Elza Seyidcahan şeytana şeir yazdı

Elza Seyidcahan şeytana şeir yazdı
11 yanvar 2016
# 15:22

Kulis Elza Seyidcahanın “Şeytana papış” şeirini təqdim edir.

Ey şeytan

İmansız olma bu qədər,

İmana gəl!

Bu meydan, bu şeytan.

Vicdansız oldun nə qədər,

Vicdana gəl!

Sən qursan bir dövran,

Verməz sənə bir yorğan,

Sən sancıdan qovrul,

Doğran,

Olmaz səni doyuran!

Sənə izn verdi O

İznin izini itirdin!

Lənət olsun sənə, şeytan!

Olsun lənət, kor şeytan!

İmanlı şeytanol sən!

Olma imansız şeytan!

Tanrının seçdiyinin göz yaşlarına dolma...!

Gözəl mahnılar oxu.

Nəğmələrin çoxu

Səmalardan pay oldu...

“Heç vaxt mənəm-mənəm,

Mənəm-mənəm deməyin ki,

Axırda soram gəlib

Mən olarsız!”

Dedin sən.

Səbəb olma!

Çox insanlar mənəm-mənəm,

Mənəm-mənəm dedilər...

Axırda gəlib səndən betər

Oldular, itdilər...

İzinin izini itirdin sən.

İzinin dizini görəcəksən sən

Şeytan!

Mələk idin

Niyə döndün tanrıdan?!

Bu insanlar yazıqdırlar,

Axı onlar azğındırlar,

Ürəkləri

Fikirləri

Dalğındırlar.

Onsuz onlar yalqızdırlar.

Yapyalqızlar, ağızlar

Sən onları azdırmısan.

Pis yollarda yandırmısan.

Şeytan, çəkil uzaqlara

Heç olmasa qulaqlara

Bir az tanrı səsi gəlsin

Günahlara batanlara

Azca onun rəhmi gəlsin.

Yalvarıram, yazığın gəlsin

Şeytan, sənin bu dünyadan üzün dönsün!

Şeytan, sənin insanlardan

Nəfsin ölsün!

Savaşacam ruhumuz üçün

Mən səninlə!

Dünyamız üçün dalaşacam kəfəninlə!

Pis ruhlara qapılmayaq!

Ey insanlar

Biz onlara satılmayaq!

Allahdan üz çöndərməyək!

Tanrıdan biz sakınmayaq!
Nə olar, şeytan

Əl çək bizdən.

Uzun dönsün içimizdən

Elə dönsün 70 arxa

Dönənimizdən o yana dönsün bu dönməyin

Gəlməsə itsin bu itməyin!!!

# 1937 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər