Kalmık Milli Dram Teatrının qastrol səfəri başa çatdı FOTO

Kalmık Milli Dram Teatrının qastrol səfəri başa çatdı FOTO
12 oktyabr 2015
# 13:29

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının qastrol səfəri başa çatıb. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə oktyabr 9-dan start götürən və üç gün davam edən qastrol səfəri çərçivəsində yaradıcı kollektiv A.S.Puşkinin “Золотая рыбка” (“Qızıl balıq”) və Ə.Əmirlinin “Любящая женщина” (“Sevən qadın”) tamaşaları ilə çıxış edib.

Qastrol səfərinin son günü Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun Kalmık Milli Dram Teatrında hazırladığı yazıçı-dramaturq Ə.Əmirlinin “Любящая женщина” (“Sevən qadın”) tamaşası nümayiş etdirilib.

Tamaşadan sonra çıxış edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov 3 ildən artıq davam edən yaradıcılıq münasibətlərinin yaranma tarixi, iki teatr arasındakı uğurlu yaradıcılıq müqaviləsi haqqında ətraflı danışaraq, nümayiş etdirilən tamaşalar və qastrol səfərinə görə Kalmık Teatrına öz təşəkkürlərini bildirdilər.

Kalmık Milli Dram Teatrının baş direktoru, Kalmıkiya Respublikasının Əməkdar Mədəniyyət İşçisi Qalina Şurayeva, Kalmık Teatrının bədii rəhbəri, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Boris Mandjiyev isə göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarının bildirərək bu il oktyabr ayının sonunda Elistada baş tutacaq “Xortdanın cəhənnəm məktubları” tamaşasının premyerasını səbirsizliklə gözlədiklərini vurğulayıblar.

Gənc Tamaşaçılar Teatrına və “Sevən qadın” əsərinin müəllifi Əli Əmirliyə öz milli hədiyyələrini təqdim edən Q.Şurayevaya Dövlət Gənc Tamaşaçılar Teatrı adından xüsusi hədiyyələr təqdim olunub.

Sonda Kalmık Milli Dram Teatrının aktyorları, Əməkdar Artistlər Sandjiyev Baatr, Pursyakov Sandji, aktyorlar Kikeyeva Marina, Zarayeva Tatyana, Qoydıkova Saqlara və teatrın işıq üzrə rəssamı Savçenko Andrey “Azərbaycan və Kalmıkiya Respublikalarının teatrları arasındakı yaradıcılıq əlaqələrinin genişləndirilməsindəki fəal iştiraklarına görə” Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin diplomlarına layiq görülüblər.

Məlumat üçün bildirək ki, 26-30 oktyabr tarixlərində Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya qastrol səfəri edərək P. Nurəliyevanın “Dəcəl keçi”, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşaları ilə çıxış edəcək.

# 2284 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Şeyx Əbdül:  "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

Xalq artisti Şeyx Əbdül: "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

12:40 11 sentyabr 2026
"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

11:30 11 sentyabr 2026
"Bunker" filmi ayaq üstə alqışlandı

"Bunker" filmi ayaq üstə alqışlandı

10:30 11 sentyabr 2026
Almodovarın yeni filmi təqdim olunacaq

Almodovarın yeni filmi təqdim olunacaq

15:20 10 sentyabr 2026
Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film

Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film

15:00 10 sentyabr 2026
“44” bədii filminin “Duyğu” adlı tizeri yayımlandı

“44” bədii filminin “Duyğu” adlı tizeri yayımlandı

14:24 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər