news-inner
clock09:00 calendar-gray 06 Avqust 2015 view-gray66 dəfə oxunub
view-gray66 dəfə oxunub

YUĞ və Azdrama arasındakı məhəllə davası

YUĞ teatrının rejissoru Gümrah Ömərin AzNews.az saytında yayımlanan və Dram teatrının aktyorlarının qəzəbləndirən müsahibəsini diqqətlə oxudum.

Müsahibədə bir-iki təkəbbürlü, korrektəyə ehtiyacı olan cümləni çıxmaq şərtilə təhqiramiz nəsə yoxdur. Sadəcə doğru olmayan yanaşmalar var. Hər halda müsahibədə teatrın aktual problemlərinə də toxunulur.

Məsələn, rejissor deyir ki, Milli Dram Teatrında köhnə düşüncə tərzi hakimdir.

Ümumiyyətlə bu köhnəlmiş düşüncə və ya belə deyək, hər hansı mövzuya klişe baxış təkcə teatrımızın yox, ədəbiyyatımızın da, kinematoqrafiyamızın da problemidir.

G.Ömər daha sonra deyir ki, Dram Teatrı monoton ifadə vasitələri ilə işləyir: “Böyük sənətkar dediyimiz insanlar özlərini bir də təftiş etməlidirlər. Təftiş edib baxsınlar ki, onlar bu gün müasir tələblərə cavab verirlərmi? Hansı ifadə vasitələrinə, hansı düşüncə tərzlərinə güvənirlər? Çox təəssüf, bu gün fəxri adlar alan, sənətdə uzun yol gələn insanların bugünkü müasir teatr prosesində problemləri var. Ayaq üstə danışmaq və qışqırmaq, ağlamaq, gülmək hələ aktyor olmaq deyil”.

Dram Teatrının tamaşalarına ara-sıra gedən (ona görə “ara-sıra” deyirəm ki, ora müntəzəm getmək üçün sənət anlamında səbəb tapa bilmirəm) adam kimi deyim ki, rejissor ümumən haqlıdır. Baxdığım tamaşalarda məhz monoton ifadə vasitələri, yeni baxışın yoxluğu, onların həyatdan yan keçməsi mənim bu teatrın daimi tamaşaçısı olmağına maneçilk edib.

Hərçənd, G.Ömərlə razılaşmadığım məqamlar da var. Məsələn, rejissor deyir: “Vaqif İbrahimoğlunun yaratdığı teatr yeni düşüncə mərkəzinin davamıdır və ən başlıcası klassik dramaturgiyaya önəm verməyən mədəniyyət ocağıdır”.

Klassik dramaturgiyadan imtina etmək, modern, postmodern tamaşa işləmək, hələ onun gerçək sənət olması anlamına gəlmir. Bütün sənət növlərində (söhbət təkcə Azərbaycandan yox, dünyadan gedir) ənənələrdən imtina edib, yenilik kimi görünən və ya sırınan, fəqət, mahiyyətcə boş olan çox əsərlər yaradılıb və yaradılır.

Bununla əsla G.Ömərin yeni düşüncə mərkəzi adlandırdığı YUĞ teatrının tamaşalarını nəzərdə tutmuram. Hərçənd, orda da bəzən yeni düşüncə adı ilə basmaqəlib tamaşalar oynanılır və bunu etiraf etmək lazımdır. Amma məsələn, G. Ömərin Axundov yaradıcılığına maraqlı baxış təklif edən, forma və üslubuna görə fərqlənən “Naməlum Axundovu”nu sevirəm.

Onu demək istəyirəm ki, Dram Teatrında klassik, ənənəvi quruluşlarda tamaşa hazırlanması normaldı, təbidir, hətta lazımlıdır. Çünki sənət “o olmaz, bu olmaz” tabularını sevmir. Əks halda o yekrəng və sıxıcı olar.

Sadəcə, problem Dram Teatrında ənənəvi nəqlin çərçivələri daxilində individual rejissor baxışının, yaradıcı ifadə vasitələrinin, mövzuya yanaşmada fərqli kontekstin yoxluğundadır. Ola bilsin hansısa tamaşalarda işartılar var. Həm də bu, aktyorlardan çox rejissorların problemidir. Çünki aktyor hər şeydən əvvəl rejissorun məqsədinə gedən yolda vasitədir.

Yeri gəlmişkən, kinonun eksperimentatorlarından biri Qodar deyir: “Nə baxtsa biz klassik nəql ənənələrinə qarşı çıxırdıq. Amma yaş ötdükcə özün üçün xətti, nizamlı nəqldəki magiyanı yenidən kəşf edirsən”.

G.Ömərin aktyorlara emosional şəkildə ünvanladığı, bu sərt fikrinin yuxarıda dediyim kimi korrektəyə ehtiyacı var: “Səni dünyada kim tanıyır? Ömrünüzü nəyə həsr etmisiniz? Daha heç nəyə yaramırlar, onlarla heç kəs işləmək istəmir. Yaşda bizdən böyük ola bilərsiniz, peşədə sənətdə isə heç vaxt”.

