Siz Üzeyir bəyi niyə təhqir edirdiniz?

Siz Üzeyir bəyi niyə təhqir edirdiniz?
12 yanvar 2016
# 12:00

Teatrşünas İlham Rəhimli “Cavabsız suallar” kitabında milli teatr tariximizlə bağlı, görkəmli sənətkarlara, ictimai xadimlərə maraqlı suallarla müraciət edib. Kulis Haşım bəy Vəzirova verilən sualları təqdim edir.

Jurnalist, pedaqoq, naşir və dramaturq Haşım bəy Vəzirova (1868 – 4.2.1916) xitab

Sual.

– Cənab Haşım bəy!

Xalqımızın qeyrətli, səmərəli işlər görən maarifçilərindən olmusunuz. İrəvan müəllimlər seminariyasını bitirərək Cavanşir və Şəki qəzalarının müxtəlif yerlərində müəllimlik etmisiniz. Şuşada yaranan ilk türk-rus məktəbinə başçılıq etmisiniz. Elə orada şəhər bələdiyyəsinin qlasnısı seçilmisiniz. 1905-ci ildə erməni daşnaklarına qarşı rəşadətlə mübarizə aparmısınız. Hətta buna görə az müddət Stavropolda sürgün həyatı yaşamısınız.

1907-ci ildən başlayaraq müəyyən fasilələrlə «Tazə həyat», «İttifaq», «Səda», «Sədayi-həqq», «Sədayi-vətən», «Qafqazist» (rus dilində) qəzetlərini nəşr etdirmisiniz. «Məzəli» gülməcə jurnalının mühərriri olmusunuz.

Belə böyük vətənpərvərlik qarşısında baş əyirəm.

Ancaq rəncidə olub cavab axtardığım sualım var.

«Məzəli» jurnalının 15 may 1915-ci il tarixli 15-ci sayının lap birinci səhifəsində karikatura vermisiniz. Qurşaqdan yuxarı yarıçılpaq, əndamlı bir xanım (yəni operetta) teatr binasının üstündə əyləşib. Binanın sütunları sınıb. Kişi (yəni faciə) qalıb binanın altında. Onun yalnız başı, əlinin biləkdən aşağı pəncələri və bir ayağı görsənir. «Operetta» sözü əski əlifba ilə xanımın yambızına, «faciə» sözü isə kişinin belindəki sınıq daş parçasına yazılıb. Faciənin ağzından axan qan gölməçə yaradıb. Xanım-operettanın dizinin üstündə də bir əhli-müsəlman siqaret tüstülədir.

Karikaturanın aşağısında bu sözlər yazılıb: «Məşhur bəstəkarımızın neçə ildən bəri müsəlman səhnəsində göstərdiyi xidmətdən bir nümunə».

Soruşuram: Bəyəm Üzeyir bəy «Məşədi İbad» («O olmasın, bu olsun») və «Arşın mal alan» operettalarını yazmaqla böyük qəbahət edib?

Belə dahi insanın gördüyü əzəmətli işləri gülüş hədəfinə çevirmək nə dərəcədə düzgün idi?

Haşım bəy!

Sözgəlişi bir məsələni xatırladım. Vaxtilə yazdığınız «Döymə qapımı, döyərlər qapını», «Xan-xan», «Evlənmək su içmək deyil», «Uprava xanımın qızı, Tramvay xanımın toyu» pyeslərinizi 1919-cu ildən üzü bəri heç bir teatr yada salmır...

Amma və di gəl ki, bəyənmədiyiniz «Məşədi İbad» və «Arşın mal alan» bu gün də teatrlarımızın repertuarlarının bəzəyidir.

Deyə bilərsinizmi, Sizin pyeslərinizin oynanılmamasının, ancaq Üzeyir bəyin operetta və operalarının sənət ocaqlarının repertuarlarından düşməməsinin səbəbini nədə görürsünüz?

# 1733 dəfə oxunub

Oxşar xəbərlər

Xudadat bəyin acı taleyi... - Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından necə istifadə edirdi?

Xudadat bəyin acı taleyi... - Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından necə istifadə edirdi?

10:00 4 mart 2026
Qarabağ xanlığının tarixinə fərqli baxış - Əhməd bəy Cavanşir Vaqifin faciəsini necə təqdim etmişdi?

Qarabağ xanlığının tarixinə fərqli baxış - Əhməd bəy Cavanşir Vaqifin faciəsini necə təqdim etmişdi?

10:00 2 mart 2026
İkinci Dünya müharibəsinin ən qorxunc gecəsi - "Mixaylo"nun qəbrini gecə yarısı kim qazdırdı?

İkinci Dünya müharibəsinin ən qorxunc gecəsi - "Mixaylo"nun qəbrini gecə yarısı kim qazdırdı?

12:00 27 fevral 2026
Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman: Abbasqulu bəy Şadlinski kim idi?

Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman: Abbasqulu bəy Şadlinski kim idi?

15:00 24 fevral 2026
Otuz səkkiz il sonra vətənə qayıdan mühacir - Canlar Lənkəranlının həyat hekayəsi

Otuz səkkiz il sonra vətənə qayıdan mühacir - Canlar Lənkəranlının həyat hekayəsi

10:00 24 fevral 2026
Daşnakların qara siyahısındakı daxili işlər naziri - Onun qatili Torlokyan cəzadan necə yayındı?

Daşnakların qara siyahısındakı daxili işlər naziri - Onun qatili Torlokyan cəzadan necə yayındı?

10:00 18 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər