Fransanı heç nə kitab qədər fransızlaşdıra bilməz

Fransanı heç nə kitab qədər fransızlaşdıra bilməz
26 may 2015
# 11:02

Mayın 25-də “Gənclik və Maarifçilik” ictimai birliyinin icra etdiyi “Bilik biliyə ehtiyac yaradır” adlı mütaliə mədəniyyətinin yüksəldilməsinə ictimai dəstək layihəsinin ilk tədbiri keçirildi. Kulisin məlumatına görə tədbirdə müxtəlif ali məktəblərin tələbələri, ictimai birliklərin nümayəndələri, mətbuat təmsilçiləri iştirak edib.

İctimai birliyin təmsilçisi Mehman Kərimov son illər ölkədə kitaba marağın kəskin azalmasının səbəblərindən danışıb. O, kitabın, mütaliənin təbliğinin ölkədə çox aşağı səviyyədə olduğunu bildirib: “Müasir dövr intellekt heç bir dövrlə müqayisə olunmayacaq dərəcədə müəyyənedici rol oynayır. Nəşr edilən kitabların böyük əksəriyyətinin tirajı 500-1000 civarındadı. Bu ölkədə mütaliə zövqünün kifayət qədər aşağı olmasının göstəricisidi. Təkcə Bakı şəhərində 100 mindən çox tələbə təhsil alır, amma böyük ehtimalla onların 1 faizi belə kitab oxumur. Paytaxtda çox az – 10 kitab dükanı fəaliyyət göstərir. Kitab satışı mərkəzlərinin sayı son 20 ildə kəskin şəkildə azalıb, müşahidələrimizə görə əksər rayonlarda kitab dükanları yoxdu.

Bütövlükdə bu vəziyyəti biz, kifayət qədər kritik olaraq qiymətləndiririk. Oxucu passivliyi bu problemin əsas komponentlərindəndi. Ümumiyyətlə bu sahədə ciddi bir sistemsizlik və kortəbiilik mövcuddur. Hesab edirik ki, kitaba münasibət, mütaliə mədəniyyəti hər bir ölkənin inkişafında strateji məsələdi.

XVIII əsr filosoflarından Volter yazırdı ki, Fransanı heç nə kitab qədər fransızlaşdıra bilməz. Qeyd etmək lazımdı ki, mütaliə zövqü və bütövlükdə kitaba münasibət müasir cəmiyyətlərinin əsas rəqabət göstəricilərindəndi. Təcrübə göstərir ki, kitab mütaliəsi ictimai mədəniyyətin, ictimai əxlaqın yüksəldilməsinə zəmin olur.

Kitab oxumanın geniş sosial vərdişə çevrilməsi hər bir cəmiyyət üçün faydalıdı. Bu zəruri ictimai dialoq və birgəyaşayış qaydalarının təkmilləşməsinə xidmət edir. Müasir həyatı mütaliəsiz təsəvvür etmək çox çətindi.”

Tədbirdə çıxış edən filosof və tədqiqatçı, Müşfiq Şükürov kitab oxumanın şəxsiyyətin formalaşması, həyatda və dünyada öz yeri tapması üçün misilsiz önəm daşıdığını qeyd edib. İnsana hər hansı bir kitabı oxumağı təklif etmək fikrindən uzaq olduğunu deyən filosof bunun hər bir insanın axtarışılarının nəticəsi ola biləcəyini və bu axtarışların bitməyən bir mənəvi proses olduğunu bildirib.

İctimai medianın ən fəal təmsilçilərindən olan yazıçı-publisist Coşqun Eldaroğlu müasir Azərbaycan cəmiyyətində kitaba münasibətin müxtəlif aspektlərini təhlil edib. Bu gün ölkədə kitab oxumaqla, mütaliə ilə çox şeyə nail olmağın qeyri-reallığını deyən yazıçı kitaba hazırkı total laqeyd münasibətin dəyişdirilməsinin yolları haqda danışıb. O, bildirib ki, kitab oxumayan cəmiyyət və xalq kifayət qədər təhlükəlidir.

Tədbirdə iştirakçıların sualları müzakirə edilib, mövcud vəziyyətin, mütaliə mədəniyyətinin yüksəldilməsinin müxtəlif amilləri təhlil edilib.

# 2751 dəfə oxunub

Oxşar xəbərlər

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

12:00 28 sentyabr 2026
27 sentyabr Azərbaycanda Anım Günüdür

27 sentyabr Azərbaycanda Anım Günüdür

10:30 27 sentyabr 2026
Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının  Stalinlə müsahibəsi

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi

10:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər