news-inner
clock14:54 calendar-gray 10 Noyabr 2015 view-gray68 dəfə oxunub
view-gray68 dəfə oxunub

Bu qəbrin üstündə 15 nəfər intihar edib - REPORTAJ

“Baxın, burada, bu qəbrin üstündə azı 15 nəfər intihar edib. Özünü güllələyəni də olub, zəhər içəni də. Hamısı da qadınlar, özü də gənc qızlar”. Bunu Saşa deyir. Vaqankov qəbiristanlığında Yeseninin qəbri üstünə toplaşanlara. Və onu da deyir ki, Yeseninin ölümündən bir il sonra şairin şəxsi katibi Qalina Benislavskaya elə bu qəbrin yanındaca özünü güllələyib. Benislavskaya intihardan qabaq məktub da yazıbmış. “Mənim üçün dünyada ən əziz olan bu qəbirdədir” sözləri ilə bitən məktub. Saşa deyir ki, məhz bundan sonra sanki pis dəb düşüb. Sevgidə uğursuzluğa düçar olanlar Yeseninə üz tutublar...

...Moskvanın düz mərkəzində, “1905-ci il küçəsi” metrostansiyasının bir addımlığında yerləşir, bu qəbiristanlıq. Adi qəbiristanlıq deyib də keçməyin. SSRİ-nin və Rusiyanın dünyasını dəyişmiş əksər mədəniyyət, idman, elm adamları burada, Vaqankov qəbiristanlığında uyuyur.

Qəbiristanlığın ərazisi çox böyükdür, təxminən 50 hektar. Amma deyilənə görə, hazırda bircə metr də boş yer qalmayıb. Bəziləri hətta illər öncədən qəbir yerlərini alıblar. Özü də çox baha. “Burada bir qəbir yerinə Moskvada 1 otaqlı ev almaq olar” deyir qəbiristanlıq işçisi Nikolay.

***

Qəbiristanlığın girişində kiçik bir kilsə var. Kilsənin arxasından isə ilk sıra başlayır. Burada xəritəsiz gəzmək mümkün deyil. Sadəcə azarsan. İlk sırada isə Vladimir Vısotskinin qəbri yerləşir. Onun yanında isə bir zamanların məşhur jurnalisti, ORT-nin baş direktoru “Vzqlyad”, “Pole Çudes”, “Tema”, “Ças Pik” kimi verilişlərin aparıcısı olmuş Vlad Listev uyuyur. Nikolayın dediyinə görə, Vısotski öləndə SSRİ-nin “boz kardinalı” Suslov göstəriş veribmiş ki, onu qəbiristanlığın ən ucqar yerində dəfn etsinlər. Amma qəbiristanlıq müdirinin Vısotskiyə böyük simpatiyası olub. Onu məhz girəcəkdə basdırılması barədə göstəriş verib. Əvəzində isə... Səhəri işdən qovulub.

İlk sıralarda Otari və Amiran Kvantrişvili qardaşlarının da qəbri var. İndiki nəsil bilməz, 90-ların əvvəllərində bu qardaşlar Rusiya kriminalında böyük nüfuz sahibi idilər. Bir zamanların çox populyar olan “Banditskiy Peterburq” və “Krot” filmlərinin “qəhrəman”larından biri də bu qardaşlar idi. “Lyoşa Soldat” ləqəbli killer tərəfindən öldürülən qardaşların qətlinin istintaqı düz 14 il çəkdi. Nəhayət, “Lyoşa Soldat” ələ keçəndən sonra məlum oldu ki, nəinki bu qardaşları, ümumiyyətlə 12 kriminal avtoritetin sifarişli qətlini məhz “Soldat” yerinə yetirib. 2008-ci ildə “Lyoşa Soldat” 25 il müddətinə azadlıqdan məhrum edilib.

Qəbiristanlıqda başqa bir kriminal avtoritet də uyuyur: “Yaponçik”, İvankov Vyaçeslav Kirilloviç. Rusiya kriminal dünyasının əfsanələrindən sayılan İvankov 2009-cu ilin 28 iyulunda Moskvadakı “Tayskiy slon” restoranından çıxarkən güllələndi. Düz iki ay yarım həkimlər onu komadan çıxarmağa cəhd etdilər, amma bacarmadılar. Oktyabrın 9-da dünyasını dəyişdi. Nikolay deyir ki, Vaqankov qəbiristanlığının tarixində belə izdihamlı dəfn olmamışdı. “Yaponçik”in cənazəsini gətirəndə Moskva polisinin yarısını bura tökmüşdülər. Dəfnə isə başqa bir kriminal əfsanə “Ded Xasan” başçılıq edirdi. 3 ildən sonra elə həmin Ded Xasan da öldürüləcəkdi. Amma azərbaycanlılara məxsus “Karetnıy dvor” restoranından çıxanda. “Yaponçik”in qəbri qəbiristanlığın dərinliyindədi. Qəbrin üstündə qara mərmərdən heykəli də qoyulub. Necə deyərlər, hər yerdən görünür. Heykəlin kənarlarına müxtəlif güllərdən başqa bir neçə “Lucky Strike” siqareti də vardı, Görünür “Yaponçik”in sevimli siqareti olub.

Buranın sakinləri arasında azərbaycanlılara da rast gəlmək olar. Onlardan ən məşhuru isə tanınmış geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun qəbridir. Salmanovun qəbri isə məşhur sovet aktyoru Leonid Filatovla yanaşıdır.

Aktyorlardan söz düşmüşkən, Vaqankov da kimlər əbədi yatmır? Mixail Kononov, Vyaçeslav Boqaçov, Aleksandr Abdulov, Georgi Vitsin, Oleq Dal, Vladimir İvaşov, Andrey Mironov, Mixail Puqovkin, Konstantin Rıbakov, Evqeniy Samoylov, Vladimir Samoylov, Stanislav Çekan, Serqey Kulaqin, Yuriy Demiç, Andrey Rostovski, Leonid Xaritonov, Zinaida Rayx, Rufina Nifontova, Tatyana Okunevskaya, Veronika Polonskaya və daha kimlər, kimlər…

Qəbiristanlıqda sənət adamları ilə yanaşı xeyli məşhur idmançı da dəfn edilib. Starostin qardaşları, Lev Yaşin, Konstantin Beskov, Mixail Semiçastnıy, Vasiliy Trofimov, İqor Netto, İqor Çislenko, Eduard Streltsov, Valentin İvanov, Valentin Bubukin, Aleksandr Ponomaryov, Vladimir Maslaçenko, Yevgeni Mayorov, Viktor Tixonov kimi tanınmışların da son məkanı Vaqankovdur.

***

Geri qayıdanda isə... hə, xəritəsiz keçinə bilmədik. Marina Svetayevanın qəbrini ha axtarsaq da, tapammadıq.

Səbuhi MƏMMƏDLİ, MOSKVA

news-inner-user
Səbuhi Məmmədli

44 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

“Dünya ədəbiyyatı”nın “Türkiyə: hekayə” sayı təqdim olundu
18:35 25 İyun 2019
Məşhur rus aktrisa vəfat etdi
18:03 25 İyun 2019
Qovuşmaq xoşbəxtlik deyil... - Emil Rasimoğludan Yeni Şeir
17:31 25 İyun 2019
İrəvan teatrı qastrol səfərinə hazırlaşır
16:51 25 İyun 2019
Qarabağdan yaza-yaza nifrətimizi soyuduruq
16:10 25 İyun 2019
Kimsə tabutla danışırdı – Şirməmməd Hüseynovun vida mərasimindən reportaj
15:31 25 İyun 2019
“Mühacirlərin həyatı” kitabı haqqında film çəkilib
14:19 25 İyun 2019
“Məni döyür, elektrik şoku verirdilər” – Dünya şöhrətli fotoqraf
13:32 25 İyun 2019
“Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” çap olunub
13:01 25 İyun 2019
Nəsimiyə həsr olunmuş elmi kollokvium keçirilib
12:35 25 İyun 2019
Ana-bala qucaqlaşıb hönkürdülər
11:53 25 İyun 2019
Şirməmməd Hüseynovdan sitatlar: “Bilirsiniz, kimə səcdə etmək lazımdır?”
11:20 25 İyun 2019
11 yaşlı Lent.azın uğur açarı
11:00 25 İyun 2019
Prezident məşhur aktrisaya ev verdi
10:47 25 İyun 2019
Gürcüstanda kinoteatrlar filmlərin rus dilində nümayişindən imtina edir
10:26 25 İyun 2019
Xalq Teatrları Festivalı başa çatıb
09:49 25 İyun 2019
Ümid sənədir ancaq, Azərbaycan əsgəri! - Günün şeiri
09:29 25 İyun 2019
Dəlixanada üsyan qalxdı: bir-birlərini öldürdülər – Bir dəlinin gündəliyi
09:00 25 İyun 2019
Şirməmməd Hüseynov vəfat edib
21:29 24 İyun 2019
Ayrılıqdan betər dünyada nə var?! – Günün Şeiri
20:58 24 İyun 2019