Arayıb araşdırsaq heç G.Öməri də, teatrımızı da, kinomuzu da, ədəbiyyatımızı da dünyada tanımırlar. Sonuncu “Yaşda bizdən böyük ola bilərsiniz, peşədə sənətdə isə heç vaxt” fikri çox iddialıdır. İddianı gerçəyə çevirmək üçün isə rejissorun yaradıcılığında uğurlu, novator quruluşların sayı çox olmalıdır.

Qalmaqalda məni məyus edən Dram Teatrının aktyorlarının primitiv, savadsız münasibətləri oldu.

Onların fikirlərindən bəzilərini təqdim edirəm:

Ramiz Məlik: "Ay düşük adam, bəs milli teatrın ünlü sənətkarlarını təhqir edəndə, onları aşağılayanda bilmirdin ki, sərt cavab alacaqsan? İndi nə oldu? Əgər kişi idinsə, üzümüzə deyərdin də. Sənin kimi, sənin teatrın kimi virusa yoluxanlar, açıq söhbətə cəsarətiniz çatmaz. Sənə bir sağ ol düşür. Separatçı YUĞ-çuların gizli niyyətlərini kartlarını özün "tupoy" bilmədən açdın. Sən və sənin kimilər boynunuzun ardını görəndə Milli Dram Teatrını görərsiniz. Sən və sənin kimilər yaxşılığı qanmadınız".

Mehriban Xanlarova: “Kimsiniz siz? Hələ bir baxın görün haradan gəlmisiniz? Sizin teatr sənətində gücünüz nə qədərdir? Gedin bir güzgüdə özünüzə baxın, görün kimsiniz? Yağlı əppəyi kiminsə ağzına verəndə o adam ya qudurur, ya da çörəyinə təpik atmaq istəyir”.

Rəfael Dadaşov: ”Mən heç onun (Gümrah Öməri nəzərdə tutur-S.S) adını çəkmək istəmirəm. Hərçənd ki, Moşu demişkən, adsız dəyirmanda xoruz oler. Məsələ burasındadır ki, siz deyən o adam tamaşa qoyanda onunla rastlaşmışıq. Dedim ki, bura sənin yerin deyil, get, başqa yerdə külüng çal. Bir neçə il öncə teatra axın başladı, kim gəldi, dedilər gəl, keç içəri. Kərbəlayı demişkən, adətən sel gələndə əvvəlcə çör-çöpü gətirir, ağır kötüklər sonraya qalır. Beləcə çör-çöp axını başladı. Sizin dəyəriniz nədir? Çörçöpdür də”.

Yuxarıda dediyim kimi G.Ömərin müsahibəsində haqlı məqamlar da yetərincədir. Və ciddi polemika mövzusudur. Təəssüf ki, bu, polemika yox, məhəllə dava-dalaşı səviyyəsinə endirildi. Bir daha təsdiqləndi ki, ümumilikdə sənət mühiti intellekt, analiz, savad qıtlığı, mövzuya yanaşma problemi yaşayır.

news-inner-user
Sevda Sultanova

733 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

“Qan qohumları” gəlir - Fotolar
14:40 23 Sentyabr 2019
Şəhid şairə kitab həsr olunub
14:02 23 Sentyabr 2019
Şübhə etməyə haqqımız yoxdur
13:24 23 Sentyabr 2019
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
12:49 23 Sentyabr 2019
“Bir şeir” müsabiqəsində növbəti Şeirlər
12:15 23 Sentyabr 2019
Nazim Hikmətin ölümündən iki gün əvvəlki görüntüləri yayılıb - Video
11:35 23 Sentyabr 2019
Vurğun Əyyub üçün dua – Şərif Ağayar yazır...
10:55 23 Sentyabr 2019
"Çernobıl” serialı Emmi mükafatı aldı
10:34 23 Sentyabr 2019
Türkiyəli şair Kulisin müsabiqəsinə qatıldı
10:00 23 Sentyabr 2019
Məmmədbağır Bağırzadənin oğlu: “Anam atamın başqa qadınla yaşamasına razıydı” – Müsahibə
09:00 23 Sentyabr 2019
Vurğun Əyyubun səhhəti ağırlaşıb
21:31 22 Sentyabr 2019
Gənc şairdən gözəl bir ata şeiri
12:30 22 Sentyabr 2019
Nаmiq Аbdullаyеvin ахırı – Əjdər Oldan unikal portret-hekayə - İlk dəfə
10:01 22 Sentyabr 2019
Arvad deyil ey, Sokratdı - Aqil Abbasın yeni hekayəsi
17:40 21 Sentyabr 2019
Xərçəngin mübarizə simvolu Neslicanın həyatından parçalar
16:44 21 Sentyabr 2019
Qadına şiddətə yox deyir, amma qadına şiddət göstərir
16:12 21 Sentyabr 2019
Döyülsə də, şəkillərdə gülən qadınlarımız
15:05 21 Sentyabr 2019
“Anama ikinci uşağı qadağan eləmişdilər” – Müsahibə
14:30 21 Sentyabr 2019
Avtobus etüdləri
13:11 21 Sentyabr 2019
Tanınmış rəssamın sərgisi keçiriləcək
12:26 21 Sentyabr 2019