Salam Sarvandan Sabir ittihamı: “Onun yaradıcılığı aldanışdı”

Salam Sarvandan Sabir ittihamı: <span style="color:red;"><b>“Onun yaradıcılığı aldanışdı”</b>
9 sentyabr 2015
# 12:11

“Mirzə Sabirin yazdığını indiki meyxanaçılar bədahətən deyə bilirlər.” Kulisin məlumatına görə bu sözləri Salam Sarvan özünün Facebook səhifəsində yazıb.

Kəramət Böyükçölün Bəxtiyar Vahabzadə və Əhməd Cavad haqda fikirlərində haqlı olduğunu bildirən şair deyib: “Bu, kimin ağzından çıxıbsa, kişi adam olub ki, bir “burcutmaq” sözü vardı. Yəni sözü deyəndə birbaşa deyin, burcutmayın. Kəramət Böyükçölün Bəxtiyar Vahabzadə və Əhməd Cavad haqda fikirləri yüzdə yüz düzdü. Özü də heç kəsi təhqir etmədən deyib.

Mən cavanlıqda xarratlığla məşğul olmuşam deyə, ağacları bir-birindən ayıra bilirəm. Sonra yaradıcılğla məşğul olduğumdan yazını da tanıya bilirəm: yəni Kəramətin o fikirlərində hətta ironiya da yox idi.

Yaxşı, bunları buraxın bir yana, keçək Mirzə Ələkbər Sabirə...

Əziz həmvətənlər, əgər dostlarımızdan biri Əhməd Cavad haqda qəti bir fikir deyibsə, deməli, o arxayındı düşüncələrində, yəni onu axıracan oxuyub. İndi mən sizə desəm ki, Mirzə Ələkbər Sabir bizə təqdim olunduğuna rəğmən talantsız və faydasız şair olub, o dəqiqə məni söyməyə girişməyin. Əvvala, mənim kimi zəhmət çəkib, Sabiri axıracan oxuyun. Oxuduz? Həə, indi qayıdın ilk səhifəyə və təzədən oxumağa başlayın. Bu zaman baş barmağınızı şəhadət barmağınıza birləşdirin. Vəssalam, qalanıyla işiniz olmasın, öz-özünə çırtma alınacaq. Və siz Sabiri oxumağa davam etdikcə bu dəhşətli çırtma səslərini eşidəcəksiz.

Ona görə də biz deyəndə ki, Mirzə Sabirin də yaradıcılığı aldanışdı, biz deyəndə ki, indiki meyxanaçılar onun düşünüb yazdığını indi bədahətən deyə bilirlər, əsəbləşməyin.”

# 768 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #