Gözü yolda qalan nənəm

Gözü yolda qalan nənəm
27 oktyabr 2015
# 10:29

Saqif Zeynal

ŞEİRLƏR

Gözü yolda qalan nənəm

Gözü yolda qalan nənəm,

Göz oynatdı nəvələrin.

Yolları da yığıb getdi

Ömür yüklü dəvələrin...

Yurd-yuvası talan nənəm,

Qürbət səni isitmədi.

Gözlədiyin gün doğmadı,

Əkdiyin ağac bitmədi.

Ömrü, günü yalan nənəm,

Nə qaldı yalan olmadı?!

Gözün yol çəkən yollarla

Gözlədin gələn olmadı...

Gözü yolda qalan nənəm,

Yollar bunu bilən deyil.

Min illərdi gəlməyənin,

Bircə günə gələn deyil...

... getmək üçündü

Sonsuzluğun o üzündən

Məni çağırır uzaqlar.

Bilirsənmi, gedənlər yox,

Qalanlar uduzacaqlar...

Gedəcəyəm buralardan,

Ax, bu necə xeyir-şərdi?!

Buralar ki, Allahın da

Gözündən düşdüyü yerdi...

Buralarda hər şey, hər şey...

Sonuncu nəğmələr kimi

Oxunub bitmək üçündü.

Bir doğma da gətirməyən

Bu yollar getmək üçündür...

# 2270 dəfə oxunub

Oxşar xəbərlər

Orxan Saffarinin romanında üzləşmək və oxumaq istəmədiyimiz məqamlar  – Nadir Yalçın

Orxan Saffarinin romanında üzləşmək və oxumaq istəmədiyimiz məqamlar – Nadir Yalçın

12:00 13 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər