news-inner
clock09:00 calendar-gray 13 İyun 2015 view-gray267 dəfə oxunub
view-gray267 dəfə oxunub

Filmə görə səsvermə hüququndan məhrum olunan rejissor

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində italyan rejissoru Bernardo Bertoluççinin “Parisdə son tanqo” filmini təqdim edir.

Süjet: Polun (Marlon Brando) arvadı naməlum səbəblərdən intihar edir. Ümidsizliyə qapılmış Pol təsadüfən küçədə rastlaşdığı qadına Jannaya (Mariya Şnayder) vurulur.

Qadın kişi ilə münasibətlərində dəqiqlik istəyir. Onunla münasibəti saxlamaq üçün isə kişi dəyişməlidir. Cəmiyyətdə hamı kimi yaşamalı, sosial maska geyməli, yalan danışmalı, cəmiyyətin vərdiş etdiyi oyun qaydalarına uyğunlaşmalıdır. Bütün bunları isə kişi qəbul etmək istəmir, dəyişməyi özünə xəyanət kimi qəbul edir.

1972-ci ildə çəkilən filmin mərkəzində mahiyyətcə qiyamçı insan dayanır. Nəyisə dəyişmək, klişelerdən qurtulmaq istəyən, toplumun qaydaları ilə yaşamaq istəməyən insan.

Bəziləri filmi burjuaziyaya qarşı yönəlmiş hesab edir. Amma film bəlli təbəqənin, bəlli dəyərlərin hədəfə almaq çərçivələrindən kənara çıxır, o, qlobal, ekzistensial bir şeydən danışır: fərdin dünyanın mahiyyətinə, Tanrıya qarşı qiyamından, insan varoluşunun mənasızlığından.

Polun ona xəyanət edən, yalan danışan və sonra hansısa səbəbdən özünü öldürən arvadını maskalanmış cəmiyyətin metaforu kimi də tərif etmək olar.

Maskalanmış toplum Polu qiyamçıya çevirir, o, cəmiyyətlə təmasda olmaq istəmir, mənzilinin qapısının arxasındakı hər şey onun üçün zir-zibil, tullantıdır.

Dünya, keçmiş və gələcək onu maraqlandırmır, o sevişdiyi qadının adını, kim olduğunu, hardan gəldiyini də bilmək istəmir. Ailə, din onun üçün riyakarlığın mənbəyidir.

Hətta mənzilində belə dünyadan gizlənmək üçün künc axtaran Pol deyir: “Mən dünya haqda heç nə eşitmək, onu tanımaq istəmirəm. Ona nifrət edirəm, o, pisdir”.

Ehkamlara qarşı maksimalist davranan Pol makiyajsız, natural həyat istəyir. Janna isə radikal dəyişikliyə hazır deyil. Və sonadək Polla birgə olmağa nəfəsi çatmır. Bu isə Polun ölümü ilə nəticələnir.

Brando obrazın tənhalığını, əvvəlcədən məğlubiyyətə məhkum olduğunu dərk edən insanın əlacsızlığını fiziki ağrı səviyyəsində göstərir.

Brandoya filmin nə haqda olması sualı ünvanlananda o “həyat və əzab haqda” cavabını vermişdi.

Filmin maraqlı səhnələrindən biri restoranda tanqo yarışçılarına Pol və Jannanın da qoşulmasıdır.

Onların rəqsi tanqonun qaydalarına tamamilə ziddir: Pol Jannanı belinə alır, yerlə sürünürlər, uzanırlar - bununla da özlərinin ruhi vəziyyətlərini ifadə edirlər.

Bertoluççinin sözlərinə görə, filmin ideyası onun seksual fantaziyalarından – öz arzularının qadınına küçədə rast gəlmək və onun adını bilmədən sevişmək istəyindən doğub.

“Parisdə son tanqo” açıq-saçıq sayılan səhnələrinə görə ötən əsrin ən qalmaqallı ekran əsərlərindən sayılır. Məşhur epizodlardan birində Pol zorla Jannanın arxasına kərə yağı sürtür.

Sonralar Şnayder müsahibəsində demişdi ki, məlum səhnənin çəkilişi zamanı o özünü alçalmış hiss etmiş və 2011- ci ildə xərçəng xəstəliyindən ölən aktrisa ömrünün sonuna kimi kərə yağı yeməmişdi.

Çəkilişlərdən sonra zorlanmış adamın hissini yaşadığını deyən Brando isə uzun müddət Bertoluççi ilə danışmadı.

1970-ci illərdə pornoqrafik elementlərdən dolayı filmə keçmiş Sovetlər Birliyində və Avropanın bəzi ölkələrində qadağa qoyulmuşdu.

İş o yerə çatmışdı ki, İtaliya məhkəməsi rejissoru pornoqrafiyanı yaymaqda ittiham edərək ona iki aylıq həbs cəzası verdi. Üstəlik, beş il seçkilərdə səsvermədən məhrum etdi.

Jannanın nişanlısı, rejissor Tom obrazı fransız “Yeni dalğa”nın ideoloqlarından biri Fransua Trüffoya parodiyadır.

Dahi İsveç rejissoru İngmar Berqmana görə, rejissor əhvalatı iki homoseksualın münasibəti üzərində qurulsaydı filmin mənası olardı. Bertoluççi deyib ki, bu tənqidi haqlı sayır, çünki ssenarinin alternativ variantlarından birində belə ideya vardı.

Oxşar xəbərlər

Xəbər lenti

Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
10:05 08 May 2021
2021-ci ilin “Oskar” saxtakarlığı – Sevda Sultanovadan sərt tənqid
09:00 08 May 2021
Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021
Sabir Rüstəmxanlıdan təsirli sözlər: “Əlvida, əziz qardaş!”
18:08 07 May 2021
Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
17:46 07 May 2021
“Buynuzdan yazanda kəndi işğal olunan şairlərdən utanırdım” - Musa Yaqubun son müsahibəsi
17:15 07 May 2021
Musa Yaqubun dəfn olunacağı yer bəlli oldu
16:39 07 May 2021
Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
16:12 07 May 2021
Musa Yaqub vəfat etdi
15:35 07 May 2021
Erməni ilə yeyib-içən Mirişin faciəvi aqibəti – Yeni hekayə
15:21 07 May 2021
“Digitalart-lab” layihəsi mayın sonunadək davam edəcək
14:37 07 May 2021
Xalq artisti Arif Quliyev dəfn olundu - Fotolar
13:49 07 May 2021
“Min bir gecə” baleti beynəlxalq festivalda nümayiş olunacaq
13:09 07 May 2021
Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi, soyadı olmadığı üçün pionerə keçirmədilər - On doqquz “ana”sı tapılan Arif Quliyevin dəhşətli həyatı
12:14 07 May 2021
Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız
11:37 07 May 2021
Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn
10:54 07 May 2021
Faiq Ağayev Arif Quliyevdən yazdı - Foto
10:17 07 May 2021
Müharibə futbol kimidir - Cəbrayıl Dövlətzadə haqqında roman
09:00 07 May 2021
Arif Quliyev vəfat etdi
01:53 07 May 2021
“Karlson” tamaşası onlayn göstəriləcək
19:00 06 May 2021