“YUĞ”da konfet yemək

“YUĞ”da konfet yemək
20 yanvar 2016
# 18:06

“YUĞ”un bir ocaq olduğunu, məbəd kimi qəbul olunduğunu desəm, YUĞsevərlər anlar məni. Yox, mən yanılmıram. YUĞ, sevimli məkanımızda vida oyunlarıyla da dünən bizə bir ata evi istiliyi, rahatlığı hiss etdirdi. Dünən “Kafkaya salamlar” deyirdilər, amma mən bunu “YUĞdan hoqqabazlara salamlar” kimi yaşadım. Hoqqabazın YUĞ oyununda YUĞun “Sən böyük qardaş deyilsən” deyib böyük qardaş sevgisizliyinə acizanə bir etirazı vardı. Biz yenə gülürdük, amma havada aşkla yanaşı ayrılıq qoxusu da vardı.

Evimizi sökürlər, sizə zarafat gəlməsin. Tikə bilmədikləri bir evi daha sökürlər. Yəni anlayacağınız, daha bir hoqqa çıxarırlar. Və bu hoqqanın ancaq hoqqa olmadığının fərqində də deyillər. Ocağı həmişə su ilə söndürməzlər, adamlar, bəzən üzərinə torpaq da tökürlər. Bir parça torpaqda yeni bir ocaq qurun, sonra sökün o köhnə, yox, qədim ocağı.

Biz dünən YUĞda konfet yedik. Şirin yeyək, şirin danışaq, şirin düşünək dedik. Yəni biz də özümüzü dik tutmaq üçün hoqqa çıxartdıq.

Amma sizə deyim ki, mənim içim çox rahat. Çünki YUĞ bir məkana sığacaq qədər dar deyil. YUĞ düşüncəsi dar olanlara dar gəlir, sadəcə. YUĞ bir düşüncə üslubudur, həyat tərzidir, YUĞ bir fərqdir və əslində siz də YUĞun fərqindəsiz. Bəlkə elə ona görə də...

Biz hələ də ümid edirik, cənablar, ümid edirik...

# 2423 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
#
#
# # #