writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock10:51 calendar-gray 01 İyun 2015 view-gray365 dəfə oxunub
view-gray365 dəfə oxunub

Uşaqları öldürən güllələr

Bu ikiüzlü və saxtakar dünyada nə yaxşı körpələr, körpə təbəssümü var. Yoxsa həyatın nə qədər ağır və sıxıntılı ola biləcəyini təsəvvür etmək belə çətindir. Küçədə, avtobusda, metroda, bir sözlə qarşıma çıxan hər yerdə körpələrin üzünə təbəssümlə baxmağı, onlarla oynamağı, onları güldürməyi çox sevirəm. Uşaqlardan hər zaman pozitiv enerji alıram və bu enerji mənə yaşamaq üçün stimul verir. Ən ağır anlarımda oğlumun gözləri, qızımın gülüşləri məni sakitləşdirir. Sadəcə öz övladlarımı deyil, bütün uşaqları sevirəm...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci ilin bu günü BMT-nin Baş Assambeleyası bu günün qeyd olunmasını rəsmən qərara alıb. Dünyanın ikiüzlü və saxtakar olmasının daha bir nümunəsi. 1950-ci ildən bu yana milyonlarla günahsız uşaq müharibə və münaqişələrdə, terrorda öldürülüb. Aclığa və qəzaya qurban gedənlər, itkin düşənlər və orqan mafiyalarının qurbanı olanlar da milyonlarladır. Dünya bir tərəfdən uşaqların müdafiəsi üçün minlərlə tədbirlər həyata keçirir, bir tərəfdən də uşaq pornosu sürətlə yayılır, milyonlarla günahsız körpə doğulmadan məhv edilir, abort qurbanı olur.

1924-cü ildə ilk dəfə uşaqlarla bağlı xüsusi bəyannamə qəbul edilib. Bu bəyannamədə çox açıq şəkildə deyilir: "Bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Amma bəşəriyyət, insanoğlu bunu bacarmır. Hələ də dünyada əməyi istismar olunan, cinsi zorakılığa qurban gedən uşaqlar var. Ən çətin işlərdə işlədilən, aclığa və yoxsulluğa tərk edilən uşaqlara görə hamımız vicdanımız qarşısında cavabdehlik daşıyırıq. Uşaq hüquqlarının müdafiəsini düşünən də bəşər oğludur, uşaq pornosunu çəkib internetə yerləşdirən də, “uşaqlara qayğısız və təhlükəsiz bir dünya” çağırışını edən də insandır, Xocalıda, Suriyada, Yəməndə, Qəzzada, Myanmada uşaqları bombalayan, yandıran, güllələyən də insandır. Dünya hər şeydə olduğu kimi uşaqlara münasibətdə də qəddardır, ikiüzlüdür.

Dünyanın harasında olursa-olsun öldürülən, yoxsulluqdan əziyyət çəkən, acından ölən və istismar edilən uşaqlar mənim yuxumu qaçırır.

Bu günlərdə ölkəmizdə zorlanaraq öldürülən 5 yaşlı körpənin faciəsi məni elə sarsıtdı ki, görüşəndə övladlarımın gözlərinin içinə baxa bilmədim. İnsan olduğumdan utandım. Yaxşı ki, oğlum və qızım bu hadisələrdən xəbərsizdir. Ən çox da oğlumun suallarından qorxuram. Bakıdakı məlum yanğın hadisəsindən iki-üç gün sonra birinci sinfi yenicə bitirmiş oğlum, “Ata, uşaqların evdə yanmasına ataları niyə imkan verir ki?” sualına cavab tapa bilməyəndə acizlik bürüdü məni.

Bir dəfə də Xocalı soyqırımın ildönümündə efirdə göstərilən kadrları görüb üstümə qaçmışdı: “Ata, uşaqları niyə öldürürlər? Dəcəllik etdikləri üçün? ”

Onun başını yozmağa çalışdım. Amma gözlərindəki qorxunu və sualı heç vaxt unuda bilməyəcəm. Uşaqların niyə öldürülməsini uşaqlara necə izah etməli?

Bu cümlə sosial şəbəkələrdə tez-tez paylaşılır. Xüsusən də soyqırımılarının ildönümündə; deyəsən fələstinli uşağın yaralanandan sonra anasına verdiyi sualdır: "Ana, uşaqları balaca güllə ilə öldürürlər ?"

Uşaqların sevgiyə, qayğıya, müdafiəyə və qorunmağa ehtiyacı var. Bu gün bütün bəşəriyyət, bütün insanlıq uşaqları qorumaq və müdafiə etmək üçün birləşməli, səy göstərməlidir.

Təkcə bu gün deyil, ilin bütün günü uşaqlar müdafiə olunmalıdır. Günahsız və tərtəmiz körpələrin gözyaşları axmasın deyə, dünyadan bixəbər uşaqlar öldürülməsin deyə insanoğlu hər gün bu barədə düşünməlidir...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Faiq Ağayev Arif Quliyevdən yazdı - Foto
10:17 07 May 2021
Müharibə futbol kimidir - Cəbrayıl Dövlətzadə haqqında roman
09:00 07 May 2021
Arif Quliyev vəfat etdi
01:53 07 May 2021
“Karlson” tamaşası onlayn göstəriləcək
19:00 06 May 2021
“Səhnədə” adlı müsabiqə elan olunub
18:35 06 May 2021
Yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – İslam Rzayev Zeynəblə oxumaqdan niyə imtina etmişdi? - Video
18:10 06 May 2021
“Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olundu
17:21 06 May 2021
Kim bizi görüşdürüb öpüşdürə bilər? - Elzadan yeni şeir
16:36 06 May 2021
“Ata-anamın tanımadığı bir oğlanın qoluna girib getdim, yaxşı da elədim!” – Müsahibə
16:01 06 May 2021
Gənc yazıçının kitabı çap olundu
15:09 06 May 2021
Herman Hessenin povesti Azərbaycan dilində
14:36 06 May 2021
O qızın mənim 20 yaşımdakı barmaqları – Ulucay yazır...
13:50 06 May 2021
“Mənim arvadım sənin nəyinə lazımdır?!” – Ailəsindən qışqıra-qışqıra danışan “bomj” - Reportaj
13:10 06 May 2021
Tanınmış türk yazıçı vəfat etdi
12:25 06 May 2021
Aktrisa teatrların açılması ilə bağlı müraciət etdi: Görün nə cavab aldı?
11:52 06 May 2021
Meyxanaçı Kərim ağır vəziyyətdədir - Həkimlər evə qaytardı
11:21 06 May 2021
Fikrət Qoca getdi, geridə nəyi qaldı?
10:59 06 May 2021
Yazıçılar Birliyindəki balacaboy kişinin zarafatı – İngiltərədən yazırlar...
10:24 06 May 2021
Misirdə Azərbaycan rəssamlarının sərgisi açıldı - Foto
09:35 06 May 2021
Abırsızlıqla azadlığın sərhədi itəndə – Sevda Sultanova "Həmin Zaur"dan yazır...
09:01 06 May 2021