“Hansı yazıçımız həmin naşirlərə öz kitablarını satmaq istədi, alınmadı?”

“Hansı yazıçımız həmin naşirlərə öz kitablarını satmaq istədi, alınmadı?”
1 iyul 2015
# 12:00

Kulis “Blitz müsahibə” layihəsindən şair Fərif Hüseynin cavablarını təqdim edir.

- Azərbaycan ədəbiyyatının ən mühüm nəsr əsəri sizcə hansıdır və niyə?

- Dünyaya çıxarılsa maraqlı olacağını düşündüyüm bir neçə əsər var. Onlardan biri də “Macal”dır. “Macal” 40 il əvvəl yazılsa da, bugünkü dünyanın böyük bəlalarından birini – vaxt çatışmazlığının fəlsəfəsini açdı. Xəbərdar elədi ki, “özünlə görüşə”, dərdləşməyə, haqq-hesab çürütməyə də vaxtımız qalmayacaq. Bu gün sosial şəbəkələr və informasiya əsri məhz insanın “özüylə görüş”, ömrünü özünə sərf etmək məsələsini bir az da çətinləşdirir, yazıçının ideyası bu kontekstdə bir az da dünyəviləşir, proqnozu qloballaşan dünyada getdikcə özünü daha da doğruldur. “Macal”da insan ömrü barədə cahanşümul gerçəklik açılır: “Ömür verilib, ancaq yaşamağa vaxt yoxdur”. Bu bataqlığın daha dərin olduğunu düşünsək, bir qan qaraldan məqam da yadımıza düşər: bugünkü fuadlar nə vaxtsa iclası atıb balıqların suyunu dəyişməyə gələcəklərmi, buna onların macalı və gücləri olacaqmı?...

- Özünüzü hansı milli və xarici yazıçının davamçısı sayırsınız?

- Mən özümü şair, esseist hesab etdiyimə görə yazıçı idealım, ardıcılı saydığım nasir yoxdur. Ancaq şair kimi indiki halda Nizami Gəncəvi, esseist kimi Mişel Montenin yaradıcılıq taleyini yaşamaq istərdim və onların bir çox düşüncələri mənə hədsiz doğmadır.

- Ölkəmizdə ədəbiyyata olan münasibət sizi narahat edirmi?

- Ədəbiyyata olan münasibətdən narahat və narazıyam. Ümumiyyətlə, kitaba marağın bu cür aşağı səviyyədə olmasını birbaşa yarıtmaz təhsillə bağlı olduğunu demişəm və fikrimdə də qalıram. Zənnimcə, kitabın cəmiyyətə qaytarılması üçün əhatəli dövlət proqramı hazırlanmalıdır. Mətbuat kitabı təbliğ edən yeganə və yeri gələndə gücsüz mexanizmə çevrilməməlidir.

- Sizcə Azərbaycan yazıçıları dünyaya çıxmaq üçün nə etməlidir?

- Biz qələm adamlarında belə bir tənbəl fikir var: “xaricidəki güclü, böyük nəşriyyatlar pulla kitab çap eləmir, gərək əsərini bəyənələr”. Tam mənada belə deyil. Pulunu versən elə qəşəng çap edərlər, lap ayağının altında mələməmiş quzu da kəsərlər, satarlar da, təqdimat da edərlər, yayarlar da. Sadəcə kimlərsə ardıcıl məşğul olmalıdır, getməlidir, gəlməlidir, bu işlərin arxasına düşməlidir. Yaxşı əsərlərə sərmayə yatırılsa, mütləq uğurun olacağına şəkkim yoxdur.

London Kitab Sərgisində dünyanın ən nəhəng poliqrafiya birliklərindən biri olan “Penguin” nəşriyyatı hər il 3 gün naşirlər, redaktorlar və kitabını onlara satmaq istəyən yazarlarla görüş keçirir. Yazıçılar gəlib naşirə kitablarını satırlar, saatlarla müəllifi olduqları əsər haqqında söhbət edirlər. Bizim hansı yazıçımız əsərini ingilis dilinə tərcümə etdirib ora gedib həmin naşirlərə öz kitablarını satmaq istədi, alınmadı? Hər necəsə çalışmaq lazımdır.

- İnternetin kütləviləşməsi ədəbiyyata necə təsir edir?

- İnternetin kütləviləşməsinin ədəbiyyata xeyri çoxdur. Ancaq qorxulu odur ki, sosial şəbəkələrin meyarı ədəbiyyatın meyarına çevrilə...

# 2977 dəfə oxunub

Oxşar xəbərlər

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

15:00 19 fevral 2026
“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

11:30 18 fevral 2026
Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara  xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

12:00 17 fevral 2026
Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər