writer1

Ömər Xəyyam

Məqalə sayı

47
clock15:11 calendar-gray 09 Oktyabr 2015 view-gray610 dəfə oxunub
view-gray610 dəfə oxunub

Qan Turalı ilə muğam söhbəti

“Azneft” meydanından günbatana tərəf şütüyən maşınların səs-küyü yuxulamaq istəyən havanı yatmağa qoymurdu.

Göyərçinlər elə ağır-ağır qanad çalıb uzaqlaşırdılar ki, elə bil heykəllərin çiyinlərindən yapışıb, özləriylə göyə qaldırmaq istəyirdilər. Qağayıların qanadları bitməkdə olan günü dənizin dalğalarına çırpırdı - göydələnlərin pəncərəsindən düşən işıqlara layla çalan dalğalara...

Zibil qutularının ətrafındakı sellofan torbaların əlindən tutub havada rəqs elətdirən külək hardansa qızardılmış kartof qoxusu səpələyirdi meydana.

Elə sakitlik idi ki, elə bil hava qəflətən yer üzündən çəkilib qeyb olmuşdu, səslər ölmüşdü... Hətta öz ürəyimin döyüntüsünü hiss etmirdim.

Şəhərin qulaqbatırıcı sükutunu Qan Turalının zəngi pozdu:

- Ömər, bilirsən ki, darıxan adamam, Ömər, darıxmaq payız dumanı kimi çöküb üstümə. Payızdı indi ruhum bütün, Ömər.

Dedim, nə darıxmaq, nə payız, ay Tural.

Dedi, bax elə belə də dedi:

- Könül Xasıyevaya qulaq asıram. Dilkəş təsnifi oxuyur. Segaha ayaq verəndə Kafkavari qorxu bürüyür içimi. Tarın simləri kəndir kimi dolanır ruhumun boğazına, çəkir içimdən məni.

Dialoqdan keçərdi hardasa iyirmi dəqiqə, görüşdük Turalla.

- Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq.

- Küri ahıyla qurutdu salı yandırdı muğam!

- Yox, yaxşısan, tutdun söhbəti. Ömər, könlümə Rast düşüb.

- Mən sənə əlbəttə imdad elərəm.

Şəhər gecəni yorğan kimi üstünə çəkib yatırdı...

Dəniz kənarında oturduq - səkinin üstündə.

Hərəyə bir siqaret yandırdıq.

Az keçmişdi ki, adını bilmədiyim xanəndənin ifasında Rast muğamının sədaları dalğaların həzin melodiyası fonunda eşidilməyə başladı Turalın telefonundan.

- Fikir verirsən? Mən sənə deyim ki, Üşşaq şöbəsi Bayatı Kürd muğamının uzaq düşmüş balası kimidi. Diqqətlə qulaq as, Ceyms Coysın "Ullis" romanındakı şüur axını burdakı boğazlarda sujetləşir. Burasına diqqət et, dəhşətdi.

Rastın o yeri idi ki, xanəndə Xocəstədən Şikəsteyi-Farsa keçirdi.

- Görürsən? Rak-Xosrovanidən Saqinaməyə sonra da Əraqa keçir... Bu ruhlar aləmi, ana bətni və doğuluş yolundakı ilahi nizamın musiqiylə qulaqdan ruha ötürülməsi kimidir.

Dəniz seyrək dumana bürünmüşdü. Şəhərin uzaq tərəfindəki göydələnlərin öləziyən işıqları dumandan süzülüb Turalın dediklərinə sehr qatırdı, nağıl kimi...

Birdən ağlamağa başladı... Hər şey bir anda baş verdi. Göz yaşları yanaqlarından süzülüb ayağımızın altında rəqs eləyən dalğalara axdıqca, dəniz qaranlıq tövlədə bəslənmiş, aylardan sonra gün üzü görən at kimi fınxırmağa, kişnəməyə başlayırdı...

- Mən indi yerdə deyiləm, Ömər... Məni yerə ancaq ritmik bir rəng qaytara bilər.

Tez telefonunu götürdüm, Məsnəvi yerini ötürdüm, birdən ağlıma gəldi o da, yadıma düşdü ki, ondan sonra Zəngi-Şötərə ayaq üçün rəng var.

Rastı saxlayıb, növbəti siqaretini yandırdı.

- Qarabağ segahı ilə, Şirvan muğam məktəbinin segahı fərqlidi axı. Məsələn, Arif Babayevin segahı ağladır, Ağaxanın segahı xoş hal gətirir. Əsl Mənsuriyyə havasıdı, Yaqub dədə möhürünü vurub da, allah rəhmət eləsin o kişiyə.

Mənsuriyyə başlayan kimi soyuq bir gizilti keçdi içimdən, tüklərim iynə-iynə oldu.

- Mənsuriyyəyə qulaq asanda yulğunlu çöllərdə at sürən şahzadə kimi hiss edirəm özümü. Nənəmin Hindistan çayı "Seylon" qutusundan bir düymədanı vardı, üstündə ağ paltarlı bir şahzadə şəkli, oturub at belində. Həmişə düymələri qabağıma töküb, yaddaşımın dərinliklərinə enirdim. Həmin şahzadəyə çevrilib, üstünü toz basmış xatirələrə səfər edirdim. Mənsuriyyə məni ora qaytarır, o dərinliklərə, o xatirələrə...

Mənsuriyyə bitəndən sonra dərindən nəfəs aldı.

- İnsanlar muğamdakı sevgini, ilahi çağırışları hiss etsəydilər bu qədər müharibələr, qətliamlar olmazdı, Ömər. Ozon qatı bilirsən niyə zədələnib? Bu, Alimin səsindəki ilahi kodların təsiridi. O səsiylə allahın qapısını döyür sanki...

Birdən-birə göy guruldadı. Dəniz qabardı, az qaldı dalğalar başımızın üstündən aşsın.

Bu vaxt telefonuma zəng gəldi:

- Habil Əliyev vəfat etdi...

Xəbəri Turala necə deyim bilmədim. Cəhd elədim, amma alınmadı.

Tural siqaretini yerə atdı, sol əlini sinəsinə qədər qaldırdı, sağ əlini soldan bir az aşağıda havada üzdürməyə başladı.

O, kamança çalırdı... Hə, hətta səsini eşitdim... Qəmli havaydı...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Biz tərəflər – Şərif Ağayardan hekayə
16:30 31 İyul 2021
"Memati" yeni serialda rol alacaq
15:00 31 İyul 2021
Aydın Xırdalanlı ölüm anında hansı videoya baxıb – Maraqlı Faktlar
13:30 31 İyul 2021
ADU-da Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub
12:52 31 İyul 2021
Flora Kərimova "Şərəf" ordeni ilə təltif olundu
11:48 31 İyul 2021
Ayaz Salayev: "O Ittifaqın başında bizə yaraşmayan insan dayanıb" - Müsahibə
11:33 31 İyul 2021
Tünzalə Ağayeva Türkiyəyə yardım göndərdi
10:26 31 İyul 2021
Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
09:02 31 İyul 2021
Facebookda tənha insanları necə tanımaq olar?
21:00 30 İyul 2021
Ssenaristlər üçün Yay Məktəbi təşkil olunur
19:00 30 İyul 2021
Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
18:05 30 İyul 2021
Ürək dil acır ki, sönməmiş odum - Səməd Vurğundan şeir çələngi
17:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
16:23 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
13:51 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:41 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
11:05 30 İyul 2021