“Sarışan hallar” - Ömər Xəyyamdan yeni hekayə

“Sarışan hallar” - Ömər Xəyyamdan yeni hekayə
14 iyul 2015
# 13:50

Kulis Ömər Xəyyamın “Sarışan hallar” hekayəsini təqdim edir.

- Gözlərini geniş aç!.. “Ə” hərfiylə başlayır… Tap görüm, mən nə görürəm?

- Hə, indi fikirləşərəm, “Ə” hərfiylə? Yaxşı... Ərik ağacları! Hə, “ərik ağacı” deyil?

- Yox.

- Yox? Nə bilirsən ərik ağacı deyil? Nə bilirsən ərik ağacı görmürsən? Axı, mən görürəm?

- Axmaq, sən dəlisən?!

- Onda “Əclaf”! Yəqin ki, avtobusun şüşəsində məni gördün, əclaf olmağımı xatırladın.

- Yenə də tapmadın, əl görürəm, axmaq! Əl görürəm. Bax, o adama... Düyməsiz köynək geyinib. Bilirsən nə qədər çətindi bunu geyinmək? Yenə düyməli köynək mənim kimi şikəstlərə rahatdı. Lənətə gəlmiş yaddaşım qayıtmasaydı… Mən də qucaqlamaq istəyirəm, başa düşürsən? Ən azından masturbasiya eləmək istəyirəm, heç olmasa özümə toxuna bilim... Ah, mən saçlarıma toxuna bilmirəm...

Aqrippa axmağın yekəsidi. Həmişə qəribə yuxular görür. Yuxusuzluğun, ya da izlədiyi əndrəbadi psixoloji filmlərin təsiridi bu. Siçan bu otaqda çoxdan ölərdi. Tfu! Bir həftəyə beyin iflici olar adam. Otağın döşəməsində prezervativdən tutmuş, kiflənmiş portağal qabıqlarına qədər var. Soyuducuda cütləşən tarakanlar, siqaret kötükləri, cızma-qara cümlələrlə dolu vərəqlər, divarlarda pornostarların rəsmləri...

Ah, bu lənətə gəlmiş qız! Həyatının bir parçasına çevrilib daha. Yəqin ki, sənin başına belə bir hadisə gəlsəydi hansısa ruhi dispanserdə ağ xalatı tərsinə geyindirib, keyləşdirici dərmanlarla doldururdular mədəni.

Aqrippa adəti üzrə hər gün vaxtının bir-iki saatını pornosaytlarda keçirir. İçəndən sonra ədəb-ərkanla yerinə uzanır, noutbukunu qarnının üstünə qoyur. Onsuz da, ən məşhur saytlar kompüterin yaddaşında qalıb. Başlıq hərfini yazan kimi birbaşa açılır. Həmişə iyrənc videolara baxır. Psixoloji problemdi. İntim münasibətlərdə ağıla gələcək bütün pozaları yaşayıb. Adilikdən zövq ala bilmir. Qeyri-adi formalar daha həzz verici olur. O, kompüteri qarnının üstündə elə yerləşdirir ki, sağ əliylə rahat penisini oxşaya bilir.

Dünən də belə eləmişdi... Uzandı, sayta daxil oldu, siqareti təzəcə yandırmışdı ki...

Lənətə gəlsin! Bu, nə təsadüfdü?! Hər gecə yuxularında gördüyü qız... Dəhşətdi! Hə, həmin qızdı videodakı. Dəqiq odu. İki əli yox, saçları qara, uzun... Hə, hə odu. İki yekəpər zorlayırdı qızı, sonra necə oldusa, nəfəsi kəsildi, öldü deyəsən. Zibil! Bu nədi? Kamera əsir, videogörüntü kəsilir. Hiss olunur ki, operator özünü itirib, o, qızın üstünə qaçır, bu vaxt yekəpərlərdən biri çevrilir. İlahi! Bu ki Aqrippa özüdü! Hə, Aqrippa özü!

Təsəvvür eləyirsən, dostum? Pornoya baxırsan, qəfil hər gün yuxularında gördüyün qız videoda peyda olur, üstəlik aktyorlardan biri də sənsən. Yəqin ki, mənin başıma belə hadisə gəlsə ayaqlarımı çeynəyərdim.

Elə bil bütün gecəni döymüşdülər onu. Səhər yuxudan ayılanda it kimi olur. Döşəmədəki tarakanlara, mətbəxdəki çirkli qablara hürür.

Bu nə zibil oyundu axı?! Yatağında qadın alt paltarı... Hə, bu həmin lənətə gəlmiş videodakı qızın paltarıdı. Üstündə uşaq şəkilləri...

Aqrippa siqaret yandırıb tez noutbuku açdı, tarixçədə son daxil olduğu ünvanları tapdı. Heç birində dünənki video çıxmadı.

Təsəvvür eləyirsən? Hələ bu harasıdı. Bizim axmağı kimsə əməlli- başlı oyuna salıb. Yatağı bütün qadın saçlarıyla doludu. Qara, uzun saçlar...

Axı bu adi yuxu idi, axı Aqrippa real həyatda elə qız görməyib, lənətə gəlmiş bu saçlar necə gəlib düşüb bura? Nə qədər axmaq olasan ki, üstündə uşaq şəkilləri olan alt paltarından istifadə eləyəsən?

Deyəsən bu növbəti yuxunun başlanğıcıdı. Yuxu içində yuxu!

Aqrippa Killianın səsinə oyandı. Hə, yuxu içində yuxu görürmüş. Killian Heraklionda ən yaxın dostudu.

Aqrippanın ancaq Killianla paylaşdığı məsələlər var. Bütün intim sirlərini bilir. Çox vaxt danışmırlar. Bir-birlərinin düşüncələrini oxuyurlar, elə bil.

Dünəndən qalmış pivə şüşəsini başına çəkdi Aqri - Killian onu belə çağırırdı.

- Dünən Kaortda bir qızı zorlayıblar, Aqri. Dəhşətdi. İt kimi zingildəyirmiş qız. Qarğıdalı tarlasının qarovulçuları eşidib.

- Nə danışırsan, axmaq! Necə ola bilər? Yəqin qumar söhbətidi, ya da qarovulçular özləri eləyib. Hə, yüz faiz özləri. Yolda qızın maşınını saxlayıb, işini bitiriblər. Əvvəllər də olub belə hadisələr, fikir vermə. Mən qız olsam, gecə Kaortda ayaqyoluna da getmərəm. Belə olub, hə, Kil?

Özünü aldatmağa çalışırdı. Məndə də olub bu. Bəzən insan həqiqəti yox, özünə sərf eləyəni eşitmək istəyir.

- Nə boş-boş mızıldanırsan, beyinsiz. Qızın əlləri də yoxdu, çox gözəldi deyirlər.

Ah, zavallı Aqri! Yüksək cərəyanlı elektrik məftiliylə qucaqlaşan qaranquş kimi görünürdü. Tez ayaqyoluna qaçıb qusdu. Diş çəkdirmək qorxusundan da pisdi bu. Qusmaqdan qorxur. Elə bilir mədəsi gəlib düşəcək ağzından. Lənətə gəlmiş yuxu ayaqyolunda da rahat buraxmır. Unitazın kənarlarında, kafelin üstündə qadın saçları! Hə, qara, uzun...

- Fahişə, oynama mənimlə, rədd ol həyatımdaaaan, - qışqırdı. Güzgünün qabağındakı darağın dişlərindən sallanan qara, uzun qadın saçları lap özündən çıxardı bədbəxti. Az qala havalanacaqdı. Bir an əvvəl həmin yeri görmək, yuxusundakı yer olub- olmamasını dəqiqləşdirmək istəyirdi. O qədər şikəst qız tapmaq olar ki, bu xarabada. Bəlkə də təsadüfdü.

- Kil, deyirsən görüblər hə, kim zorlayıbsa o ifritəni?

- Qaranlıq olub, qaçıblar, bəlkə də axmaq qocalardan biri görüb, dəqiq bilmirəm. Qız özündə deyilmiş, ağzına gələni danışırmış.

Bir tərəfdən qorxuluydu ora getmək. Bəlkə doğurdan bütün olanlar həqiqətdi. Bəlkə kimsə görüb? Bəlkə qarovulçulardan biri məzarqurduna bənzəyən sifətini yadında saxlayıb?

- Qız ölüb?

- Həkim çağırıblar, polis, ekspertiza, aparıblar qızı, bilmirəm ölüb, ya yox.

- Gedək Kaorta, Kil. Baxmaq istəyirəm ora.

- Axmaq indi polis qaynayır orda, nəyinə baxacaqsan. Qan görməkdən xoşun gəlir hə, axmaq. Manyaksan sən, dostum.

- Boş-boş çərənləmə, bilirsən ki, arada cızma-qara eləyirəm, bəlkə maraqlı nəsə tapdım yazmağa.

Üzərində çuqun rəngli buludun asılıb qaldığı dərə boyu uzanan yolun qurtardığı yerdə görünən göl parıldamır, əridilmiş metal gölməçəsi kimi görünür. Uzaqdan it zingiltiləri eşidilir. Heraklion... Lənətə gəlmiş xarabalıq! Tanrının unutduğu yer. Kaort bu şəhərin ən iyrənc qəsəbəsidi. Bir tərəfində böyük Sen gölü, bir tərəfində qarğıdalı sahələri. Aqrippa uşaqlığını şəhərin özündə yaşasa da sonra Kaorta köçüb. Rəngarəng gecə həyatı, təhlükəsiz narkotika bazarı gətirib ona bura. İstənilən evdə ən azı bir qatil, bir narkoman tapa bilərsən.

Aqrippaya elə gəldi ki, əvvəllər bu daxmanı görüb.

- Kil, qulaq as, bu daxmanın qapısı qamışla hörülüb, hə? Deyəsən iki pəncərəsi olmalıdı.

- Nə bilim ay axmaq, mən ki burda olmamışam.

Qəribədi, hətta qorxuludu. Budur, qamışla hörülmüş qapı və iki pəncərə.

- İçəridə taxta çarpayı olmalıdı, bir nəfərlik, girən kimi solda.

Çarpayıyla üzbəüz divarda iplə qarğıdalıdan asılmış bir it şəkli, hə, hə, ya da çarpayının sağında.

- Sağında deyil, solundadı.

- Dəqiq yadımda deyil. Qulaq as, axı sən burda olmamısan, nə bilirsən sağda olduğunu? Əbləh, sən... Sənin işindi bu. Kil, sən manyaksan, sən gətirmisən gecə məni bura! Biz gecə... Biz gecə o qızı... Zibil!

Killian qəribə heyvan növü görürmüş kimi gözlərini bərəldib daxmanın qapısını açdı. Hər şey Aqrinin dedikləriylə üst-üstə düşürdü. Taxta çarpayı, sağ tərəfində də lənətə gəlmiş iyrənc rəsm: qarğıdalıdan asılmış it...

- Hansısa it balası özü də bilmədən labirintə salmışdı onu. Bu qədər təsadüf ola bilməz! Təsəvvür eləyirsən? Yuxuda bir qız görürsən- əlləri yoxdu, saçları uzun, qara. Bir gün həmin qız yuxularından çıxıb yataq otağına gəlir. Sonra hər gün baxdığın porno saytların birində peyda olur- iki nəfər zorlayır videoda onu. Məlum olur ki, zorlayanlardan biri özünsən. Səhəri gün qəsəbədə zorlanma faktı qeydə alınır. Əlləri olmayan bir qız zorlanır, məhz videoda gördüyü yerdə. Qara, uzun saçlı qız... Bu nə zibil oyundu axı!

- Burda bitir?

- Hə, hələ bitirməmişəm.

- Yaxşıdı, bir az qarışıqdı.

- Yuxu içində yuxudu da, necə olmalıdı?

- Başa düşürəm, oxucu məcbur deyil sənin zibil hekayəndə baş sındırmağa. Anlaşılan formada yazmaq lazımdı.

- Kafkanı başa düşürlər guya?

- Elə bilirsən, çətin dil qurmaqla, ağzına gələni yazmaqla Kafka olmaq olar? Sonu necə olacaq ki? Bəs dostu Killianın başına nə oyun açacaqsan?

- Heç nə. Yuxuda gördüyü qız sonra Aqrippanın içinə girəcək. Bir bədəndə iki nəfər. Əlləri olmayan bir qızı içində yaşadacaq. Elə bil ki, Aqrippanın əlləri qızın olmayan əllərini əvəz edəcək. Ə, Killian da özünün uydurduğu adamdı. Əslində elə biri yoxdu.

- Maraqlıdı. Təsəvvür elə, hekayədə yaratdığın obrazlar real həyatda peyda olur. Gəlib yapışır boğazından ki, niyə məni belə yaratmısan.

- Qorxuludu. Öldürərlər məni. Ona görə adları yerli adlar qoymuram ki, gəlib tapmasınlar məni.

- Mən hekayəmin birində obrazı çəpgöz yaratmışam. Bilirsən niyə? Real həyatda qarşılaşsaq görə bilməsin məni.

- Axmaq, ondansa kor yaradardın da?

- Mən sənin qədər qəddar deyiləm axı, əlim gəlməz.

- Püfff. Bu nə iydi gəlir? Sən buraxdın?

- Hə. Dayana bilmədim. İndi partlayacam. Yəqin o, çörəkarası ətdəndi.

- Hansı ət? Sən Morqlannda ət yemişdin?

- Hə.

- Əclaf, niyə demədin? Mənə niyə almadın? Gizlicə yemisən siçan kimi?

- Hə, ona görə ki, bilirəm onların axırını. Senvilaniyaya kimi qaz buraxacaqdın, mən də iyləyə-iyləyə gedəcəkdim?

- Nə əclaf adamsan? Mən sənin ölmüş siçan qoxulu nəcis qazını udmalıyam? Yəqin bağırsaqlarım fikirləşir ki, başımı kəsiblər. Dünən axşamçağı yediyim kartof qızartmasının üstündəyəm. Dayan, dayan. Morqland, Senvilaniya... Bu adlar mənə tanış gəlir axı...

- Ay beyinsiz, Morqland on ildi yaşadığın yerdi. Senvilaniya da fahişə Trolun vətənidi.

- Onu bilirəm, dayan, dayan... Yadıma düşür... Bu adları bir kitabda oxumuşam. Hə, hə. Bizim dialoq da elə orda yazılmışdı. Ordakı qəhrəmanlar da iki gənc yazar idi. Başa düşürsən, dostum? Onlar da taksiylə Senvilaniya adlı şəhərə gedirdilər. Eşidirsən? Onlar da Trol adlı qəhrəmanla köhnə haqq hesabı çürütməyə gedirlər.

- Məzələnirsən? Ola bilməz. Sonra nə olur?

- Gəl qayıdaq Pedro. Roman bilirsən necə bitir? Trol hər iki yazarı öldürür. Getməyək o xarabaya Pedro.

- Dayan görüm, nə çərənləyirsən? Deyirsən biz hansısa axmaq əsərin obrazlarıyıq? Pxaxa, onda sənin yazarın peşəkar deyil dostum. Sənin kimi xəstə obraz kimə lazımdı?

- Zarafat eləmirəm Pedro. Mən qayıdıram. Əsərin ikinci hissəsini oxumuşam. Birinci yəqin uşaqlığımızdı. Üçüncü hissə gələcəyimiz. Gedib o axmağı tapmaq lazımdı.

- Bu nə axmaq oyundu? Bəsdi görək. Baxdığın kinolar dəli eləyib səni.

- Sən dünən hansısa qızı pivə şüşəsiylə....

- Oman, lənətə gələsən, olub elə şey, bilirsən, mən çox içmişdim, qəfildən oldu...

- Görürsən Pedro, mən düz deyirəm. Qayıdaq. Qayıtmalıyıq. Yoxsa öləcəyik.

- Nə fərqi var axı? Dediklərin doğrudursa, əgər biz kiminsə obrazlarıyıqsa nə qədər qaçsaq da kitabın içindən çıxa bilməyəcəyik. Bu tale yazısı kimidi. O necə istəsə, necə yazsa elə olacaq.

- O bizim realda olduğumuzu bilmir. Biz kitabın içindən çıxmışıq daha.

- Bəlkə, o, istəyir sənin belə danışmağını? Bəlkə o axmaq indi oturub yazı masasında yazır sənin dediklərini? Bəlkə sən mənim düşmənimsən? Hə? O qədər romanda oxumuşam ki, dost dostu aldadır, sonra da öldürür? Necə inanım sənə?

- Xəstə, deyirəm ki, Trollun bizi öldürdüyü yerə qədər oxumuşam, belə dialoq yox idi orda. Dəqiq yadımdadı. Qayıdaq Pedro.

- Qardaş saxla maşını. Geri qayıdırıq.

- Bax, Oman. Əgər dediklərin yalan olsa, ayaqlarını qəbrinə başdaşı eləyəcəm.

- Yaxşı, razıyam. Gedək bizə, kitabı göstərim sənə. Müəllif bilmirəm kimdi. Sonra tapaq onu, işini bitirək.

Onlar Sen gölüylə üzbəüz qarğıdalı sahəsinin yanına çatanda polislər, təcili-tibbi yardım maşınları göründü. Kaortada hər gün belə hallar olur. Qarğıdalı tarlasının qarovulçuları əl-qol hərəkətləriylə polislərə nə isə izah edirdilər. Yol bağlı idi. Hər ikisi maşından düşdü, Pedro qoca qarovulçuya yaxınlaşadı:

- Nə məsələdi, əmi. Yenə nə olub?

- Gecə şikəst bir qızı zorlayıblar. Səsə gəldik biz də. Balıqçı Tedin daxmasında. İki nəfər idi. Qaçdılar.

# 2919 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #