news-inner
clock10:09 calendar-gray 02 Noyabr 2015 view-gray447 dəfə oxunub
view-gray447 dəfə oxunub

Kişilər bir olmur

Qadınlar deyirlər kişilərin hamısı bir bezin qırağıdır, amma elə deyil. Şair demişkən, kişilər bir olmur, müxtəlif cür olur. Elə kişi var xəsisdir, elə kişi var səxavətlidir. Kişi var boyu ucadır, kişi var boyu gödəkdir. Elə kişi var sakit yatır, səsi çıxmır, eləsi var xoruldayır.

Kişi var üz cizgilərinin hamısı yerindədir, amma bir qram xarizması yoxdur. Kişi var üz cizgiləri yerində deyil, amma güclü xarizması var. Elə kişi var saqqal ona yaraşır, elə kişi var saqqal ona yaraşmır. Kişi var balıq yeməyi xoşlayır, kişi var balıq yeməyi xoşlamır. Bəxti gətirən kişi var, bəxti gətirməyən kişi var. Kök kişi var, arıq kişi var.

Elə kişi var danışmağı sevir, elə kişi var danışmağı sevmir. Elə kişi var toyda oynayır, elə kişi var toyda oynamır. Elə kişi var çox yeyir, elə kişi var az yeyir. Kişi var arıq qadınları xoşlayır, kişi var kök qadınları xoşlayır. Kişi var başında beyin gəzdirir, kişi də var başında beyin əvəzinə peyin gəzdirir. Kişi var arvaddan qorxur, kişi var arvaddan qorxmur. Kişi var yaltaqlanmağı bacarır, kişi var yaltaqlanmağı bacarmır.Kişi var qısqancdır, kişi də var nə edirsən et, heç cür qısqanmır. Kişi var əlindən hər iş gəlir, kişi var Allahın bir mıxın divara vura bilmir. Kişi var qəddardır, kişi də var mərhəmətlidir. Kişi var gözü toxdur, aza qane olur, kişi də var itə də tamah salır.

İndi durub necə deyəsən kişilərin hamısı bir bezin qırağıdır. Kişilərin hamısı bir bezin qırağı deyillər, ayrı-ayrı bezin qırağıdırlar. Yuxarıda sadalanan növlərin hamısına ayrı-ayrılıqda münasibət bildirsək gərək uzun bir dastan yazaq. Biz bu yazıda iki cür kişilərdən söhbət açacağıq. Söhbət uşaqlıqda birbaşa ana qayğısı görən və ana qayğısı görməyən kişilərdən gedir. Ana qayğısı görən kişilər analarına oxşar qadınlar axtarırlar. Əlbəttə ki, analarına oxşar qadınları çətinliklə tapırlar. Tutaq ki, analarına oxşar qadın tapıldı, axı uşaqlığı hansı qadın qaytara bilər? Bu mümkünsüz bir şeydir. Qadın nə qədər fədakar və qayğıkeş olsa da kişinin uşaqlığını geriyə qaytara bilməz. Əgər uşaqlıqda kiçik bir hədiyyə, nə bilim bir oyuncaq, bir şirniyyat növü adama sevinc bəxş edirsə yaşlanandan və dünyanı az-çox dərk edəndən sonra bu cür kiçik hədiyyələrlə adamı xoşbəxt etmək qəlizləşir. Bığlı-saqqallı kişiyə şirinquş verib necə deyəsən get xoşbəxt ol? Bığlı-saqqallı kişiyə bir oyuncaq hədiyyə edib necə deyəsən get sevin? Bir az qanandan, dünyanı dərk edəndən sonra xoşbəxt olmaq şansları da azalır.

Uşaqlıqda ana qayğısı görməyən kişilərin vəziyyəti uşaqlıqda ana qayğısı görən kişilərin vəziyyətindən daha pisdir. Əgər ana qayğısı görən kişilər analarına oxşar qadın axtarırlarsa, ana qayğısı görməyən kişilər isə ümumiyyətlə qadınlara inanmırlar. Uşaqlıqda ana qayğısı görməyən kişilər dedikdə uşaqlıqda yetim qalmış kişilər nəzərdə tutulmur. Sadəcə elə qadınlar var uşaqlarını oxşamırlar, əzizləmirlər. Təbiətləri belə deyil. Amma bu o demək deyil ki, övladını oxşamayan, əzizləməyən analar fədakar analar deyillər.

Ola bilsin uşağını oxşamayan, əzizləməyən qadınlar uşağını oxşayan və əzizləyən qadınlardan bir ana kimi daha fədakardırlar. Bir daha təkrar edək, sadəcə oxşamaq və əzizləmək təbiətlərinə yaddır. Uşaqlıqda ana qayğısı görməyən kişilər dedikdə biz belə anaların övladlarını nəzərdə tuturuq. Bu bölgü daha çox yazıçılara aid olunur. Ana qayğısı görmək və görməmək yazıçıların yaradıcılığına, qadınlara münasibətinə kəskin təsir göstərib. Uşaqlıqda ana qayğısı gördün, ya görmədin fərqi yoxdur, hər iki halda yazıçını təəssüf gözləyir. Əsas odur ki, işini yaxşı bacarasan. Həyat çətinləşdikcə işinə daha çox sığınasan. İtirilmiş zamanın, təəssüflərin, məğlubiyyətlərin, şəxsi həyatdakı uğursuzluqların acığını, əvəzini işlə çıxarasan. İşləmək, işləmək, işləmək. Başqa yol yoxdur. Necə deyərlər, diyirlənən daşı yosun basmaz.

P.S. Yazıda Qriqoriy Çxartişvilinin “Yazıçı və intihar” əsərindən istifadə olunmuşdur.

Oxşar xəbərlər

Xəbər lenti

Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir? – Mütəxəssis rəyi
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020
Pula görə təhsilini yarımçıq qoydu, repressiyadan təsadüfən xilas oldu, xanımı başqa qadınla evlənməsini istədi – Üzeyir bəydən maraqlı faktlar
12:08 18 Sentyabr 2020
Müəlliməni intihara aparan səbəb
11:36 18 Sentyabr 2020
Musiqi Günü ilə bağlı elektron baza hazırlanıb - Link
11:02 18 Sentyabr 2020
Tanınmış yazıçı vəfat etdi
10:33 18 Sentyabr 2020
27 yaşda intihar edən müəlliməyə gecikmiş təsəlli
10:04 18 Sentyabr 2020
Bəy!
09:36 18 Sentyabr 2020
Qanı gördükcə qorxudan titrəyirdim - Bircənin romanı
09:00 18 Sentyabr 2020
Xalq artisti qonşusunu məhkəməyə verdi
19:05 17 Sentyabr 2020
Sinəm üstə saxlaram ayağının izini... – Rəbiqə peyğəmbərlərə şeir yazdı
18:32 17 Sentyabr 2020