news-inner
clock10:01 calendar-gray 23 Noyabr 2017 view-gray239 dəfə oxunub
view-gray239 dəfə oxunub

Kürəyinə bıçaq saplanan həqiqət - Rafiq Tağının anım günüdür...

Bu gün dəyərli yazıçımız Rafiq Tağının anım günüdür. Kulis.az bu münaisbətlə Şərif Ağayarın"Səni heç unutmadıq" yazısını təqdim edirş.

Dünyada kürəyinə bıçaq saplanan nə ilk, nə son həqiqətsən...

Qatili tapılmayan böyük insanlar da olub və nə yazıq ki, olacaq...

Eynəkli doktorlar da çoxdur həyatda...

Doktor yazıçılar da...

Yazıçı doktorlar da...

Gözəl insanlardan da xali deyil dünyamız...

Olmayacaq da...

Amma nə sirdirsə, aradan illər keçdikcə yerinin boşluğu daha çox hiss olunur...

Səndən sonra söz mülkündə bir yetimlik, bir kimsəsizlik, bir güvənsizlik hakimdir!

Hansı ki, bu güvənsizlik elə Seyid Əzim məscid divarına sıxılıb öldürüləndə də, Yusif Vəzir acından qan qusanda da, Məhəmməd Hadi donmuş əlləriylə şeirlərini satanda da vardı...

Səninlə daha da təzələndi,daha da dərinləşdi, daha da zalımlaşdı...

Səndən sonra hamımızın kürəyində bir bıçaq giziltisi, hamımızın arxasında təngnəfəs qaçan, ona çata bilən-çata bilməyən bir qatil hənirtisi, bir qatil vahiməsi var...

Bütün bunlara rəğmən sözün rast gəlinən, adın zikr olunan yerdə həmişə bir işıq parıldayır...

Elə bir işıq ki, dünyanın bütün əclaflıqlarını o işığa bağışlamaq olar...

Arxamızca keçmişin qaranlığınabürünmüş qatilin yüyürür, önümüzcə gələcəyin işığına boyanmışidealların...

Və yolumuz o işığa doğrudur...

Qaranlıq bizə çatmamış, biz o işığa qovuşacağıq.

Bu, sənin hüzurunda namus sözümüz olsun...

Rahat uyu...

23.11.2015

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020
“Durna balığı” onlayn göstəriləcək
15:48 02 İyul 2020
Bakıda böyüyən yazıçının Avropada bestsellər olan romanı - O, rus çarına niyə "dünyanın ən bədbəxt adamı" deyirdi?
15:02 02 İyul 2020
Roma papasını lağa qoyan film çəkildi
14:15 02 İyul 2020
Uşaqlar üçün tamaşa
13:29 02 İyul 2020
Bəhram Bağırzadədən xoş xəbər
12:48 02 İyul 2020
“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist
12:10 02 İyul 2020
Tələbə qız məşhur Azərbaycan romanından yazdı
11:49 02 İyul 2020
“Biz Kann festivalına ermənilərdən əvvəl getmişik” - Nazirlikdən açıqlama
11:15 02 İyul 2020
Kannda erməni biabırçılığı ilə bağlı Nazirliyə suallarım
10:37 02 İyul 2020
Dünyaca məşhur roman Azərbaycanda nəşr edildi
10:09 02 İyul 2020
Tağıyev bulağında qətl söhbəti – Ayxan Ayvazın yeni reportajı...
09:00 02 İyul 2020
Dünyanın ən böyük aforizm ustasından əzbərlənəsi 15 nümunə
21:02 01 İyul 2020
Ermitaj muzeyi açılır
18:42 01 İyul 2020
Uşaq arabasına qoşulan fil – Yazıçı Şahmar haqda esse
18:04 01 İyul 2020
"Ulduz"un iyun sayı nəşr edildi
17:12 01 İyul 2020
Röya koronavirus testindən keçib
16:29 01 İyul 2020