news-inner
clock10:51 calendar-gray 06 İyul 2015 view-gray214 dəfə oxunub
view-gray214 dəfə oxunub

Tehran Əlişanoğlunun yanaşması düzgün deyil - REAKSİYA

Yazıçılar Rasim Qaraca və Zümrüd Yağmur tənqidçi Tehran Əlişanoğlunun Kulisdə yayımlanan “Mənim cəmiyyətimin yazılan romanları” məqaləsində onlar haqqında yazdığı fikirlərə münasibət bildirib. Yazıçıların fikirlərini təqdim edirik.

Rasim Qaraca

- Tehran bəyin romanım haqqında bəzi müşahidələri düzgündür. Təəssüf ki, qısadır. Nisbətən geniş izah etsə minnətdar olaram. Amma bəzi dəqiqləşdirmələrə ehtiyac var. Əsərdə Qarabağ müharibəsi kompozisiya elementidir. Müharibə təsvirləri demək olar ki, yoxdur. Çünki məqsəd bu deyil. Daha çox savaşöncəsi hadisələr, o dövr gəncliyinin xarakteri göstərilməyə çalışılıb. Müharibə dolayısıyla var: savaşanlar qaniçən vəhşilər deyil, sadəlövh rayon uşaqlarıdır, bəzilərinin seksual təcrübəsi heç yoxdur. Və şəhid olmuş 20 min gəncin əksəriyyəti belə olub. Tehran bəyin tənqidçi yanaşması düzgün deyil: mən heç kəsə müharibə mövzusunda yazacağıma söz verməmişəm, yazıçıya belə bir öhdəlik də verilə bilməz. Yazılan əsərdən yola çıxılmalıdır. Müəllif nə demək istəyib, onun hədəfi nədir, - tənqidçinin yox, - budur önəmli olan.

Zümrüd Yağmur

- Məqaləsində tənqidçi romanları tipə bölür və iddia edir ki, “üçüncü tip və səviyyəni isə eləcə “roman”lar, sözün utilitar mənasında “kiminsə romanı”, öz həyat materialı, yaxud başına gələnlər fonunda cəmiyyət mənzərəsini fiksə etmək, romanlaşdırmaq cəhdləri təmsil edir. Tənqidçi romanları tiplərə bölərkən məni də bu bölümə aid etməsi etik deyil. Müraciət etdiyim mövzular oxuculara bəllidir və bu ciddi mövzuları adi məişət mövzuları il eyniləşdirməyə cəhd edib məni məişət yazarı səviyyəsinə endirmək tənqidçinin obyektivliyinə kölgə salır və kənardan bunu izləmək tənqidçi adına xoş deyil.

Tənqidçi bədii əsərlə bağlı mülahizələrini ifadə edərkən məncə ilk növbədə əsərin mahiyyətini təhrif edib öz təsəvvüründə yaratdığı ilüstrasiyanı əsərin məzmunu, süjeti kimi təqdim etməməlidir. Tehran bəyin tənqidi fikirləri əsərin mahiyyətini və qayəni tuta bilmədiyi üçün daha çox reallığı nəzərə almayan subyektiv baxış təsiri bağışlayır. İlk növbədə ona görə ki, “Yağış qadın”da tənqidçinin iddia etdiyi kimi, roman qəhrəmanı heç də müharibə əleyhinə deklarativ bəyanatlarla oxucunun dialoq imkanlarını məhdudlaşdırmır. Əksinə, müharibə süjet şəklində deyil, daha çox yaratdığı fəsadlar, gətirdiyi sosial-mənəvi sarsıntılarla təqdim olunur və müharibənin faciəvi övladları bir əsrlik mənəvi iztirablar üzərindən oxucu ilə dərdləşir.

Əgər tənqidçi bunu görə bilməyibsə və ya görmək istəmirsə, o zaman inkarçılıq da doğru yanaşma deyil. Daha sonra tənqidçi romanda əsirlik həyatının qrotesk səhnələrinin qabardılmasını da uğurlu hesab etmir. Əslində, qrotesk anlayışı tənqidçi tərəfindən yersiz gündəmə gətirilir və əsərdə daha çox əsirlik həyatını yaşayanların çəkdiyi əzabların qroteks səhnəsi deyil, psixoloji təqdimatı əks olunur.

Tehran bəyin başqa bir iddiası budur ki, “bürokratları lənətləmə əsərdə yalnız emosional qəzəb, qəhrəmanın deklarativ nifrəti səviyyəsində qalıb, hadisə-süjet planında az qala yoxdur.” Təəssüf ki, tənqidçi əsərin inkarçılığı üzərində o qədər fokuslaşıb ki, əsərin qəhrəmanının erməni əsirliyindən sonra Bakıda yaşadığı iztirabların məhz sosial ədalətsizliyin nəticəsi kimi təqdimatını görə bilməyib.

Tənqidçi əsəri elə qələmə verir ki, sanki roman qadın hekayəsidir. Halbuki, əsərdə müharibədə qadın olmağın acısı bir əsrlik dönəm axarında, konkret şəxslərin, nəsillərin davam edən faciəsi şəklində təqdim edilib.

Düşünürəm ki, Tehran müəllimin tənqidi əsərin məğzi və bədii dəyəri ilə uyğun gəlməyən subyektiv, bir qədər də havadan götürülən mülahizələrin mexaniki toplusudur.

Oxşar xəbərlər

Xəbər lenti

“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020
Azərbaycandakı dini rəhbərlər dağıdılan abidələrimizlə bağlı bəyanat verib
17:33 24 Noyabr 2020
Ermənilərin "əl gəzdirdiyi" Əsgəran qalası
17:05 24 Noyabr 2020
48-ci Beynəlxalq "Emmi" mükafatının qalibləri açıqlandı
16:23 24 Noyabr 2020
İbrahim İlyaslının yeni kitabı nəşr edildi - Foto
15:57 24 Noyabr 2020
Rəssamlar İttifaqı beynəlxalq müsabiqə elan etdi
15:21 24 Noyabr 2020
Rus qadınla gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı– Kinomuzun Əhmədinin faciəvi həyatı
14:42 24 Noyabr 2020
Ağam şəhərim! Adam şəhərim! - Qulu Ağsəsdən Ağdam şeiri
14:01 24 Noyabr 2020
Məsciddə çəkilən fotoda ən incə məqam
13:16 24 Noyabr 2020
Sosial media mütəxəssisi: “Laykdan asılı vəziyyətə düşmək xəstəlikdir” – Müsahibə
12:40 24 Noyabr 2020
Muğam Mərkəzindən növbəti təqdimat
12:05 24 Noyabr 2020
Tanınmış həkimdən koronavirus xəbərdarlığı: “Vəziyyət çətindir”
11:35 24 Noyabr 2020
Boşana bilmirəm, nə edim? – Fəridə yazır...
11:04 24 Noyabr 2020
Serbiyada Üzeyir bəyin xatirəsi anıldı - Foto
10:30 24 Noyabr 2020
Xanımını əmisi oğlu ilə tutdu, baltalamaq istədi – Şukşinin hekayəsi – Dilimizdə ilk dəfə
09:01 24 Noyabr 2020
Fikircil – Rafiq Tağıdan hekayə
21:00 23 Noyabr 2020
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar
20:00 23 Noyabr 2020