writer1

Fərid Hüseyn

Məqalə sayı

135
clock12:25 calendar-gray 07 Avqust 2015 view-gray177 dəfə oxunub
view-gray177 dəfə oxunub

Mayakovskiyə kim şairə demişdi?

Kulis Fərid Hüseynin “Suda batan dalğalar, yaxud hər kəs öz əməlinin girovudur” essesini təqdim edir.

Əksər böyük şairlər öz taleyi ilə poeziya taleyini birləşdirir. Böyük inqilabçı şairlər isə öz taleləri ilə poeziyanı birləşdirməklə yanaşı, tarixlə ədəbiyyatı da bir-birinə qovuşdururlar. Talehlə poeziyanı bir-birinə qovuşdurmaq alın yazısı, tarixlə ədəbiyyatı qovuşdurmaq isə missiyadır…

***

Mayakovski inqilabın bayraqdarı olandan sonra Mandelştam onu “şair” yox, “şairə” adlandırırdı. Mandelştamın fikrincə, şair sadəcə duyğularını ifadə edən, şairəsə hisslərini çar çəkən adamdır, ona görə də Mayakovsknin taleyini “mif”lə bəzəməsi (qadının güzgü önündə bəzənməsi kimi) onu “açmırdı”.

***

İnqilabi şeirlərdə Mayakovsknin “MƏN” nidaları dünyanı sirkələyirdi, lirik şeirlərində “mən” deyəndə isə yalvarışı aydın duyulurdu. Mayakovski bu iki MƏNin arasında qəlbini itirdi və heç vaxt tapmadı…

***

Mayakovski şeirlərində öz obrazını, inqilabı ədasını çox gözə soxurdu. Öz adını şeirlərin mətninə daxil edirdi və onun MƏN nidaları o dövrün şairlərini “itələyirdi”. Pasternak deyirdi: “Onun şeirlərində işlənən “Vladimir Mayakovski” müəllifin deyil, mövzunun adıdır”.

Marina Svetayeva da şeirlərində öz adından şifrəli şəkildə istifadə edirdi, ancaq o Marina deyəndə dənizi nəzərdə tuturdu, yaxud Puşkinin polyak qəhrəmanı Marina Mnişeki. Mayakovski öz adını şeirlərə elə daxil edirdi ki, elə bil pasportunun üzünü köçürürdü…

***

İnqilaba qədər Mayakovski “inqilabçı şair” idi, inqilab reallaşan kimi isə “sovet şairi” oldu. O qazanmaq istədiyini qazanan andan etibarən itirdi…

***

Mayakovski özü öz şair mifini yaratmış, portretini cızmış şairdir. O, köhnə sarı bluzu haqda xatirələr yazırdı. İnqilabdan sonrasa həmin kasıb obrazı ilə məzələnməyə başladı. Onun əzabkeş obrazı da, özünəironiyası da mif idi və hər iki halda bəraəti şairliyi idi.

Uşaqlar oyuncağı, qadınlar paltarları ilə “oynadığı” kimi Mayakovski öz şair obrazı ilə oynayırdı. O öz ömrünü səhnədəki aktyor kimi yaşayan şair idi. Mayakovski öləndə Korneli Zelinski yazırdı ki, onun kasıblıq nişanəsi olan sarı bluzu şeirlərindən daha məşhurdur.

***

Platonun “Dövlət” əsərində şairləri dövlət idarəçiliyində qovurlar və bunun əsaslandırılmış səbəbləri var. Mayakovski öləndə dostları yazırdı ki, Mayakovski dövlətin yanında idi, ədəbiyyatsa yox. “Bəli, Sovet İmperiyası Platonun “Dövlət” əsərindəki kimi şairləri qovmur, ancaq onlara yaradıcı şəxsiyyətlərini əzəl gündən mif və saxtakarlıq nümunəsinə çevirir, mövcud zənginliklərini yeni şah əsərlərində sərgiləməyi mümkünsüzləşdirən vəzifələr tapşırırdı”.

Xalq Mayakovski vasitəsiylə ədəbiyyatı dövlətin yanında görürdü. Ancaq yanılırdılar: Ədəbiyyat heç kəsin ayağına getmir, ədəbiyyatçısa gedir.

***

Mayakovski intihar məktubunda yazırdı ki, ölümdə heç kəsi günahlandırmayın, dedi-qodu eləməyim. Şair, anasını, bacılarını və sevdiyini hökumətə tapşırırdı.

Paradoksa baxın: Mayakovskini mənən məhv edən, istedadını özündən əvvəl intihara sürükləyən Sovet hökumətinə ailəsini tapşırırdı. Həmin məktubda belə bir cümlə də vardı: “Anam, bacılarım, yoldaşlarım. Bağışlayın məni. Bilirəm yaxşı iş deyil, heç kəsə məsləhət görmürəm, ancaq mənim başqa çıxış yolum yoxdur”.

Mayakovski öləndə həm həqiqəti deyirdi, həm də yalan danışmalı olurdu. Həqiqətlə öz durumunu göstərirdi, yalanla sovet rejiminin simasını.

***

Mayakovski ölüm xəbərinə Sovet hökuməti özünə sərf edən don geyindirməyə çalışırdı. Hətta əvvəlcə ölümü gizlətməyə çalışmışdılar. Düşünmüşdülər ki, ona bənzər bir adam tapıb uyğun qərara gələnə qədər gözləmək olar. Ancaq Sovet hökuməti bir şeyi unudurdu, əsl şairin dublyoru olmur... Xüsusən də öləndən sonra...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nizaminin əsərləri ilə bağlı müsabiqə elan olundu
18:54 18 Yanvar 2021
“Şəhərin qış gecələri” tamaşası onlayn nümayiş ediləcək
18:22 18 Yanvar 2021
İsa Hüseynovun hekayəsi Gürcüstan kitabxanasında
17:58 18 Yanvar 2021
"Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır...
17:43 18 Yanvar 2021
Dəyişən gerçəkliklərdə gizlənən həyat - Aliyə yazır...
17:01 18 Yanvar 2021
Xalq artisti xəstəxanaya yerləşdirildi
16:19 18 Yanvar 2021
"Şanlı tarix" sərgisi açılacaq
16:09 18 Yanvar 2021
Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı – Maraqlı faktlar
15:27 18 Yanvar 2021
Yeşilçam filmlərinin məşhur aktyoru vəfat etdi
14:46 18 Yanvar 2021
Qazilərimizdən bəhs edən film çəkildi
14:29 18 Yanvar 2021
50 yaşı tamam olan yazıçı: “Az qalıram utandığımdan qaçıb gizlənəm” – Müsahibə
13:50 18 Yanvar 2021
Peyvənd vurduran nazir və qərarsız Facebook əhli
13:02 18 Yanvar 2021
Məni sevgi üstə yaxaladılar – Əlizadə Nuridən yeni şeirlər
12:15 18 Yanvar 2021
Muzeyə getməməyi ilə məzələnən xalqım, oy! – Sərdar yazır...
11:42 18 Yanvar 2021
Beyin anevrizması keçirən məşhur repçi sağaldı
11:07 18 Yanvar 2021
Axşama tamaşa var
10:30 18 Yanvar 2021
Nizamini dərin hissiyyatlı kadrlar öyrənməlidir - Cavanşir Yusifli yazır...
10:01 18 Yanvar 2021
Xudu Məmmədovun oğlu: “Mən çatanda atam yerdə uzanmışdı, ona süni nəfəs verirdilər” – Müsahibə
09:00 18 Yanvar 2021
Nana sevirdi - Nərmin Kamaldan hekayə
12:31 17 Yanvar 2021
“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
17:20 16 Yanvar 2021