“Göz muncuğu” polyak dilində

“Göz muncuğu” polyak dilində
23 noyabr 2015
# 11:15

Anarın Anarın “Göz muncuğu” (“Oko proroka”) kitabı Polşada “ATUT” (Vroslav) nəşriyyatında nəşr olunub. Kulisin məlumatına görə “Göz muncuğu” povesti və “Qırmızı limuzin” hekayəsinin daxil olunduğu kitab “Şərq modernizmi” seriyasında nəşr olunub.

Kitab Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Azərbaycan ədəbiyyatını xaricdə təbliği” istiqamətində gördüyü son uğurlu işlərdən biri kimi əsrəyə gəlib. Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu eksklüziv açıqlamasında bildirib ki, “Göz muncuğu” povesti son illərdə ən çox dartışılan və müzakirə edilən, hətta Anar münasibətdə laqeyd münasibət sərgiləyən ədəbiyyat adamları tərəfindən də təqdir edilən bir əsərdir: “ Mənim fikrimcə “Göz muncuğu” ciddi ədəbi hadisədir. Povesti İlaha Kərimova Mərkəzin sifarişi ilə çevirib polyak dilinə. Orijinaldan. İlaha xanım artıq yetkin, peşəkar tərcüməçi və ədəbiyyatşünasdır. Bu bizim İlaha xanımla ilk işimiz deyil. O həm milli ədəbiyyatımızın polyak dilinə tərcüməsi istiqamətində, həm polyak ədəbiyyatını dilimizə çevrilməsi istiqamətində ciddi işlər görüb. Sevinirəm ki, onun demək olar əksər işləri bizimlə əməkdaşlıq çərçivəsində baş verib. Anarın “Qırmızı limuzin” hekayəsini tərcüməçi-polonist Sonya Qasımovdır. Biz onunla da xeyli vaxtdır əməkdaşlıq edirik.”

Kitaba giriş sözünü tanınmış ədəbiyyatşünas alim, tərcüməçi Cavanşir Yusifli yazıb. Bundan başqa kitabda tanınmış polyak yazıçısı-publisisti Martin Bradkenin də əsər barədə qısa yazısı yer alıb.

Kitabın redaktoru Helena Samosiej, naşiri Vitold Podedvornıdır.

# 3703 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər