news-inner
clock08:30 calendar-gray 03 Oktyabr 2015 view-gray136 dəfə oxunub
view-gray136 dəfə oxunub

Marixuana çəkməyi öyrədən film – QALMAQALLI FİLMLƏR

Kulis “Ən qalmaqallı filmlər” layihəsində fransız rejissoru Luis Ganyenin “Marixuana çılğınlığı” filmini təqdim edir.

Ganye 1875-ci ildə Fransada doğulub. Teatrda işləyib, daha sonra məşhur fransız kinostudiyası “Pate”nin sahibi Şarl Pate onu rejissor qismində film çəkməyə dəvət edir.

Onun kinoda ilk isi Andre Eze ilə birlikdə 1905-ci ildə ekranlaşdırdığı, qısametrajlı “Velosiped oğrusu” komediyası oldu.

1912-ci ilə rejissor Amerikaya mühacirət edir. Və burada milyarder qızın həyatından bəhs edən “Elenin sərgüzəştləri” çoxseriyalı bədii filminin rejissorlarından biri olur. Daha sonra Ganye bir neçə melodram çəkir: “May günləri”, “Kasıb arvadları”, “Paris sevgisi” və s.

Kinoya səsin gəlməsindən sonra Ganyenin karyerası uğurlu olmur. Ümumiyyətlə, onun ən məşhur filmi layihədə təqdim edityimiz, 1936-cı ildə çəkilən “Marixuana çılğınlığı” filmidir.

Film məktəb direktorunun iclasda məktəblilərin marixuanadan istifadəsinə son qoymağa çağırması və valideynləri narkotik maddələrin zərəri barədə xəbərdarlığı ilə başlayır. O, nümunə kimi narkotikin həyatlarını məhv elədiyi iki məktəblidən danışır.

Filmin qəhrəmanları məktəblilər Meri və Billdir. Onların yaşadığı şəhərdə narkotik ticarəti ilə məşğul olan cinayətkar dəstə fəaliyyət göstərir. Cinayətkar dəstə yeniyetmələr üçün gecə ziyafətlər təşkil edir, onları marixuanaya alışdırır.

Marixuananın təsiri altında yeniyetmələrdən biri qəza törədir, maşınla piyadanı vurur. Belə ziyafətlərin birində narkotik ticarətçisi Ralf Merini zorlamağa cəhd edir. Merini qorumaq istəyən Bill Ralfla əlbəyaxa olur. Əlbəyaxa zamanı cinayətkarın tapançasından açılan güllə Merini öldürür.

Cinayətkarlar marixuananın təsirində olan Billi inandırmağa çalışırlar ki, güllə məhz onun əlindən açılıb. Bill həbs olunur, bu hadisədən sarsılan yeniyetmə qızlardan biri intihar edir, Ralf isə psixi xəstəxanaya düşür.

Film ilk dəfə ekranlara “Uşaqlarınıza danışın” adı altında çıxıb. Amma daha çox “Marixuana çılğınlığı” adı ilə tanınıb. Eyni zamanda prokatda “Narkoman”, “Gənc narkoman” adları ilə də nümayiş olunub. Zəif quruluşa və pis aktyor oyununa baxmayaraq, bu, filmin kulta çevrilməsinə mane ola bilmədi.

Film ekranlara çıxanda onun şüarı tamaşaçıları cəlb eləmişdi: “Qadınlar ona görə ağlayır, kişilər isə ölür”. Tamaşaçıların çoxuna elə gəlmişdi ki, marixuananın təsiri, zərəri haqda sənədli film izləyəcəklər.

“Marixuana çılğınlığı” didaktik, maarifləndirici xarakter daşıyır.

Çəkilişləri xatırlayan aktrisa Telma Uayt deyir ki, rejissor bizim əsl çılğınlığı, dəliliyi oynamağımızı istəyirdi.

Az büdcə ilə lentə alınan film hər şeydən əvvəl kommersiya məqsədi güdürdü. Yəni filmi maliyyələşdirən şirkət bununla da marixuanaya qarşı mübarizə aparan hökumətdən maddi maraq güdürdü. Həmin illərdə Amerikada narkomaniyaya qarşı mübarizə güclənmişdi və narkotik ticarətçiləri ilə mübarizə aparan Federal Büro da yeni yaradılmışdı.

“Marixuana çılğınlığı” 1930-cu illərdə narkotik ticarətçilərinə, narkomaniyaya qarşı çəkilən ən məşhur filmlərdən biri idi.

İndinin özündə də film ciddi sənət əsəri kimi yox, Amerika hökumətinin təbliğatının bir hissəsi kimi qəbul edilir. Federal Büro bu kommersiya filmini xəbərdarlıq qismində reklam edirdi: “Marixuana yeniyetmələri zorakılığa, qətlə və intihara vadar edir”.

Bununla belə “Marixuana çılğınlığı” prokatdan çıxarıldı. Senzura komissiyasının fikrincə film o dövrün prinsipial qaydalarını pozub. Narkotikdən istifadə metodlarının açıq təsvirinə görə filmin cox kinoteatrda nümayişi qadağan edildi.

Yalnız 1972-ci ildə Amerikada marixuananın qanuniləşdirilməsi tərəfdarlarına cavab olaraq film yenidən gündəmə gəldi və ona qarşı təbliğat kimi nümayiş olundu.

Müstəqil kinoteatrlarda və universitetlərdə filmin qısaldılmış versiyası göstərilirdi.

Rejissor Luis Ganye 1963-cü ildə Hollivudda vəfat edib.

Oxşar xəbərlər

Xəbər lenti

Milli Kitabxanadan 30 min manatlıq jest
17:40 29 Mart 2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
17:01 29 Mart 2020
Şəfiqə Məmmədova ordenlə təltif edilib
15:45 29 Mart 2020
Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? - Müğənni Şəfa haqqında maraqlı faktlar
15:00 29 Mart 2020
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
14:15 29 Mart 2020
Spirtlə dəstəmaz almaq zamanı
13:31 29 Mart 2020
Mərhum Xalq artistinin qonşusu: "Binamızın problemini bircə təbəssümlə həll etdi"
12:30 29 Mart 2020
Dünyanın ən qədim şeiri - 4 min yaşlı mətn
11:41 29 Mart 2020
AzTV-dən evdə darıxanlara sürpriz
11:03 29 Mart 2020
Şərif Ağayarın hekayəsi: “Şeqlov üsulu”
09:30 29 Mart 2020
Xalq şairi vəfat etdi
08:05 29 Mart 2020
Bob Dilan 8 il sonra sükutu pozdu
18:07 28 Mart 2020
Pandemiya günlərinin Təpəgözü
17:33 28 Mart 2020
Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər
16:41 28 Mart 2020
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan, yataqdan videosu yayılan reper – Maraqlı faktlar
15:40 28 Mart 2020
Anar Nağılbazın ən çox istifadə etdiyi söyüş
15:04 28 Mart 2020
Tanınmış müğənnidən cəsarətli addım: "Bir-birimizə dəstək olaq"
14:50 28 Mart 2020
Şahbaz Xuduoğlu: "Kitab sifariş edən daha çox yaşlılardır"
13:17 28 Mart 2020
Seymur Baycandan yeni yazı - Bu əcinnə gərək mənim qarşıma çıxaydı?
12:23 28 Mart 2020
Nazirlik televiziya kanallarına filmlərlə bağlı müraciət etdi
11:28 28 Mart 2020