“Gənc Tamaşaçılar” teatrının 40 tamaşalıq repertuarı

“Gənc Tamaşaçılar” teatrının 40 tamaşalıq repertuarı
27 noyabr 2015
# 14:10

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dekabr ayında məktəblilər və böyük tamaşaçılar üçün 40 adda müxtəlif janrlı tamaşalar nümayiş etdirəcək. Kulisin məlumatına tamaşalardan ikisi yeni səhnələşdirilib.

İki zəhmətkeş gəncin saf və təmənnasız sevgisindən danışan İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” (04.12.2015, saat 19:00) tamaşası ilə başlayacaq aylıq repertuara insanı nağıllar aləmində hiss etdirən K.Ağabalayevin “Şahzadə Xəzərin nağılı” (05.12.2015, saat 10:00; 12:00), Bakı kəndlərinin namuslu insanlarının həyatından bəhs edən Elçinin “Buzovna kəndinin əhvalatları” (05.12.2015, saat 19:00), Gözəl və Füsunkarın sevgisindən danışan B.Marvinin “Yatmış gözəl” (06.12.2015, saat 12:00), şagirdlərinin “Sabah”a olan sevgisi haqqında Ə.Əmirlinin “Mən səni sevirəm – MSS”, Lənkəran xanının vəzirinin başına gələn vaqeələr haqqında M.F.Axundzadənin “Hekayəti Vəziri-xani-Lənkəran” (09.12.2015, saat 16:00), Gövhərtac və Fərmanın nakam məhəbbətindən bəhs edən Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” (11.12.2015, saat 19:00), Ələddin və Qara Cadugər haqqında Ərəb Xalq nağılı “Ələddinin sehrli çırağı” (12.12.2015, saat 12:00), III Riçardın taxt-tac hərisliyindən danışan U.Şekspirin “III Riçard” (12.12.2015, saat 19:00), ögey anası və bacısının Fatmanın başına gətirdiklərindən bəhs edən Azərbaycan Xalq nağılı “Göyçək Fatma” (13.12.2015, saat 12:00), füsunkar Pəridən qisasçı Pəri Caduya çevrilən Ə.Haqverdiyevin “Pəri Cadu”su (13.12.2015, saat 19:00), Dilsuzun “Əlincə qalası” (16.12.2015, saat 16:00), S.Elsevərin “Arzu və Murad” (17.12.2015, saat 19:00), dinə ikili münasibətin sərgiləndiyi Ə.Əmirlinin “Hasarın o üzü” (18.12.2015, saat 19:00), T.A.Hofmanın “Şelkunçik” (19.12.2015, saat 10:00; 12:00), Romeo və Culyettanın nakam sevgisindən bəhs edən U.Şekspirin “Romeo və Culyetta” (19.12.2015, saat 19:00), dünyanın ən gözəl qu quşundan danışan H.K.Andersenin “Çirkin ördək balası” (20.12.2015, saat 12:00), İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”i kimi tamaşalar daxildir.

Yeni il ərəfəsində, dekabr ayının 25-dən 30-dək hər gün saat 10:00, 12:00, 14:00, 16:00, 18:00-da isə balaca tamaşaçılar gənc yazar Pərvinin “Mauqlinin yeni ili” tamaşasını izləyə biləcəklər.

# 2070 dəfə oxunub

Oxşar xəbərlər

“44” bədii filminin premyerası baş tutacaq

“44” bədii filminin premyerası baş tutacaq

15:33 7 sentyabr 2026
Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

14:30 7 sentyabr 2026
“IV Divar” serialı tamaşaçılara təqdim olunacaq

“IV Divar” serialı tamaşaçılara təqdim olunacaq

14:00 7 sentyabr 2026
Ridli Skott kassada uğursuzluq yaşadı

Ridli Skott kassada uğursuzluq yaşadı

13:45 7 sentyabr 2026
"Bunker" filminin ulduzu vəfat etdi

"Bunker" filminin ulduzu vəfat etdi

10:36 7 sentyabr 2026
Corc Lukas Los-Ancelesdə kosmik gəmini xatırladan muzey açır

Corc Lukas Los-Ancelesdə kosmik gəmini xatırladan muzey açır

10:10 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər