writer1

Səhər Əhməd

Məqalə sayı

197
clock12:15 calendar-gray 11 Yanvar 2016 view-gray338 dəfə oxunub
view-gray338 dəfə oxunub

Geni dəyişdirilmiş qadınlar

Mən onu poçtda gördüm. O qadını. Əvvəlcə kiməsə oxşatdığımı sandım, sonra ona bənzəyə biləcək bütün tanışları bir-bir fikrimdən keçirdim və konkret heç kimi tapmadım. Amma qadın dəhşətli dərəcədə kimisə xatırladırdı. O (şərti olaraq adını L. qoyaq) mənim göndərəcəyim məktublarla məşğul olduğu vaxtda özümlə bacara bilmirdim, etirazıma rəğmən beynim çox sürətlə işləyirdi və nəhayət ki, "evrika".

L. fərdi olaraq kiminsə oxşarı deyildi, ümumən sovet qadınlarına bənzəyirdi. Bənzəyirdi nədi, tipik sovet qadını idi və elə bil indicə o dövrdən çıxıb gəlmişdi. Çoxdandı poçta yolum düşmədiyini nəzərə alsaq, mənim o dövrə qayıtmış olmağım da pis versiya deyildi.

O, çağdaş qadınlardan fərqli olaraq, çox təbii görünürdü; saçları səliqəsiz və sadə şəkildə arxadan yığılmışdı, qaşlarının forması indiki dəbə uyğun deyildi. Üzündəki xırda nahamvarlıqlar kosmetikanın müasir uğurlarıyla ört-basdır edilməmişdi deyə, xaricdən gətirilən almalar kimi bərq vurmurdu, əksinə, orqanik meyvələrtək kələ-kötür idi. Bütün bunlara baxmayaraq, hətta mən deyərdim, bütün bunlara görə, L. adama xoş təsir bağışlayır və olduqca doğma gəlirdi. Gözlərindəki təbii işıltı üzünə zər kimi dağılıb parıldayırdı. Mənim diqqətimi çəkən və onu sovet qadınlarına bənzədən də elə baxışlarındakı bu işıltı idi.

Yaddaşımı bir az da qurdalayıb belə bir nəticəyə gəldim ki, L. sovet kəndlisinə bənzəmir, ziyalısına da. Əsl zavod və fabriklərdə çalışan ovaxtkı fəhlə optimistliyi vardı onda. L.-ya məhz poçtda rast gəlməyim də təsadüfi deyildi. Banklarda, ofislərdə indi ancaq civiltili səslə robot kimi eyni şeyləri deyən, ütülü və inkubator cücələri kimi standart görkəmli qızlar işləyirdi.

Təmasda olduğum beş-altı dəqiqədə hətta mənim kimi "doymuş məhlul"a da onun əhvalı sirayət elədi, bir anlığa elə bildim ki, heç bir amalımız iflasa uğramayıb, hələ hər şey qabaqdadı. Və az qala bir az da ifrata varıb "rədd olsun elektron məktublar" deyə qışqıracaqdım ki, insafa gəlib özümü saxladım.

Əvəzində düşündüm ki, bəlkə hansısa utopik xəyallarla yaşamaq gələcəkdən əl üzüb yaşamaqdan daha yaxşıdır...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sabir Əhmədli işğaldakı rayonuna necə qayıtdı?
16:32 17 Aprel 2021
Sirk ustaları bir araya gəldi
14:19 17 Aprel 2021
Şəhid polkovnikin təsirli piano ifası yayıldı - Video
13:28 17 Aprel 2021
Əsəbi gün - Humay Quliyevanın yazısı
12:30 17 Aprel 2021
Gözləri görməyən laçınlı şairin yurd gəzintisi
11:01 17 Aprel 2021
UNESCO Azərbaycan teatrının layihəsini qəbul etdi
10:29 17 Aprel 2021
Ağadadaşın kişi sözü – Elçindən yeni hekayə
09:00 17 Aprel 2021
“Nadir şah. Avşar dövləti” adlı kitab çap olunub
18:53 16 Aprel 2021
Prezident Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
18:41 16 Aprel 2021
Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub - Foto
18:17 16 Aprel 2021
Filmimiz Rotterdam Beynəlxalq Film Festivalında
17:29 16 Aprel 2021
Klinton ilk romanını nəşrə hazırlayır: "Terror dövləti" - Foto
16:37 16 Aprel 2021
Azərbaycanlı qadının fotosu Türkiyədə “İlin media fotosu” seçildi - Video
15:49 16 Aprel 2021
Təzəpirdə sinə vurdu, qızlarına görə Moskvada yaşamaqdan imtina etdi, atası onunla işləmək istəmədi – Tanımadığımız Eldar Quliyev
15:01 16 Aprel 2021
Yazıçıya vəzifə verildi
14:47 16 Aprel 2021
Qarabağda qırılan tut ağaclarına elegiya
14:31 16 Aprel 2021
Əməliyyatdan çıxan Zümrüd: “Xərçəng deyiləm” - Açıqlama
13:49 16 Aprel 2021
Həmid Herisçi Seymur Baycandan danışdı: “Təəssüf ki...”
13:02 16 Aprel 2021
Şimşəkdən sonra - İlham Əzizin yeni hekayəsi
12:16 16 Aprel 2021
Eldar Quliyev Fəxri Xiyabanda dəfn olunmayacaq
11:34 16 Aprel 2021