writer1

Ömər Xəyyam

Məqalə sayı

42
clock16:06 calendar-gray 08 İyul 2015 view-gray1689 dəfə oxunub
view-gray1689 dəfə oxunub

Seksual xoşbəxtlik hormonu

Kişilər seks istəyir, ona görə sevgini təsvir edir. Qadınlar sevgi istəyir deyə, ona görə seksi təsvir edir. Biz heç birimiz sevgidən yaranmamışıq, sevginin yataq otağı olmur. Çoxumuz qohum-əqrəbanın valideyinlərimizə “bi şey - mi şey çıxır?” sualından yaranmışıq.

Müəllifdən

Ta qədimdən şairlər camaatın balalarını aldatmaqla məşğul olub. Tez-tez üzünə təzə-təzə civzələr çıxan qızların sevgi şeirləri oxuyub mənəvi orqazm yaşamaqlarına şahid oluruq. İndi də sosial şəbəkələrdə “səni özümdən çox sevirəm”, “Sevgi - bir daha ölməməkdir” - kimi statuslar yazılmaqda... Zərif cinslilərin sevə-sevə, ağlaya-ağlaya oxuduqları bu şeirlər həyat həqiqətləriylə rastlaşandan sonra, evdə çaynikaltı vəzifəsini icra edir. Yağışlı havalarda sevgilisini düşünən qadın fantaziyaları evləndikdən sonra ildırım çaxan kimi qaçıb paltar ipindən həyat yoldaşının alt paltarlarını yığanda suya düşür.

Hələ də dərk etməmişik ki, adını sevgi qoyduğumuz zad hissdir, yoxsa bioloji tələbat.

Biz həqiqətən, sevirik? Yoxsa bu da növbəti illüziyadır?

Kişi istənilən qadınla xoşbəxt ola bilər, əsas odur ki, ona aşiq olmasın.

Sevgidən tutmuş nifrətə qədər bütün emosional hallarının izahını verən elm bunu beyində baş verən biokimyəvi aktivliyin nəticəsi hesab edir. Hətta 2007-ci ildə Bostonda açılmış tanışlıq agentliyi ora müraciət edənlərdən şəkil və şəxsi keyfiyyətlər tələb etmir. Onlar üçün sadəcə sidik və qan analizi kifayətdir. Vəd edirlər ki, mikrobioloji analizlər nəticəsində sizə əks cinsdən olan elə potensial sevgili tapa bilərlər ki, onunla 100 faiz xoşbəxt ola bilərsiniz.

Əks cinsi görən fərdlərin limbik sistemi (Bu sistem hisslərdən məsuliyyət daşıyır. Məməlilərin sürünənlərə nisbətən balalarını daha çox sevməsi və qayğı göstərməsi, onlarda limbik sistemin sürünənlərə nisbətən daha çox inkişaf etdiyinin nəticəsidir. Limbik sistem olmasaydı, insan davranışları dəniz tısbağalarından fərqlənməzdi) fəaliyyətə keçir və qana adrenalin ifrazını təmin edir. Bunun nəticəsində ürək döyüntüsü artır və sifət qızarmağa başlayır. Bu digər cinsdən olan fərd üçün bir növ siqnaldı. Daha sonra testesteron (kişi cinsiyyət hormonu) ifrazı artır. Testesteron tərlə çölə çıxır və bu zaman angesterona çevrilir. Angesteron dəri səthində olan bakteriyalar tərəfindən mənimsənilir və xüsusi qaz ifraz edirlər. Hər insanın bakteriya fonu fərqli olduğu üçün ifraz olunan qazın da özünəməxsus qoxu fərqi olur. Bu qoxu sırf əks cinsin marağını cəlb etmək üçün ifraz olunur. Əgər bu qoxu əks cinsdə xoş təəssüratlar yaradırsa bu özünün də limbik sistemini işə salır. Daha sonrakı proseslər sırf nəsil artırma məqsədinə qulluq edir. Baş verən bütün proseslər sırf təkamülün tələbi ilə növbəti nəslin formalaşmasına xidmət edir. Aparılan araşdırmalar göstərir ki, hər iki cins seks istəyir deyə, bunu sevgi kimi təsvir edir. Çünki kişilərin və qadınların sevə biləcəyi tiplər sistematk olaraq məlumdur. Kişilərin əksəriyyəti bel və omba nisbəti 3:4 olan xanımları fiziki olaraq daha cazibədar hesab edirlər. Eyni zamanda cazibədarlıq kriteriyasına dolğun saçlar, dodaqlar, simmetrik üz qruluşu, sıx qaşlar və döşlər daxildir. Bu kişi üçün potensial olaraq daha yaxşı və sağlam nəsil yaranma imkanının olmasını göstərir. Kişilər bunu instinktiv olaraq duyurlar. Eyni şey qadınlara da aiddir. Qadınlar daha çox əzələli, uzun boylu, enli kürəkli, böyük sinəli, möhkəm qollu və özündən arxayın kişiləri cəlbedici hesab edirlər. Bu da eyni zamanda qadın üçün instinktiv olaraq sağlam nəslin yetişmə ehtimalına işarədir. Qadınların da, kişilərin də zövqləri daş dövründə necəydisə elə də qalıb. Bu gün üçün yeganə dəyişən şey libaslar, onların markalarıdır.

Elmi baxımdan təsdiqlənib ki, sevgililərdə serotonin hormonu (sevinc hormonu) ifrazı artır. Bu hormonun xüsusiliyi ondandır ki, yalnız sevdiyi şəxsi vizual olaraq görən adamlarda formalaşır. Sevgilinizi görürsünüz, bədəniniz serotonin bolluğuna düşür. Sevgilinizi görmürsünüz və ya səsini eşitmirsizsə onun ifrazı dayanır. Bədəninizdə serotonin aclığı yaranır. Sevgiliniz sizin üçün bir növ doza rolunu oynayır. Hər şey əvvəldə qeyd etdiyim kimi beyin səviyyəsində biokimyəvi balansın dəyişməsiylə baş verir. Sevgi deyilən hadisə sırf olaraq limbik sistem, hipotalamus (ön beyin) və hipofizin (bu hormon cinsiyyət üzvlərinin diferensasiyasını stimulə edir) yaratdığı hormonal kokteyllər əsasında formalaşır.

Sevginin bu cür materiallaşa bilməsi və izaha yatımlı olması sizin üçün ümumi sevgi dəyərində ucuzlaşma hissi yaratmır ki?

Bütün bu əlaqələrdə əsas faktorun beyin amilinin olması və sırf təkamülün nəsil artırma prosesi ilə əlaqədar olması, “sevginin” bir müddətdən sonra yoxa çıxması reallığını təsdiqləyir. Bəzi alimlərin fikrincə 18-30 ay sonra, bəzilərinin fikrincə 3 il, bəzilərinin fikrincə isə 4 il sonra yoxa çıxır. Müddətlərin bir qədər fərqli olmasına baxmayaraq ortaq nəticə sevginin tükənməsidir. Bu kişilərin poliqam (yuxardakıların izahını mən verdim, bunları da siz əziyyət çəkib tapın) olması ilə bağlıdır. Qadınların kişiləri şorgöz adlandırması əslində onların genetik olaraq bu cür kodlaşdırılmasındandır. Belə ki, kişilər mümkün qədər daha çox nəsil törətmək üçün daim yeni əks cins axtarışında olur. Kişiləri daim cavan qızların cəlb etməsinin əsas səbəbi də keyfiyyətli və sağlam nəsil yaratma instinkti olaraq qalır. Digər təsdiqlənmiş faktlardan biri də feromonlardır. Kişi və qadınların ifraz elədikləri seksual cəlbedici dəmir birləşməli maddələr. Məsələn, heyvan vəzlərindən əldə olunan feromonlarla hazırlanan ətirlər həmişə əks cinsi cəlb edir. Onda beyninin cinsi orqanları və sevgi hissini idarə edən beyin mərkəzlərini aktivləşdirir. Biomexaniki təsir nəticəsində insanın instinktiv robotlaşması prosesi.

Bunları deməkdə əsas məqsədim sizləri öz yarlarınızdan ayırmaq deyil. Kişilər poliqam olsa da hamımız bilirik sizin sevdiyiniz şəxs monoqamdır. Çünki siz belə olmasını çox istəyirsiniz.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021
Əfqanıstanla mədəni əlaqələr qurulur: Nazir səfirlə görüşüb
10:17 09 Aprel 2021