Varisin Moskvada audiokitabı çıxdı

Varisin Moskvada audiokitabı çıxdı
15 dekabr 2015
# 13:42

Moskva Varisin “Üç üstəgəl bir” adlı audiokitabı işıq üzü görüb. Kulisin verdiyi məlumata görə Şərqi Avropanın ən böyük elektron və audiokitab ticarəti şirkəti LitRes-in, habelə İnternational Writers Union təsisatının sifarişi ilə çıxan audiokitab bu gündən etibarən satışa çıxarılıb.

Tirajın bir hissəsi beynəlxalq almanaxlara və ədəbi jurnallara, o cümlədən, 20000 tirajlıq populyar “Russkiy kolokol” jurnalına əlavə olunacaq.

“Üç üstəgəl bir” 1 saat 47 dəqiqə həcmindədir, mətni aktyor Dmitri Karıgin səsləndirir.

İnsanı pozitivliyə kökləyən, “Bir az güc, bir az səbr, dözüm toplasaq, hər bir ağırlığa dözə, hər bir bəlaya güc gələ bilərik. Sadəcə, sınmamağımız və özümüzə güvənməyimiz lazımdır» cümlələri ilə tamamlanan audiokitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# 2449 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər