilər ki, evə qar adamı gəlib.

Seymurun alıb gətirdiyi papaq hələ də durur, elə bil indicə tikilib. Hərdən fikirləşirəm ki, Rusiyaya tez-tez gedib-gələn, yaxud orda yaşayan qohumlardan birinə bağışlayım. Yiyə duran yoxdur.

P.S. Görüşəndə gərək Seymurdan soruşum: o papaqdan ona neçə “şirvan” qalmışdı?

# 3134 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər