news-inner
clock16:11 calendar-gray 12 Noyabr 2015 view-gray206 dəfə oxunub
view-gray206 dəfə oxunub

"Hərb və Sülh"dən 10 MARAQLI FAKT

8-11 dekabrda bütün dünyada yüzlərlə insan "YouTube" vasitəsilə Lev Tolstoyun “Hərb və Sülh” romnını online qiraət edəcək. Həmin roman haqda maraqlı faktları təqdim edirik.

1. Çoxları düşünür ki, 1300 səhifəlik “Hərb və Sülh” dünyanın ən uzun romanıdır. Əslində isə ən uzun roman 17-ci əsrdə Fransada yazılmış 13 min səhifəlik, 10 cildlik o qədər də tanınmayan “Artamène ou le Grand Cyrus” romanıdır. “Hərb və Sülh” romanının ilk iki nəşri 6 kitaba bölünmüşdü. Günümüzdə isə onu 1873-cü ildə Tolstoyun öz bölgüsü üzrə dörd kitab şəklində çap etmək qəbul olunub.

2. Tolstoy "Hərb və Sülh"ün qaralamasını yazarkən əvvəlcə Napoleon müharibələri haqda yox, köhnə dekabrist üsyançısı, çar I Nikolayı devirməyə uğursuz cəhd etmiş, 30 illik Sibir sürgünündən sonra qayıtmasına icazə verilmiş bir rus zabiti haqda roman yazmağı planlaşdırıbmış. Amma sonra yazıçı fikirləşir ki, Dekabristlər üsyanı haqda kitabı senzura xoşlamayacaq, ona görə də planını dəyişdirir.

3. Arvadı Sofiyanın israrıyla Tolstoy bu romandan Pyer Bezuxov və onun birinci arvadı Yelenanın toy gecəsi haqda hissələri çıxarıb. Sofiya hesab edirdi ki, kilsə senzurasından belə səhnələr keçməyəcək. Axı o zaman əsərləri iki senzura oxuyurdu: hökumət senzurası və kilsə senzurası.

4. Rostovlar və Bolkonskilər Tolstoyun öz zadəgan ailə üzvlərinin prototipidir. Məsələn, Nikolay Rostov Tolstoyun atası Nikolaydan çoxlu borc alır. Tolstoyun atası 1812-ci il müharibəsi qəhrəmanı və Pavloqrad rejiminin leytenant polkovniki olub, romanda da öz adıyla xatırlanır. Marya Bolkonskaya Tolstoyun anası Marya Tolstayanın prototipidir. Onların toy təsvirləri Tolstoyun valideynlərinin toyu kimidir. Qəhrəmanların evi "Lısıe Qorı" da Tolstoyun öz ailə malikanəsi "Yasnaya Polyana"nı xatırladır.

5. Tolstoy yazdıqca arvadı romanın surətini çıxarırmış. Özü də səkkiz nüsxədə! Orada bəzi epizodlar var ki, Tolstoy onları 26 dəfə yazıb. Bu romanın yazılması beş il çəkib (1863-1869). Tolstoy və Sofiya evlənəndən bir il sonra bu roman yazılmağa başlayıb. Roman bitənə qədər Sofiya 13 uşağından dördünü dünyaya gətirib.

6. Tanınmış fransız slavyanşünası Georges Nivat təsdiq edir ki, “Hərb və Sülh” romanındakı fransızca danışıq 19-cu yüzilin əvvəlində fransız aristokratiyasının danışıq dilidir. Romanın öz dili isə 19-cu əsrin ortalarının dilindədir ki, bu da romanın yazıldığı tarixlə hadisələrin cərəyan etdiyi tarix arasındakı fərqin dəqiq işlənmiş detallarından biridir.

7. Tolstoy özü hesab edirdi ki, bu əsərə tarixi esselər daxil etdiyi üçün onu roman kimi səciyyələndirmək o qədər də düzgün deyil. O özü bu əsəri tarixi xronika və roman arasında bir janr hesab edirdi.

8. Tolstoy bu romanı yazarkən tarixi konteksti ətraflı, həm rus, həm də Avropa mənbələrindən öyrənib. Borodino döyüşünün olduğu yerə baş çəkib. Romanın ikinci hissəsində Nikolay Rostovun qulluqçusu Lavruşkanı fransızlar müvəqqəti tuturlar və Napaleonun qarşısında dindirirlər. Bu səhnədə Tolstoy fransız tarixçisi Thiers'in nəql etdiyi bir əhvalatı öz komik versiyasını da artırmaqla nəql edir.

9. Bir dəfə Tolstoy Parisdə gilyotin mərasiminə şahid olur. Bu hadisə onu sarsıdır. Ölüm cəzası əleyhinə baxışları güclənir. Yerli hökumətdə söz demək səlahiyyəti olan sahibkar kimi ondan xahiş edilir ki, əsgərin ölüm cəzası əleyhinə məhkəmədə iş aparsın. Tolstoy məhkəmədə çox çalışır, lakin məğlub olur. O, ölüm cəzası haqda baxışlarını Pyer Bezuxov xarakterinə köçürür, rus hərbi əsirlərini asmaq əmri verilmiş fransız əsgərlərindən narahatlığını qəhrəmanının dililə dəhşətlə danışır.

10. Belə bir şayiə var ki, Tolstoy bu romanı "Müharibə və Dünya" adlandırıb. Məlum olduğu kimi, rus dilində "sülh" və "dünya" sözlərinin hər ikisi "mir"dir. 1917-ci il inqilabından sonra Kiril əlifbası modernləşdirildi. Ona qədər bu sözlər rus dilində eyni cür tələffüz olunur, amma ayrı cür yazılırdı. Tolstoy öz qaralamalarında romanın başlığını yazanda o zamankı əlifbayla "dünya" (mir) yazıb. Amma bugün mütəxəssislər hesab edirlər ki, bu, sadəcə təsadüfən bir hərfdə qələmin azca sürüşməsi olub. /oxu zalı/

news-inner-user

17176 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Qar tutan yollarına qurban olum – Laçınlı şairdən qələbə şeiri
10:30 03 Dekabr 2020
"Dəli Maks"ın İmmortal Cosu vəfat etdi
10:01 03 Dekabr 2020
Azərbaycanlı aktyora ikinci dəfə ağır itki üz verdi
09:12 03 Dekabr 2020
Peraşki satan, taksiçilik edən, özünə qız istəyən əsgərlərimiz – Ən kreativ görüntülər
08:56 03 Dekabr 2020
Azərbaycanlı gənc şairin kitabı Təbrizdə çap olundu
18:59 02 Dekabr 2020
Gənc Tamaşaçılar Teatrı dekabr repertuarını təqdim etdi
18:17 02 Dekabr 2020
Bu gecə nəfəsini hiss etdim anidən… - Adilə Nəzərdən yeni şeirlər
17:34 02 Dekabr 2020
Beynəlxalq Muğam Mərkəzinin direktoru UNESCO-nun Baş katibinə müraciət ünvanladı
16:56 02 Dekabr 2020
Qardaşı oğlu məşhur müğənnini oğurluqda ittiham etdi
16:01 02 Dekabr 2020
Əsgər Fərhadinin dünyaca məşhur aktyoru vəfat etdi
15:47 02 Dekabr 2020
Övladını atan, Adil İsgəndərovla düşmən olan, tamaşaçılar tərəfindən söyülən Xalq artisti
15:10 02 Dekabr 2020
Qələbə sevincinə dözməyib ürəyi dayanan Umud kişi...
14:32 02 Dekabr 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fəxri adlara layiq görüldü
13:50 02 Dekabr 2020
"Əlləddin" tamaşası onlayn nümayiş olunacaq
13:10 02 Dekabr 2020
Qıyıq gözlü, batıq yanaqlı Xudayarın böyük sirri
12:37 02 Dekabr 2020
Laçınlı rəssam: “Torpağını öpəcəm, daşlarını qucaqlayacam” – Müsahibə
12:01 02 Dekabr 2020
Anamı o yazıçı boşandırdı
11:15 02 Dekabr 2020
Ehtiram Hüseynov Laçından danışdı: "Çətinlik çəkirəm"
10:37 02 Dekabr 2020
İti, qurdu qovmuşuq – Tanınmış şair Ağdama şeir həsr etdi
10:15 02 Dekabr 2020
Susdurulan “Qarabağ bülbülü”, Allahverdi Bağırovun yuxusunu qarışdıran döyüşçüsü, göy satan Gülbazə xalanın göz yaşları – Qaçqın yataqxanasından reportaj
09:00 02 Dekabr 2020