Ədəbi irsrimiz özbək mətbuatında

Ədəbi irsrimiz özbək mətbuatında
7 oktyabr 2015
# 09:18

Daşkənddə özbək dilində çıxan “Özbəkistan ədəbiyyatı və sənəti” qəzetində özbək şairi və tərcüməçisi Usman Kuçkarın “Füzulinin “Su qəsidəsi” adlı geniş məqaləsi çap edilib.

“Füzulinin “Su qəsidəsi” adlı məqalənin əvvəlində deyilir ki, bu qəsidə böyük şairin 1988-ci ildə Bakıda çap olunan “Seçilmiş əsərləri”ndən götürülüb. Müəllif yazır ki, “Su qəsidəsi” Məhəmməd Füzulinin dini-fəlsəfi mövzuda yazdığı ən qiymətli əsərlərdən biridir.

“Kitob dunyasi” qəzetində isə U.Kuçkarın tərcüməsində Azərbaycan şairi Səlim Babullaoğlunun şerləri yer alıb.

Azərbaycan ədəbiyyatının yaxın dostu olan Usman Kuçkar uzun illərdir ki, şair və yazıçılarımızın əsərlərini özbək dilinə tərcümə edir. O, Yusif Səmədoğlunun “Qətl günü”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanlarını, Elçinin “Baladadaşın ilk məhəbbəti”, “Baladadaşın toy hamamı”, “Toyuğun diri qalması” povestlərini, eləcə də digər Azərbaycan yazıçılarının əsərlərini özbək dilində çap etdirib.

Son illərdə Usman Kuçkarın tərcüməsində Sabir Rüstəmxanlının “Göy tanrı” romanı, Yunus Oğuzun “Əmir Teymur” romanı, Hidayətin şeirlər toplusu özbək dilində işıq üzü görüb. /azərtac/

# 3383 dəfə oxunub

Oxşar xəbərlər

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər