news-inner
clock16:24 calendar-gray 09 İyun 2015 view-gray442 dəfə oxunub
view-gray442 dəfə oxunub

Roman olmaq istəyən hekayələr

“- Başa düşmüşəm ki, başqalarını tənqid etmək, əslində, insanın özünü tənqid etməsidir. Yəni sən bir adamı tənqid edəndə onun kimi olmaq istəmədiyini göstərirsən. Sən onun kimi olmaqdan qorxduğun üçün tənqid edirsən. Əslində, sən öz qorxunu tənqid edirsən. Bu qorxunu yenməlisən, onun kimi olmamaq üçün özünü tərbiyə etməlisən. Başa düşməlisən ki, sən onu yox, potensial özünü tənqid edirsən

- Sən də iki kəlmə söz deyirsən, sonra soxub gedirsən e.

- İçək...”

Qan Turalı

Bu yazını Bethovenin 9-cu simfoniyasını dinləyərək yazıram.

Ədəbiyyatın heç bir qaydası yoxdu. Ədəbiyyat dünyanın yenidən dərk olunması və o dahinin də dediyi kimi cəmiyyəti yox, fərdləri xilas eləyə biləcək gücdür. Ədəbiyyatda qayda məhz qaydasızlıqdı. Beqafıl saqqalı-saçı ağ, yazı-pozuyla həşr-nəşr olan bir növcavan ucadan irad eləyir ki, bəs filan hekayədə hadisə tamamlanmayıb, yarımçıq qalıb və bu da qaydalara ziddir. Ay allahsız, bir gözünü aç bax da bu işıqlı dünyaya, görə bilmirsən qulağını farağat tut. O qədər adam tanıyıram ki, real həyat hekayəsi tamamlanmayıb.

Uzunçuluq elədiyimin fərqindəyəm. Qoy, bunu da deyim keçək mətləbə (Mətləb xüsusi isim deyil ha - müəl.). Qız deyir ki, oğlana - mən səni sevirəm, oğlan da qayıdır ki, yox, mən daha çox sevirəm. Bunu eşidən qız dodaqlarını “selfie çəkməyə hazır” vəziyyətinə gətirərək - yox eey, mən daha çox sevirəm, lap yekə çox - deyir. Oğlan dəli olur. Qayıdır ki, mən səni lap, lap, lap yekə çox istəyirəm. Nə başıvızı ağrıdım söhbət uzanıb gedir o yerə ki, istəklər binalarla, çaylarla müqayisə olunur. Sonra qızla-oğlan dalaşır və hərə öz evinin yolunu tutur.

Qan Turalı intellektinə, istedadına paxıllıq etdiyim adamdı. Güclü ironiya hissi yaradıcılığında da özünü əks etdirir. Aşağı- yuxarı istər qlobal məsələlər olsun, istər yerli məişət hadisələri haqqında eyni düşünürük. O da bəşəriyyətin xilasına inanır, mən də. Hətta ikimiz də muğamın lazımsız musiqi olduğunu fikirləşirik.

“9 Hekayə” kitabını 47 dəqiqəyə oxudum.

Kitabın üz qabığı çox əladı, arxasını bəyənmədim.

Rafiq Tağıya ithaf olunması təqdirə layiqdir.

Bu şəhər əfsanələri kitabına yeddi hekayə, bir pyes və bir povest daxildir.

“O qız və o oğlanın hekayəsi”

Çox xoşuma gəldi. Hətta, hekayənin strukturu hadisədən daha maraqlıdı. Gülay adında bir qızın sevgi əhvalatıdı. Hekayədəki Sevil obrazını “o oğlana” ərə verməklə əla tamamlayıb. Gülay sosial şəbəkələrdə “kütləvi seks çatışmazlığı” sindromundan əziyyət çəkənlərin məzə obyektinə çevrilir, sonra estetik əməliyyat elətdirir və sıfırdan başlayır. Yaşadıqlarından dolayı dünyaya uşaq gətirmək istəmir. O sonda qəbul edir ki, kədər daha səmimi , sevinc isə bayağıdır və tək doğru yalanın özüdür.

Rüstəm Behrudi bənzətməsini bəyənmədim. Ümumiyyətlə məşhurların adlarından istifadə olunmasını qəbul etmirəm hekayədə.

Vaxtın olanda Mətləb müəllim obrazıyla tanış eləyərsən məni.

“Şahmat məktəbinin direktoru”

“Hər bir öz yerinə oynayırdı, mən isə fikrimdə ikisinin də yerinə”

Əla hekayədi. Şahmat məktəbinin direktoru qaliblərə ayrılan pulların əvəzində onlara su atan tapança, şahmat verir. Maraqlı odu ki, direktor özü şahmat oynaya bilmir. Təsadüfən hekayənin qəhrəmanı məktəbli prokurorluqdan gələn qonaqların suallarını cavablandırmalı olur və bilmədən şahmat məktəbinin direktorunu ələ verir. Sonradan bunun əzabını çəkir. İllər sonra direktorla çayxanada rastlaşır və direktor onu tanımır. Hətta məlum olur ki , Namiq müəllim şahmatı öyrənib və qəhrəmanımıza mat verir.

“Şahmata görə başım çox bəla çəkib. Özü də bu bəlaya düşəndən sonra şahmat oynamağı öyrənmişəm” - deyir.

Amma və lakin sonrakı peşmançılıq fayda verməz.

“Şaxta babanın qətli”

“Cehiz xalçama qan damırdı, elə o xalçanın üstündə öldüm”

Möhtəşəm strukturlu hekayədi. Bizim ədəbiyyatda belə hekayə formasına rast gəlməmişəm.

Buna “Raşomon effekti” deyilir. 1915-ci də Akutaqavanın hekayələr kitabının adı da beləydi. 1950-də Kurasava bu hekayələrdən istifadə edərək “Raşomon” filmini çəkdi. Bu eyni hadisənin müxtəlif dillərdən danışılmasıdı. Turalın hekayədə məharətlə bundan istifadə eləyib və gözəl hekayə alınıb.

“Bir-birini sevməkdən qorxan iki adamın hekayəsi”

“Bizi elə bu gözəl havalar məhv etmədimi...”

Forma olarq çox əladı. Bir yazıçı dostuna yazacağı hekayənin məzmununu danışır. Əslində bir-birini sevən iki insanın hisslərini çatdırmaq istəyir müəllif. Çox da uğurlu alınmayıb. Forma gözəldi, maraqlıdı. Qızla oğlanın yazışması, ordakı cümlələrin adiliyi formanı öldürür, məncə.

“Darıxanlar”

“Əmək insanı özgələşdirir”

Sinif yoldaşı olmuş iki gəncin söhbətidi. Biri iqtisadiyyat müəllimidi, biri də bankda kassir. Dialoqlar çox xoşuma gəldi. Qısa, konkret. Həyatın reallıqlarını əks etdirən hekayədi. Yaşamağa vaxtı olmayan iki gəncin səmimi dialoqu əsasında yazılmış hekayəni çox bəyəndim.

“Kafka”

“Sən də iki kəlmə söz deyirsən, sonra soxub gedirsən e.”

Ən çox bəyəndiyim hekayə bu oldu. İki dostun içki süfrəsində sağlıqları əsasında yazılıb.

“İçək, nə olsun Kafkanın evinin qabağında deyilik. Bu kafeylə üzbəüz binada da özünə görə oğlanlar olur da...”

Bu hekayə son dövrlər yerli ədəbiyyatda oxuduğum ən gözəl hekayə oldu. Dialoqlar, dialoqlarda sətiraltı mesajlar... Müəllifin bəlkə də ən uğurlu hekayəsidi.

“Çılğınlar”

“Darıxan qadından niyə darıxdığını soruşmazlar”

Sevimli rejissorum Lar Fon Trierə ithaf olunmuş bu hekayə iki çılğın gəncin “o günü” xatırlayaraq uzun aradan sonra görüş səhnəsiylə başlayır. Məlum olur ki, illər keçsə də qadın evlənməyib. Qırx yaşlı bu qadını əslin də kişi də heç zaman unutmayıb- yağışdan sonra ağac qoxusuyla xatırlayır. Bu iki nəfəri daha çox çılğınlıqları birləşdirir. İllərdən sonra ilk dəfə Ayın şahidliyilə öpüşürlər. Triervari bir hekayədi. Xoşuma gəldi.

Kişi obrazın adını bəyənmədim. Oturmayıb elə bil- Gündüz... Yox bir, Cahangir.

“Füzulinin qayıdışı” - alternativ komediya, pyes

İdeya əladı. İşlənmiş mövzu olsa da, müəllifin dediyi kimi “qayıdış janrın”da çox mətnlər var. Di gəl ki, pyes kimi alınmadığını düşünürəm. Yaxşı hekayə çıxara bilərdi bu ideyadan. Tələskənlik hiss olunur. İdeya olaraq bəyənsəm də, mətn olaraq zəifdi məncə, uğurlu alınmayıb.

“Prokurorun üç günü” - povest

Bu povest “detektivə ironiya janrı”nda yazılıb demək olar. Maraqlıdı, xoşuma gəldi. Uğurlu alınıb. İçərisində maraqlı faktlar, əla gedişlər var.

Qan Tural özü də dediyi kimi zamanın ruhunu hiss edib, nəbzini tutub. Hekayələrin sadə dili, forması, məzmunu birbaşa zamana hesablanıb. Bu kitabı həyat qədər sadə, bir o qədər də maraqlıdır. Bu söz yadımdadı : “Hər məzmun öz formasını doğurur. Bir ideya hekayə olmaq istəyir, digəri roman”. Əslində Turaldakı ideyalar roman olmaq istəyir.

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış şairə vəfat etdi
21:10 26 Noyabr 2020
Pənahəli xanın dağıdılmış imarəti
18:37 26 Noyabr 2020
Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
17:49 26 Noyabr 2020
Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
17:01 26 Noyabr 2020
Döyüşçü oğlunu ağladan səbəb - Hekayə
16:17 26 Noyabr 2020
“Qarabağ”ın Qarabağ qələbəsi – Ulucay yazır...
15:34 26 Noyabr 2020
İstedadı ilə hamını heyrətləndirən, iki dəqiqəyə qızların sevimlisinə çevrilən, gənc yaşında “yüksək doza”dan ölən azərbaycanlı şair – Maraqlı faktlar
14:53 26 Noyabr 2020
"Can Azərbaycan" adlı müsabiqə elan olundu
14:10 26 Noyabr 2020
Qəriblik - Əli Şirindən şeir-esse
13:32 26 Noyabr 2020
Xalq artistindən sürpriz Şuşa açıqlaması
12:53 26 Noyabr 2020
Cavanşir Quliyev: "Bakıda lazım olduğuma əmin deyiləm" - Müsahibə
12:11 26 Noyabr 2020
Əməkdar artist vəfat etdi
11:39 26 Noyabr 2020
Aqşindən Seymur Baycana reaksiya: "Onu oxumuram"
11:09 26 Noyabr 2020
Xəlil Rza Ulutürkün bacısı dünyasını dəyişdi
10:17 26 Noyabr 2020
Maradonanın ən böyük peşmanlığı - Ayxan Ayvaz yazır...
10:00 26 Noyabr 2020
Bombardmandan Azərbaycan bayrağını çıxaran gəncəli Xəyyam: “Gördüm, qızımın başından qan axır”
09:00 26 Noyabr 2020
İşğaldan azad olunan 700 yaşlı abidəmiz
18:52 25 Noyabr 2020
“Can Qarabağ” deyən uşaqlar
18:10 25 Noyabr 2020
Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə
17:29 25 Noyabr 2020
Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq
16:49 25 Noyabr 2020