writer1

Kənan Hacı

Məqalə sayı

193
clock10:00 calendar-gray 01 İyun 2015 view-gray179 dəfə oxunub
view-gray179 dəfə oxunub

İnhisara alınan kitablar

Bu yazını çoxları küyə getmək kimi qəbul edəcəksə, qoy etsinlər. Qoy mənə küyə gedən desinlər, bəri başdan deyim ki, bu, məni qətiyyən narahat etmir. Məni çox ciddi şəkildə narahat edən bir məsələ var, o da kitabın yanında olan insanların kitabın arxasına keçib ona arxadan balta vurmasıdır. Son bir neçə ildə “Əli və Nino” kitab mağazalarında yerli müəlliflərin kitablarının həmişə dərsini bilməyən uşaq kimi küncə qoyulduğunu görəndə ürəyim ağrıyıb. Öz yazıçılarımıza qarşı bu diqqətsizliyi heç vaxt həzm edə bilməmişəm.

Rusdilli yazarlara göstərilən diqqət, onların nəfis tərtibatlı kitablarının mağazanın ən görkəmli yerində qərar tutması məni həmişə qıcıqlandırıb. Bəs görəsən bu ayrıseçkilik nədən, hardan qaynaqlanırdı? Mən hələ o kitab müəlliflərinin ciddi ədəbiyyata nə qədər dəxli olub-olmamasını bir tərəfə qoyuram. Hamımız bilirik ki, bu adamların ədəbiyyatla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Burası məlum.

“Atamın sevgilisi” kitabım 2012-ci ildə “Ol” nəşriyyatında çap olunub. Kitab yenicə çapdan çıxmışdı. Nigar xanıma zəng etdim ki, kitablarımdan sizin mağazaya da vermək istəyirəm, mənə indi adını unutduğum bir xanımın nömrəsini verdi ki, onunla əlaqə saxlayın. Həmin xanıma zəng vurdum, dedi ki, 10 nüsxə gətirin. Mən də 10 nüsxə aparıb verdim. Məni tanıyanlar bilir ki, şəhərin kitab mağazalarında çox tez-tez oluram, bəzən günaşırı “Əli və Nino”nun müxtəlif məkanlarda yerləşən mağazalarına baş çəkir, “Qanun” nəşriyyatında çıxan yeni tərcümə kitablarını alıram. Hər dəfə mağazaya girəndə ən azı 2-3 kitab alıram. Mən bu üç il ərzində bu mağazaların heç birində onlara verdiyim kitabıma rast gəlmədim.

Bu kitabın da reklamıyla xüsusi məşğul olmuşdum. İndinin özündə də Facebookda məndən dəfələrlə həmin kitabın harda satıldığını soruşurlar, “Əli və Nino”nun ünvanını verirəm, sonra mənə yazırlar ki, biz sizin kitabınızı orada tapa bilmədik. Bir neçə dəfə Nigar xanımın verdiyi nömrəyə zəng vurub demişəm ki, axı mənim kitabım mağazalarda tapılmır. Bu yaxınlarda zəng vurdular ki, gəlin kitablarınızı aparın, anbarda yerimiz yoxdu. Məlum oldu ki, bu kitablar üç il ərzində heç vaxt vitrinə qoyulmayıb. Mənim kitabımı almaq istəyən oxucular mənə yazırdılar və deyirdilər ki, satıcı deyir, bizdə belə kitab yoxdur. Məcbur olub özüm kitablarımı onlara çatdırırdım.

Son hadisə də “Əli və Nino”nun yerli yazıçılara ögey və biganə münasibətini bütün çılpaqlığı ilə ortaya qoydu. Mağaza Qan Turalının yeni hekayələr kitabının satışından imtina etdi. “Əli və Nino”nun yerli yazarlara münasibəti göz-görəti 180 dərəcə dəyişib və bu da səbəbsiz deyil. Bu, artıq kitabın da inhisara alınmasının göstəricisidir. Onsuz da maddi çətinliklərlə uğraşan yazarların əlindən son ümidi də alırlarsa, onların kitablarının satışından imtina edilirsə, demək, vəziyyət çox ağırdır. Düşünməmiz lazım, nə etməli?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020