Azərbaycan Yaradıcılıq Fondunun mədəniyyət portalının təqdimatı oldu FOTOLAR

Azərbaycan Yaradıcılıq Fondunun mədəniyyət portalının təqdimatı oldu <span style="color:red;">FOTOLAR
9 sentyabr 2015
# 13:51

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun (AYF) mədəniyyət portalının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən AYF-nin aparat rəhbəri Qismət Rüstəmov fondun fəaliyyəti haqqında danışıb.

O bildirib ki, fondun yaradılmasında əsas məqsəd yaradıcı şəxslərə, diqqətdən kənardan qalan elm və mədəniyyət xadimlərinə dəstək göstərməkdir. Q. Rüstəmov qeyd edib ki, saytda multikulturalizm ideyasına töhfə vermiş elm və incəsənət xadimlərinin fəaliyyəti işıqlandırılacaq: “Portal gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eyni zamanda kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid maraqlı materiallar təqdim edəcək. Portalda Azərbaycanda və xaricdə nəşr olunan kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləri ilə müsahibələr, müzakirələr və debatlar, dünya mədəniyyət irsi ilə bağlı tərcümə materialları dərc olunacaq”.

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla isə çıxışında qeyd edib ki, ölkədə son zamanlar tolerantlıq, multikulturalist ideyalar həyatın bütün sahələrində özünü göstərir: “Bu, ölkə başçısının ideoloji hədəflərindən biridir və biz bu hədəflərə doğru getməliyik. Bu istiqamətdə çox ciddi işlər görülür. Biz saytın fəaliyyəti ilə multikulturalizm sahəsində olan boşluğu doldurmaq niyyətindəyik. Ədəbiyyatdan, rəssamlıqdan uzaq düşmüş insanlar var. Biz həmin insanlara diqqət və qayğı göstərəcək, onları bir daha öz işlərinə qaytaracağıq. Mükafatlar, müsabiqələr təşkil etmək niyyətindəyik. Mən işimlə bağlı Azərbaycanın bölgələrində oldum. Bölgələrdə qruplarla bekar gənclər gördüm. Biz bu gənclərə də sahib çıxmalıyıq. Bu gənclərin maariflənməsi üçün bölgələrdə mərkəzlər yaratmağı nəzərdə tuturuq. Həmin gənclər mərkəzlərdə təhsil alacaq və onları marağını artırmaq üçün müəyyən sertifikatlar, hətta təqaüdlər də veriləcək. Qoy, universitetə qəbul ola bilməyən gənclər, burada özlərini universitetdəki kimi hiss etsinlər. Yəni, öz bacarıqlarını kəşf etsinlər”.

K. Abdulla multikulturalizmlə bağlı 3 kitab hazırlandığını söyləyib.

Sonra “sim-sim.az” saytında dərc olunan yazılar haqqında məlumat verilib.

Foto: İsmi Şahzadə

# 2343 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər