Qarabağa zəng çatmır - ŞEİRLƏR

Qarabağa zəng çatmır - ŞEİRLƏR
7 oktyabr 2015
# 15:13

Kulis Yetim Qacarın yeni şeirlərini təqdim edir

1

Deməsinlər qarışqa tək,

Mənim qəlbim qarışqadı?

Onda nədən mənim qəlbim

Qarışqa tək

Çəkisindən qat qat artıq

Olan yükü çəkə bilər.

İnanmayan varsa əgər,

Ürəyimi,

Və ondakı

Çəkilməyən dərdlərimi

çəkə bilər.

2

Ey eşqimi bəyənməyən

Düşünmə ki, zəfərin var.

Zəfəri var yaradanın

Sən zəfərin xatasısan

Doğulacaq körpəmizə ,

Ana olmaq istəməyən,

Xəbərin var?

Bundan belə mən yazdığım,

Şerlərin atasısan.

Qarabağa zəng çatmır

Harayını duyuram,

Qulaqarda vururam.

Arsızlığa qoyuram,

Arada zəng vururam.

Qarabağa zəng çatmır!

Gah zirvəyə qalxıram,

Gah yenirəm dərəyə,

Həsrət ilə baxıram

Bircə kəlmə hə deyə.

Qarabağa zəng çatmır!

Dönmək üçün sizlərə,

Quş olmaq istəyirəm.

Sim olub simsizlərə,

Qoşulmaq istəyirəm.

Qarabağa zəng çatmır!

Nə dava tək davadı,

Nə sülh kimi sülhdü bu.

Nə gəzməli havadı,

Bəlkə dəyişib kodu?

Qarabağa zəng çatmır!

Günah gəzmə Bakcelldə,

Azercell, Nar günahsız.

Günahlar bizim eldə,

Zəfər gözlər silahsız.

Qarabağa zəng çatmır!

Artıq mən dözməyirəm,

Salım haray qışqırıq,

Zəng vurub gözləyirəm

Səs gəlir qırı-qırıq.

Qarabağa zəng çatmır!

Yolları duman tutub,

Dağ seçilmir düzlərdən.

Bəlkə bizi unudub,

Bəlkə küsüb bizlərdən?

Qarabağa zəng çatmır!

***

O qədər yad görüb, doğma ocaqda

Daha yadlara da hürmür alabaş.

Ona yadlaşıbdı doğma ocaq da,

Daha yadlara da hürmür alabaş.

Gül açdı, bar verdi, sovruldu gilas,

Əfsus eləmədik torpağı xilas.

Pozacaq sükutu alınsa qisas,

Daha yadlara da hürmür alabaş.

Yağıdan bu yolla bac alır bu it,

İt ömrü yaşayıb qocalır bu it.

Düşməni alçaldıb ucalır bu it,

Daha yadlara da hürmür alabaş.

İt hürər yad ilə doğma fərqinə,

Hürmək istəməyir hürsə fərqi nə.

Əbədi sükutmu əlac dərdinə?

Daha yadlara da hürmür alabaş.

Nə üçün lal olur bülbül qəfəsdə?

Xüsusi məna var bil bu həvəsdə.

Gözü intizarda, qulağı səsdə,

Daha yadlara da hürmür alabaş.

Susur öz içində dərdə ulayıb,

Sükutla düşmənə meydan sulayıb.

Arada keçmişə quyruq bulayıb,

Daha yadlara da hürmür alabaş.

Ətdə it başını tovlaya bilmir,

Kimsə cürət edib qovlaya bilmir.

Keşişi anlamır, övliya bilmir,

Daha yadlara da hürmür alabaş.

Soyuqda, istidə, qarda, boranda

Sorma ki, harada hansı məkanda.

Şuşada, Ağdamda, Kərkicahanda,

Daha yadlara da hürmür alabaş.

# 3084 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər