writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock09:00 calendar-gray 15 Sentyabr 2015 view-gray156 dəfə oxunub
view-gray156 dəfə oxunub

İranda tutulan şairlərin adını bilməyən detektiv

Mətbuatın gücünü danmaq, mediaya xor baxmaq olmaz. Çünki, illərlə hamının gözündən yayınan fırıldağın, illərlə danışılan yalanının üstü qəflətən açılar və mətbuat bir anda səni cahanda rəzil və xar edər. Çün, mətbuat belə şeylər üçün var. Sən illərlə sadə insanları, həmçinin mətbuatı aldada bilərsən, amma bir gün mətbuat sənin saxtakarlığından yorulub sənin yalan səltənətini tari-mar edib, yalan mülkünün daşını daş üstə qoymaz. Sonra illərlə qazandığın hörməti itirib hamının gözündən düşər, rəzil vəziyyətdə qalarsan. El dili ilə desək, “yalanın ömrü qırx gündür.” Gündəmini şou-biznes, kriminal zəbt edən mətbuat qəfildən elə ciddi məsələlərə işıq tutar ki, yerində donub qalarsan. Əlqərəz, unutmayaq ki, “cidanı çuvalda gizlətmək olmaz”.

Elə adamlar var ki, başını kola soxub, elə bilir ölkədə heç kəsin baş verənlərdən, danışılan yalanlardan, fırıldaqlardan, gizli oyunlardan xəbəri yoxdur. İllərdir Azərbaycan Yazıçılar Birliyi adlı qurumun saxtakarlığı, fırıldaqları, ədalətsiz mövqeyi haqqında yazılır, danışılır. Təəssüf ki, heç nə dəyişmir, heç nə düzəlmir. AYB bəlli bir qrupun əlində oyun-oyuncağa çevrilib, bu qurumda çalışanların əksəriyyəti yalanı, saxtakarlığı həyat kredosuna çevirib. AYB rəhbərliyində çalışıb, çirkaba bulaşmamaq böyük qəhrəmanlıqdır.

“Götürək elə mənim bacım oğlu Makintoşu”...

Yox, bilirəm Makintoşun söhbətə dəxli yoxdur. Hamınız başa düşdünüz ki, söhbət xalq yazıçısı Çingiz Abdullayevdən gedir. Məhşur filmdə Makintoş dayısına saxta qalstuku soxuşdurduğu kimi, məlum olub ki, Çingiz müəllim də illərdir Azərbaycan Pen-Klubunu bizə PEN-İnternasionalın filialı kimi “soxuşdurub”. Sən demə Azərbaycan Pen-Klubu sadəcə “Beynəlxalq Pen Təşkilatı Azərbaycan Pen-Klubu” adlı hüquqi şəxs imiş. Ölkəmizin yenicə müstəqillik qazandığı illərdə Ədliyyə Nazirliyindən “Beynəlxalq Pen Təşkilatı Azərbaycan Pen-Klubu”adlı “hüquqi şəxsi” qeydiyyatdan keçirən cənablar 21 ildir camaatın gözünə kül üfürüb “yalan fırladırmış”. Sən demə dillərə dastan PEN-İnternasionalın Azərbaycanda Pen-Klub olmasından xəbəri yox imiş. Bu barədə təşkilatın açıqlaması da var: “PEN-Klub Azərbaycan" bu təşkilatın filialı deyil və bu qurumun maraqlarını təmsil etmir.”

Detektiv ədəbiyyatımızın görkəmli nümayəndəsi, xalq yazıçısı, Azərbaycanı dünyada tanıdan Çingiz Abdullayev kimi nüfuzlu bir insanın belə yalana ortaq olması, üstəlik hətərən-pətərən müsahibə verib özünü daha da dolaşdırması biyabırçılıqdır. İki yüzə yaxın romanı çap olunan, kifayət qədər tanınan xalq yazıçısının bu cür ucuz yalanı cəmiyyətə sırıması, illərdir ona pərəstiş edən, əsərlərini oxuyan, avtoqraf almaq üçün növbəyə dayanan adamların “başına corab hörməsi” utancverici hərəkətdir. Təklif edirəm ki, Çingiz Abdullayev bu hərəkətinə görə utansın və əgər mümkündürsə bir az da vicdan əzabı çəksin.

Hamımız bilirik ki, Azərbaycan Pen-Klubu heç bir ciddi işlə, ciddi layihə ilə yadda qalmayıb. Çingiz müəllim müsahibələrində inadla İranda həbs olunan şairlərimizin azad olunmasında müstəsna rol oynadıqlarını qeyd edir. Birincisi, Çingiz müəllim bu çıxışı ilə şairlərin azad olunması üçün səfərbər olan dövlətimizin gördüyü işləri kölgə altına salır; ikincisi qəfildən jurnalistlərdən biri xalq yazıçısından İranda həbs olunan şairlərin adını soruşsa, and olsun yeri-göyü yaradana ki Çingiz müəllimin dili topuq vurar, bu şairlərin adını çəkə bilməz, üçüncüsü isə, heş zad... Yazıçımız konkret olaraq, danışdığı yalanı ört-basdır etmək üçün Qarabağ problemindən geninə-boluna istifadə edir. PEN-İnternasional ermənipərəst elan olunur, cənab Abdullayevin yalanını ifşa edən jurnalistlər “erməni dəyirmanına su tökməkdə”, İngiltərədə PEN-İnternasionalın mərkəzi ofisində çalışanlar “erməniyə işləməkdə” ittiham olunur.

Xalq yazıçımız utanmadan Qarabağ problemini bütün qara-qura və çirkli işlərinə alət edib, özünə haqq qazandırmağa çalışır. Detektiv yazımızın Qarabağ problemi ilə manipulyasiya etməsini həmkarım Mirmehdi Ağaoğlu yaxşı “xırdalıyıb” (Yazını burdan oxuya bilərsiz). Mirmehdinin sözü olmasın, Çingiz müəllim, “Qarabağdan ayıbdır!”

Qan Turalı hesablamışdı ki, Çingiz Abdullayev ilə 7,4 , iki ilə təxminən 15 roman yazır. Belə məhsuldar yazıçının ucuz yalanlara qaçması çox kədərlidir, ya da bilmirəm, bəlkədə qanunauyğunluqdur...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
18:12 06 Avqust 2020
Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
17:08 06 Avqust 2020
Qremmi mükafatçısı həbs olundu
16:41 06 Avqust 2020
Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
15:57 06 Avqust 2020
Həsrətin gizli öpüşlərində güzgüləndi - Şeir
15:02 06 Avqust 2020
Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020