writer1

Ömər Xəyyam

Məqalə sayı

47
clock12:16 calendar-gray 25 May 2015 view-gray907 dəfə oxunub
view-gray907 dəfə oxunub

Xarakteri dəyişən insanın ruhu varmı?

Rəhimli və Uca Allahın adıyla…

...sonra öz ruhundan ona üfürdü

Xoşbəxt olmaq istəyiriksə, həyatın cisimdə deyil ruhda olmasına inanmalıyıq.

L.N. TOLSTOY

Müsəlmanlar ruhun maddəyə çevriləcəyinə inanır, amma maddənin ruha çevriləcəyinə inanmazlar. Ruhun maddədən deyil, daha üst ruhdan (Allahdan) gəldiyinə iman edərlər. Oxuduqlarıma söykənib, bir-iki məsələ haqqında yazmaq istəyirəm, Uca ruh kömək olsun. Görək başımıza nə gəlir.

Ruh-bədən əlaqələri

(şübhələrim)

Müsəlmanların ruh dedikləri (biz ona gəlişmiş şüur, beyin deyirik) maddi bir orqanın (beynin) məhsuludur. Beyin ölərsə o da ölər. Onlara görə beyin ölərsə, ruh əbədi yaşayacaq. Deyirlər ki, ruh bədənlə heç bir əlaqəsi olmayan varlıqdır. Di gəl ki, balaca başım söhbətin bu yerində əndirabadi şübhələr icad edir.

Beyin ölümü

Maraqlanıb kifayət qədər belə faktlar tapa bilərsiniz. Beyni ölən insanın ürəyi yenə döyünür, nəbzi hələ də atır. Bu vəziyyətdə ruh hara gedir? Beyni ölən insanın ruhu ürək döyüntüləri dayanana qədər olan müddətdə nə işlə məşğul olur, hansı deşikdə gizlənir? İnsan hələ də canlı olduğu üçün ruhu bədənindədir demək. Sadəcə beyin bütün funksiyalarını bağlayıb. Beyin ölüb deyə, ruh da qaranlıqlara gömülmüşdür! Yox, əgər beyin öldüyü üçün ruh bədəni tərk edirsə, deməli canlı olmaq üçün ruh önəmli deyil.

Amneziya

Yaddaşını itirən bir insan təsəvvür edin. Ruh əgər bədənlə əlaqəsi olmayan bir varlıq isə, o zaman yaddaş pozuntusu yaşayan birinin ruhu bu vəziyyətdə hara gedir? Uzun müalicə müddətindən sonra yaddaşı qayıdan insanın ruhuna Allah olub-keçənləri yükləyir?

Beyin əməliyyatı

Beyin əməliyyatı zamanı həkim beynin elə bir nöqtəsinə toxuna bilər ki, insanın xarakteri dəyişər. Bu tibbdə müəyyən faktlarla sübut olunub. Beynin məlum nöqtələrinə barmaq eləyib xarakterə təsir etmək olur. Xarakter beynə toxunuşla dəyişdirilirsə ruh axirətdə nə üzərindən sorğu-sual ediləcək?

Yaşamdakı fəaliyyətlər, bioloji tələbatlar, maddi proseslərdən əldə etdiyimiz bilgilər, başqa insanlar və təbiətlə qarşılıqlı münasibətlərdən var oluruq. “Mən” anlayışını və xarakteri belə qazanırıq. Bütün bunlar bilgi və düşüncə torbamızı doldurur . Ruhu bədəndən ayrı düşünmək – xarakterin, ”mən”-in, yaşam təcrübəsinin, tələbatların və doğuluşdan bu vaxta qədər qazanıb, formalaşdırdığın beynin (ağıl, yaddaş, zehin) yox olmasıdı. Bu mümkün deyil! Ruhu bədəndən ayırsaq-ruh deyəndə beyin nəzərdə tuturam -geridə heç nə qalmaz, ruh dediyimiz heç olur!

Ruh yaddaş və ağıl da deyil. Ruh=ağıl+yaddaş (beyin) prinsipi də ya yanlışdır. Yaddaş və ağıl ruhun (beynin) istifadə etdiyi vasitələr ola bilər. Bizi formalaşdıran beyin və onun ünsürləri olan yaddaş , ağıl, düşüncə deyil. Bunu qəbul etmək də gülməlidi. Beyin nə bilir ki, ürəyə qan getməsə öləcək? Bu ünsürlər bir enerjinin təsiriylə işləyir. Onun adı dəqiq bilmirəm nədi- ağsaqqallardan Allah kimi eşitmişəm. Amma və lakin həmin enerjinin bizdən kənarda deyil, bizdə olmasını qəbul edirəm. O enerjinin bədəndə işləməsi üçün beyindən istifadəsini qəbul edirəm. Düşünürəm ruh ona görə əbədidir ki, beynimiz ziyan görərsə o enerjidən düz-əməlli istifadə edə bilməyəcək-bu ruhun (enerjinin) olmaması anlamına gəlməz. Beyin ölüncə enerji bədəndə əlsiz-qolsuza çevrilir. Amma bədəndən ayrılıb göylərə getmir.

Gecələr ay işığı təsəvvür eləyin. Müxtəlif ölkələrdə su üzərində əks olunur. Milyonlarla şəhərdə, milyardlarla kənddə eyni zamanda ay işığı. Amma cəmi bir ay var. Ruh da məncə belədir. Bütün canlılarda ruhsal enerji qaynağı bir ruhdan təsirlənir. O bizdədir. İçimizdə. Bölünməz, parçalanmaz və göylərə getməyən.

Ölmüş beynin o bədənlə bir əlaqəsi olmaz. Bədənin beyin ölümündən sonra həyatda qalmasının səbəbi də ruh deyil, pranadır. Prana Şərq fəlsəfəsində təbiətin vital enerjisi olaraq adlanır. Simvolik olaraq mənbəyi günəş kimi göstərilir. Bədəni kompüterlə əvəz edək, beyin də kompüterin sistemidir. Beyin öldüyü zaman, kompüter işləməyəcək. Təsəvvür eləyin ki, prana elektrik enerjisidir (adaptır-zaratka- müəllif). Kompüterin sistemi yanıb, amma enerji axını davam edir.

“Mən” anlayışının ruhun (beynin) özüylə heç bir əlaqəsi yoxdur. “Mən” saxta məhfumdur. O, heç zaman var olmayıb. Bu, su damcısının okeandan ayrılıb, “su damcısı” adıyla ortalıqda atılıb-düşməsinə bənzəyir. Əslində o yenə okeandan bir parçadır, bu və ya digər formada okeana qayıdacaq. “Mən” anlayışı da özünü maddi dünya və eqo ilə doldurmuş ruhun cəhalətidir. Bu cəhalətin yox olma prosesi şərq dinlərində “nirvana” adlanır. Su damcısı əvvəl-axır okeana qayıdıb, bütünləşəcəyini, okeanda itəcəyini, ya da okeanla bir arada olacağını dərk etsə, ortada “mən” anlayışı qalmaz, eqo əriyər, tək qalan şey ruhun(beynin) özü olan xoşbəxtlik, və bilgidir. Amma “mən” yoxdursa kim dərk edəcək (aşkarlayacaq) bu sonsuz xoşbəxtliyi?

(ardı var)

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Falçı ona cavan öləcəyini söyləmişdi – Zərdüşt Şəfinin kədərli həyatı
21:00 03 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
19:00 03 Avqust 2021
Anar Kərimov Yunus Əmrə İnstitutunun nümayəndə heyətini qəbul edib
18:41 03 Avqust 2021
İki dil bilmək uşaqların nitqinə ziyandırmı?
18:21 03 Avqust 2021
Dünya bir pəncərədir - Rasim Nəbioğlu yazır
17:42 03 Avqust 2021
Eyni səngərdə döyüşən ata-oğul, ərinin tabutuna girən qadın, əkiz qardaşların əkiz məzarı - 44 günlük müharibədən 44 qeyri-adi fakt
17:01 03 Avqust 2021
Aktrisanın adına saxta profil açıldı
16:34 03 Avqust 2021
Yeni sədr hər kəsi əməkdaşlığa çağırdı
15:45 03 Avqust 2021
Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə
15:01 03 Avqust 2021
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
14:15 03 Avqust 2021
Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”
13:30 03 Avqust 2021
Bir bax, başın üstə günəş doğulur – Ramiz Rövşən Şuşaya şeir oxudu - Video
12:45 03 Avqust 2021
Allaha inanmadı, 16 yaşlı qızla evləndi, oğlunun ölümündə özünü günahkar bildi - Xalq şairindən 10 maraqlı fakt
12:01 03 Avqust 2021
Öz ölümünü yazan şair - Günün şeiri
11:30 03 Avqust 2021
Qələbədən yazmaq çox çətindir
11:01 03 Avqust 2021
“Orxan Pamukun evi inanılmaz dərəcədə geniş idi” – Söhbət
10:30 03 Avqust 2021
Deyirsən, anamın yerində ayrı arvadla mazaqlaşsın? – Yeni hekayə
09:01 03 Avqust 2021
Açıq havada Kino Günü keçirildi - Fotolar
08:49 03 Avqust 2021
Azərbaycanlı şair vəfat etdi
08:08 03 Avqust 2021
"Qapalı olan həyatımın qapılarını indi açıram..." - Fəxrəddin Manafovla yubiley müsahibəsi
21:00 02 Avqust 2021