Şəkillər də yalan danışırsa...

Şəkillər də yalan danışırsa...
27 iyul 2015
# 10:06

Bir neçə gün əvvəl sosial şəbəkədə iki foto rastıma çıxdı. Birinci şəkildə şortikli qızlardır, qonşu skamyada oturan oğlan onlara əhəmiyyət vermədən kitab oxuyur. Məkan şübhəsiz ki, Qərbdir.

İkinci fotoda Şərq ölkəsi təsvir olunub. Başıbağlı qadın keçir, məhəllədəki 4-5 kişi az qala qadını gözləri ilə yeyir.

Fotoya yazılan şərhlər əsasən yekdil idi, yəni məsələ geyimdə yox, düşüncədə, təfəkkürdədir. Təkcə bir xanım fərqli şərh yazmışdı, məzmunu beləydi ki, oğlan qızların abırsız geyiminə görə utandığından başını əyib kitab oxuyur.

Biz bu şəkilləri fotofakt kimi qəbul edirik və hər iki foto əksəriyyətə aşağıdakı informasiyanı verir: birinci fotoda kitab oxuyan oğlan üçün kimin necə geyinməsi əhəmiyyətsizdir. İkinci foto mühafizəkar kişilərin qapalı geyinmiş qadına acgöz münasibətini ifadə edir.

Mən buna fotofakt deyirəm və yuxarıda yazdığımı mütləq həqiqət kimi qeyd edirəm. Halbuki, bu fotofaktdan başqa mesaj alan adam da tapılacaq ki, məhz həmin xanım kimi düşünsün.

Bu, onun həqiqətidir.

O, yalnız yazdığı həqiqəti görür ya da belə görmək istəyir.

Yenə yaxınlarda sosial şəbəkələrdə bir neçə qızın fotosu yaylmışdı. Fotonun Suruçda törədilən terror aktından bir neçə dəqiqə əvvəl çəkildiyi yazılırdı. Hərçənd, sonra bəlli olur ki, foto HDP-nin mitinqindən imiş, üstəlik qızlardan biri də sağdır. Və yenə də foto ətrafında mübahisələr davam edir.

Bizə öyrədiblər ki, həqiqətin alternativi olmur, həqiqət həqiqətdir. Amma informasiya əsri, sonsuz xəbər seli, internetin fərdlərə verdiyi xəbəri yozmaq imkanı - onlarla, bir-birinə zidd həqiqətləri ortaya çıxarır. Onlarla fərdin həqiqəti toqquşur.

Daha pisi odur ki, yalanın və həqiqətin sərhədləri getdikcə itirilir.

Yəni bizim gördüyümüz video, foto, oxuduğumuz məlumat həqiqət olmaya bilər və ya əksinə.

Dahi italyan rejissoru, kinonun peyğəmbərlərindən biri Mikelancelo Antonioninin “Fotoböyütmə”si onun günümüz haqda öncəgörməsi, dəqiq proqnozudur.

Xüsusən final səhnəsində. Tamaşaçının və baş rolun ifaçısı Tomasın gördüyü səhnə: mimlər tennis oyununu imitasiya edirlər. Biz və qəhrəman Tomas nə tennis raketlərini, nə də tennis topunu görürük, amma topun və zərbələrin səsini eşidirik. Sonra top kənara düşür. Mimlərdən biri qəhrəmandan onu gətirməyi xahiş edir. Hamı gərginliklə Tomasa baxır, o, həqiqətin və yalanın sərhədlərinin məlum olmadığı dünyaya daxil olacaqmı? Tomas tərəddüd içində yaşıl otluğa tərəf gedir, guya topu tapır və mimlərə tərəf atır. Yenidən zərəblərin və topun səsi eşidilir.

Mimlərin oyununda bir tərəfdə həqiqət, topun səsi- bir tərəfdə yalan, topun olmaması dayanır. Tamaşaçı nəyin gerçək, nəyin yalan olduğunu aydnlaşdırmaqda çətinlik çəkir.

Biz nəyə inanacağımızı bilmirik. Eşidilən səsə yoxsa görünməyən topa? Bəlkə top doğrudan da mövcuddur, sadəcə biz onu görməyi bacarmırıq, ya görməzdən gəlirik?

Hər halda bu günə kimi sual açıq qalır və biz dəqiq bilmirik: sonsuz xəbər axınında yalan harda, həqiqət hardadır.

# 3445 dəfə oxunub

Oxşar xəbərlər

Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

17:40 13 avqust 2026
Dünya kinosunun dəhşət və qorxu ustası  – Alfred Hiçkokun 5 məşhur filmi

Dünya kinosunun dəhşət və qorxu ustası – Alfred Hiçkokun 5 məşhur filmi

13:00 13 avqust 2026
"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3  əsas rolu

"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3 əsas rolu

17:20 12 avqust 2026
Öz İtakasına qayıtmaq yanğısı... - Homerə "sığınan" Nolan "Odisseya" ilə nə demək istəyib?

Öz İtakasına qayıtmaq yanğısı... - Homerə "sığınan" Nolan "Odisseya" ilə nə demək istəyib?

14:00 12 avqust 2026
Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?

Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?

12:30 12 avqust 2026
Adil İsgəndərovun dəvəti ilə böyük kinoya gələn sənətkar  - O, hansı filmə  görə təzyiqlərə məruz qalmışdı?

Adil İsgəndərovun dəvəti ilə böyük kinoya gələn sənətkar - O, hansı filmə görə təzyiqlərə məruz qalmışdı?

10:00 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər