Uşaqlar Yeni ildə Mauqulini görəcəklər

Uşaqlar Yeni ildə Mauqulini görəcəklər
30 noyabr 2015
# 17:21

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il tamaşasının məşqlərinə start verilib. Kulisin məlumatına görə teatr Yeni il ərəfəsində gənc yazar Pərvin Nurəliyevanın səhnələşdirdiyi “Mauqli” pyesi əsasında “Mauqlinin Yeni ili” tamaşasını azyaşlı izləyicilərə təqdim edəcək.

Balacaların sevimli nağıl personajı olan Mauqlinin yeni il sərgüzəştlərindən bəhs edən tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Yeni il tamaşasında əsas obrazları gənc və istedadlı aktyorlar Zaur Əliyev (Dövlət Musiqili Teatr), Mirzəağa Mirzəyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Aydın Dəmirov, Eşqin Quliyev, Elgün Yəhyayev, Vahid Orucoğlu, Elnur Əliyev, Anar Seyfullayev, Elşən Şıxəliyev, Rəşad Səfərov, Müşfiq Əliyev, Anar Səfiyev, Bəhram Həsənov ifa edəcəklər.

Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabr ayının 25-dən, 2016-cı ilin yanvar ayının 4-dək saat 12:00, 14:00, 16:00, 18:00-da nümayiş etdiriləcək.

Məlumat üçün bildirək ki, yeni tamaşa ilə yanaşı hər il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda “Mauqlinin yeni ili”ni izləyəcəklər.

# 2744 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər