news-inner
clock09:00 calendar-gray 25 Avqust 2015 view-gray255 dəfə oxunub
view-gray255 dəfə oxunub

Evdə qalan, evdən qaçan gəlinlər

Evdən qaçan gəlinlərimizə ithaf olunur...

İndi edəcəyim söhbətin mentalitetə, namus-qeyrət məsələsinə qətiyyən dəxli yoxdur. Elə də uzaq olmayan tarixin insan mənzərələrini bölüşəcəm sizinlə... Bəri başdan deyim ki, məni təhqir edənə, söyənə mən də pis yerdən söyüş qoymuşam. Ümumiyyətlə, əlim dəmirdədir, kim nə deyir getsin özünə.

Sizə iki əhvalat nəql edəcəm. Əhvalatdan öncə deyim ki, Rusiyada illərlə pul qazanıb, Anyaların, Tanyaların qoynunda dincələn, sonra doğulduğu kəndə qayıdıb toy kasetlərində bəyəndiyi körpə qızlarla “ildırım nikahıy”la evlənib 15 gün sonra yenidən Rusiyaya, Nadyaların, Sonyaların qucağına qayıdan boynu qızıl zəncirli, barmağı qızıl üzüklü, yaxası açıq ağköynəkli vətən oğullarının özgüvəninə, özünə inamına heyranam.

Nə isə, keçirəm birinci əhvalata...

...X. şəhərində yaşadığım dövrlərdə taksi sürücüsü bir dostum vardı. Həftədə 1-2 dəfə işim düşürdü, başqa taksilərdən iki dəfə ucuz aparırdı getdiyim yerə. Sakit, mədəni cavan oğlandı. İntəhası, bu mədəni cavanın bir əmması vardı...Bəzən təcili işim düşüb zəng edəndə bir-iki saatdan sonra gəlib çıxırdı. Hər dəfə də bəhanəsi eyni olurdu:

- Qaqa, rayondan bir gəlin gəlmişdi, onunla bir yerdə idim.

Bir belə, beş belə...dözməyib bir gün açıldım:

- Qaqa, bəlkə xəbərim yoxdu, yaxın rayonlardan gələn gəlinləri sənə tapşırıblar? Eyni yalanı danışmaqdan utanmırsan?

Sözüm bərk xətrinə dəydi. Bir xeyli susub, başını aşağı saldı. Ayaqqabısı ilə torpağı eşələyə-eşələyi mızıldandı:

- Qaqa, Allah haqqı, avtovağzala gələn gəlinləri görsən belə danışmazsan. Mən “taksovatlıq” eləyib başımı saxlayan adamam. Avtobusdan düşəndə üstündə 5-6 kilo qızıl olan cavan gəlinlər maşına oturan kimi özləri “padxod” eliyir. Quran haqqı, mən artıq hərəkət eliyən adam deyiləm. Çoxusunun da “gəzdiyi” uşaqları, getdiyi yerləri tanıyıram. Bir-iki aydan sonra özləri “girişir” mənə. Əbəlfəz haqqı, eləsi var “gəzdiyi qaqaş”ların ev kirayəsini də verir. Elə biri mən. Guya “taksovatlıq” hesabına bahalı telefon işlədirəm? Görüşdüyüm gəlin alıb hədiyyə edib. Hələ biri var, iki aydan bir gəlir, hər dəfə gələndə aparıram bankdan pul götürməyə. Elə vaxt olur 200-300 dollar cibimə pul qoyur, paltar alır. Sonra da o söz...

Dostumun mənə heç vaxt yalan danışmamasına baxmayaraq, söhbətinə inanmadım. Üstündən aylar keçdi, təsadüfən tanışlardan biri də oxşar əhvalat danışdı, and içib, qəsəm elədi. Ona da inanmadım. Taksi sürücüsü olan dostum, avtovağzala aparıb mənzərəni real şəkildə izah elədi, vicdan haqqı, yenə inanmadım. 17-25 yaşlı xanımların bu işi edəcəyinə, bu riski gözə alacağına inana bilmirdim.

Keçirəm ikinci əhvalata...

Söhbəti tamamən unutduğum günlərin birində kirayə qaldığım evin qonşuluğuna tibb texnikumunda oxuyan üç tələbə xanım köçdü. Qızlardan biri evli, biri nişanlıydı. X. şəhərinə yaxın rayonların birindən gəlmişdilər. Evli olanın əri, nişanlı olanın da nişanlısı Rusiyada yaşayırdı. Qızların geyim-keçimlərindən təminatlı olduqları hiss olunurdu. Hər gün rastlaşdığımız üçün salam-sağolumuz vardı.

Toy kasetlərinin qurbanı olduqları hallarından bəlliydi. Qızlar qonşuluğa köçəndən sonra axşamlar qaldığımız küçəyə müxtəlif oğlanlar gəlib getməyə başladı. Evli olan xanım maşınlardan düşmürdü. Elə nişanlı olan qız da ondan geri qalmırdı. Hər dəfə mən onları “suç üstü” yaxalayanda narahat olur, mənə qəribə-qəribə baxırdılar. Sonra bunun da yolunu tapdılar. Qaldığım evə hədiyyələr gəlməyə başladı. Tələbə qonşularım mütəmadi olaraq meyvə, şirniyyat, bəzən yemək-içmək alıb qapımı döyürdülər. Evə girməsələr də, xahiş-minnətlə gətirdiklərini verib gedirdilər. Və artıq daha sərbəst, daha rahat həyatlarına davam edirdilər. Rüşvətlə məni zərərsizləşdirdiklərini düşünürdülər...

Küçədəki cavanların hərəsini bir yolla zərərsizləşdirmişdilər. Hamı göz yumurdu məhəlləyə gələn görünən yad cavanlara...

Mənim də başım qarışmışdı şəxsi problemlərimə, onların necə yaşamağı mənim üçün maraqlı deyildi. Amma “taksovatlıq” eləyən dostumun söhbətlərinə yavaş-yavaş inanmağa başlamışdım.

...Günlərin bir günü Tibb Texnikumunun yanında məhəllə uşaqları ilə söhbətləşirdik. Qəfildən küçənin başında bahalı, xarici maşın peyda oldu. Hamımız söhbəti kəsib gözümüzü bu texnoloji möcüzəyə zillədik. Açıq pəncərələrdən hansısa bayağı mahnının sədaları yayılır, sürücünün pəncərədən çölə çıxardığı qolunda qızıl saat bərq vururdu. Maşın yanımıza çatıb dayandı. Açıq yaxasından barmaq qalınlığında qızıl zəncir görünən sürücü düşüb hamımızla salamlaşdı, burda nə üçün toplaşdığımızı xəbər aldı. Bu küçədə yaşadığımızı deyəndə üzü güldü:

- Brat, medtexnikumda oxuyan filankəsi tanıyırsınız?

Söhbət mənim “qəhrəmanlarım”dan birindən gedirdi. Ortalığa üzücü sükut çökdü. Cayıllıq uşaqların başına vurmuşdu. Hamı “razborkaya” hazır vəziyyətdə tərs-tərs çağrılmamış qonağa baxırdı. Küçəlilərin ürəyi gedir belə “razborkalar” üçün. Qonağın “gündə bir maşından düşən gəlin” haqqında soruşmağı küçəlilərə pis təsir eləmişdi. Aramızda qəhrəmanlarımızı ən yaxşı tanıyan mən olsam da, səsimi çıxarmadım. Ən yaşlımız ağır-ağır dilləndi:

- Sən adresi səhv salmısan, qaqa! O qız evlidi!

Çağırılmamış qonağımız qəhqəhə çəkdi:

- Ə qaqa, üzür istəyirəm, o mənim yoldaşımdı. Rusiyətdən dünən gəlmişəm. İstəyirəm dərsdən icazə alıb aparım pal-paltar almağa. Sabah Piterə uçuram, gəldim məllimlərini də görüb “haqq-hesabı” verim, həm də qaldığı yerlə tanış olum.

Yumruqlarını düyünləmiş küçəlilər əməlli başlı rahatlaşdılar. Qaqaş uşaqlarla deyib-gülməyə başlayanda, mən üzr istəyib, onlardan aralandım.

Sonra baş verənləri yazıb sizi yormaq istəmirəm. Bircə onu deyə bilərəm ki, Rusiyada illərlə pul qazanıb, Anyaların, Tanyaların qoynunda dincələn, sonra doğulduğu kəndə qayıdıb toy kasetlərində bəyəndiyi körpə qızlarla “ildırım nikahıy”la evlənib 15 gün sonra yenidən Rusiyaya, Nadyaların, Sonyaların qucağına qayıdan boynu qızıl zəncirli, barmağı qızıl üzüklü, yaxası açıq ağköynəkli vətən oğullarının özgüvəninə, özünə inamına hələ də heyranam...

Oxşar xəbərlər

Xəbər lenti

Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020