writer1

Ömər Xəyyam

Məqalə sayı

47
clock16:16 calendar-gray 01 Dekabr 2015 view-gray755 dəfə oxunub
view-gray755 dəfə oxunub

İntellektual emosiya

Biləcəri bugünkü "ədəbiyyat yaradanların" düşüncələrindədir , ora getmək üçün cəhd eləmək lazım deyil...

Müəllif

Olmayan istedadımın müqəddəs adına sığınıb bizə qədərki və bizdən əvvəlki qələm adamlarının çoxu qan, azı ruhdan düzəltdikləri intellekt havasına yeddi köynək uzaq mürəkkəblə çizilmiş ədəbiyyat yolunun üstündə asılıb qalan qatı cəhalət dumanını yarmağa cəhd eləmək şərəfinə nail olmaq üçün qeyri-ciddi oxucu notları:

Əzizlərim, ulu qələmdaşlar!

Mətnləriniz xatirat xarakterli olub, ən yaxşı halda oçerk səviyyəsində zadlardır ki, bununla camaatın balalarını aldatmayın.

Bədii mətndəki informasiya bədii informasiyaya çevrilməlidir. Bədii olmayan maraqlı əhvalatlarınız çox bayağıdır. Xatirə danışa-danışa bizi də bezdirmisiniz, xatirələri də.

Ədəbiyyat olduğu kimi çəkmək sənətidirsə, fotoqraflar ədəbiyyat üzrə Nobelə namizəd göstərilsin.

Etnoqrafik elementlərlə dolub-daşan dili gözəl mətnlərin dili ağız boşluğundan o tərəfə keçmir. Yuxarı damaqla dilçək arasında əriyib gedən bal kimi cümlələr birbaşa qida borusuna düşür və mədəyə çatmamış həzm olunur.

Dil!

Düşünürsüz ki, bədii mətnin dili bütün başqa komponentlərdən daha vacibdir. Yanılırsız. Bütün enerjinizi mətnin dilinə xərcləyirsiz. Unutmayın ki, forma və məzmun, bu iki komponent bir-birini tamamlayanda ortaya gözəl nümunə çıxır. Məzmunsuz forma heç kimə lazım deyil. Bir şeyi unutmayın ki, əsərləriniz başqa dilə tərcümə edilsə, mətnin dilini başqa dilə olduğu kimi çatdırmaq mümkün olmayacaq. Ünsiyyət vasitəsi kimi dil bədii mətn daxilində yalnız öz kommunikativ funksiyası ilə qısıtlanmamalıdır.

Dünyanın elə bir yeri yoxdu ki, orda mətnlər dil ilə qiymətləndirilsin. Yazıblar qalaq-qalaq. Dili də bal kimi mətnlər. 600 səhifə. Hə, nə olsun? Deməyə sözün varsa, sözünü de. Söz oyunu eləməklə, cümlələrin içində əriyib qalmaqla ədəbiyyat olunmaz. Dünyanın yenidən dərk olunmağı üçün dil yox, söz önəmlidi!

Oxucu kimi prosesin içinə sala bilmirsiniz məni. Prosesin iştirakçısı ola bilmirəm. Hansısa maraqlı (təəssüflə qeyd edim ki, çox vaxt əhvalatlarınız heç maraqlı da olmur) və ya ibrətamiz əhvalat uydurub (təəssüflə qeyd edim ki, çox vaxt heç uydurmursuz da) onu nağılçılara xas intonasiya ilə nəql etməyiniz heç kimə maraqlı deyil... Heç kim deyəndə dünyada yaşayanları nəzərdə tuturam. Maraqlı deyəndə isə, intellektual emosiyaya işarə edirəm. Fantaziyanızı işə salın. Bütün həyat hadisələrini olduğu kimi kağıza köçürmək lazım deyil.

Ədəbiyyatın mərkəzində insan dayanmalıdır. Sizin əsərlərinizinmərkəzində isə azərbaycanlı dayanır. Hər imkanda bu azərbaycanlını müdafiə etməyə çalşırsız. Etməyin. Qoyun o azərbaycanlı bəşəri həqiqətlərlə qarşılaşsın.

Heç olmasa mətnlərdə azərbaycanlıları dünyaya çıxarın!

Heç olmasa mətnlərdə azərbaycanlıları dünyaya çıxarın!

Heç olmasa mətnlərdə azərbaycanlıları dünyaya çıxarın!

İntellektual emosiya!

İntellektual emosiya!

İntellektual emosiya!

Yaşı və qələm təcrübəsi hündürlüyümün qapaz tutanından az qala bir bədən uca olan dəyərli yazarlar, lütfən yanlış anlamayın məni.

Məsləhət vermirəm aaa, Allah eləməsin, haşa!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Falçı ona cavan öləcəyini söyləmişdi – Zərdüşt Şəfinin kədərli həyatı
21:00 03 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
19:00 03 Avqust 2021
Anar Kərimov Yunus Əmrə İnstitutunun nümayəndə heyətini qəbul edib
18:41 03 Avqust 2021
İki dil bilmək uşaqların nitqinə ziyandırmı?
18:21 03 Avqust 2021
Dünya bir pəncərədir - Rasim Nəbioğlu yazır
17:42 03 Avqust 2021
Eyni səngərdə döyüşən ata-oğul, ərinin tabutuna girən qadın, əkiz qardaşların əkiz məzarı - 44 günlük müharibədən 44 qeyri-adi fakt
17:01 03 Avqust 2021
Aktrisanın adına saxta profil açıldı
16:34 03 Avqust 2021
Yeni sədr hər kəsi əməkdaşlığa çağırdı
15:45 03 Avqust 2021
Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə
15:01 03 Avqust 2021
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
14:15 03 Avqust 2021
Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”
13:30 03 Avqust 2021
Bir bax, başın üstə günəş doğulur – Ramiz Rövşən Şuşaya şeir oxudu - Video
12:45 03 Avqust 2021
Allaha inanmadı, 16 yaşlı qızla evləndi, oğlunun ölümündə özünü günahkar bildi - Xalq şairindən 10 maraqlı fakt
12:01 03 Avqust 2021
Öz ölümünü yazan şair - Günün şeiri
11:30 03 Avqust 2021
Qələbədən yazmaq çox çətindir
11:01 03 Avqust 2021
“Orxan Pamukun evi inanılmaz dərəcədə geniş idi” – Söhbət
10:30 03 Avqust 2021
Deyirsən, anamın yerində ayrı arvadla mazaqlaşsın? – Yeni hekayə
09:01 03 Avqust 2021
Açıq havada Kino Günü keçirildi - Fotolar
08:49 03 Avqust 2021
Azərbaycanlı şair vəfat etdi
08:08 03 Avqust 2021
"Qapalı olan həyatımın qapılarını indi açıram..." - Fəxrəddin Manafovla yubiley müsahibəsi
21:00 02 Avqust 2021