Kommunizmə haqq qazandıran rejissorun pornoqrafiya filmi

Kommunizmə haqq qazandıran rejissorun pornoqrafiya filmi
12 may 2015
# 08:00

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində yeni alman kinosunun əhəmiyyətli nümayəndələrindən biri, Henrix Böll və Günter Grassın çox əsərlərini ekranlaşdıran Folker Şlöndorfun “Tənəkə təbil” filmini təqdim edir.

Şlöndorf 1939-cu ildə Almaniyada həkim ailəsində doğulub. 17 yaşında məktəbli mübadiləsi proqramı çərçivəsində Fransaya gedib və orda 10 il yaşayıb. Parisdə litseyi bitirib, politologiya ixtisasını öyrənib və kinoməktəbdə təhsil alıb. Fransa Sinematekasında alman fiilmlərini fransızcaya çevirib və burda məşhur alman rejissoru Fritz Langla tanış olub.

Lui Mal, Jan Pyer Melvill, Alen Rene kimi nüfuzlu rejissorların assistenti olub.

1965 -ci ildə Avstriya yazıcısı Robert Muzilin “Tələbə Törlesin çaşqınlığı” romanı əsasında çəkilən “Gənc Törles” filmi Kannda FİPRESSİ-in mükafatını alıb. Yeni alman kinosunun manifestlərindən birinə çevrilən, başqa beynəlxalq festivallarda da mükafatalara layiq görüən film müharibəyə qədərki Avstriyada internat məktəbində bir neçə tələbənin həmyaşıdlarına sadist münasibətindən bəhs edir.

“Qəsdən törədilməyən qətl” (1967) filmində qadının onu tərk etmiş sevgilisinin qətlinin və bu qətl ətrafında baş verənlərin timsalında İkinci Dünya Müharibəsinin başlanmasında böyük rol oynamış alman xalqının günah komleksi anladılır.

San-Sebastyan festivalında mükafat almış, 1970- ci ilin istehsalı olan “Yoxsulların qəfil varlanması” XIX əsrin 20-ci illərində bir qrup kəndlinin oğurluq edərək zənginləşməsi, amma bunun çox sürməməsi haqda əhvalatdır.

1974-cü ildə Şlöndorf başqa bir alman rejissoru Marqaret fon Trotta ilə birlikdə Henrix Böllün eyni adlı romanı əsasında “Katarina Blumun itirilmiş şərəfi” adlı filmində 70-ci illərdə alman siyasətində yaranməş vəziyyətdən, sol terror təşkilatı “Qırmızı Ordu Fraksiyası”nın təsirindən danışır, eyni zamanda sarı mətbuat tənqid olunur.

Bu dramatik mövzuya rejissor yenidən 1999- cu ildə Berlin festivalında “Gümüş ayı” alan “Ritanın əfsanəsi” filmində qayıdır. O, terrorist Ritanın faciəli həyatını anladır. Şlöndorfu filmdə kommunizə haqq qazandırdığına görə ittiham etdilər.

Marsel Prustun “İtirilmiş zamanın axtarışında” romanının bir parçası əsasında ekranlaşdırdığı “Svannın sevgisi” (1984) burjuaziyaya sarkazmı ilə seçilir.

Bir sıra beynəlxalq mükafatlar alan “Doqquzuncu gün” (2004) filmi lüksemburqlu rahib Jan Bernarın xatirələri əsasında ekranlaşdırılıb.

İkinci Dünya Müharibəsi dövründə baş verən əhvalatda katolik keşiş nasistlərdən tapşırıq alır. O, yerli yepiskopa təsir etməli və onu nasisitlərin siyasətini dəstəkləməyə vadar etməlidir. Bu qərardan onun dostarının taleyi asılı olacaq. O, seçim qarşısında qalır: ideallarına xəyanət edərək özünü və dostlaını xilas etmək, yoxsa inancını saxlamaq.

Rejissorun son filmi hələ ki, 2014-cü ildə lentə aldığı, İkinci Dünya Müharibəsini əhatə edən “Diplomatiya” tarixi filmidir.

O, filmlərində müasir dövrün nəbzini tutur, İkinci Dünya Müharibəsindən sonra alman gəncliyinin böhranını göstərir, siyasi məsələləri dokumental publisist formada ifadə edir, klassik və müasir əsərləri ekranlaşdırır.

2001-ci ildən Şlöndorf İsveçrədə «European Graduate School» da kinematoqraf və ədəbiyyatdan dərs deyir.

Layihədə rejissorun 1979-cu ildə Günter Grassın eyni adli romanı əsasında ekranlaşdırdığı “Tənəkə təbil” filmini təqdim edirik.

Film nasizmin meydana gəldiyi ərəfədə, üç yaşından sonra, dünyaya etiraz olaraq böyümək istəməyən Oskar haqdadır. Daha doğrusu, biz dünyaya, böyüklərin həyatına onun gözü ilə baxırıq. Onun yeganə həmdəmi tənəkə təbilidr.

Təsvir olunan hadisələr Qdanskda polyak və almanların İkinci Dünya Müharibəsindən əvvəlki həyat tərzini, müharibə dövrünü, Oskarın Almaniyada sənətçi həyatını əhatə edir. O, dünyada baş verənləri öz baxışı ilə qiymətləndirir.

Romanı adaptasiya etmək üçün Şlöndorfa 20 il lazım olub.

Rejissor bir sıra süjet xəttini yumşaldıb, küfr motivindən qaçmağa çalışıb. Bundan başqa rejissor komik və targikomik epizodları saxlamağa çalışıb. Amma filmin əsas uğuru Oskar rolunun ifaçısı olub. Bu rolu 12 yaşlı David Bennent oynayıb. Onun kədərli və ağıllı gözləri obrazı daha simpatik edib.

Film Kannda “Qızıl palma budağı” və “Ən yaxşı xarici film” nominasiyasında Oskar alıb.

Ekranlara çıxandan sonra film Kanadada qadağan edilib. Əsas səbəb on iki yaşlı oğlanın yeniyetməlik yaşına çatmayan qızla yataq səhnəsi olub.

Amerikanın fundamental dini təşkilatları isə filmi uşaq pornoqrafiyası hesab edərək qadağan olunmasını tələb edib.

Filmə burdan baxa bilərsiz.

# 2430 dəfə oxunub

Oxşar xəbərlər

Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun  məşhur əsərləri

Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun məşhur əsərləri

14:00 11 avqust 2026
Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti   - Məşhur "All by myself"in tarixçəsi

Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti - Məşhur "All by myself"in tarixçəsi

13:30 11 avqust 2026
Cüzamlı uşaqlar,  rahiblərin nəzarətində çimənlər...  - "İşıq rəssamı"nın 3 məşhur əsəri

Cüzamlı uşaqlar, rahiblərin nəzarətində çimənlər... - "İşıq rəssamı"nın 3 məşhur əsəri

15:50 10 avqust 2026
Dini riyakarlıq və laqeydliyi hədəfə alan mahnı - "Aqualung" necə yarandı?

Dini riyakarlıq və laqeydliyi hədəfə alan mahnı - "Aqualung" necə yarandı?

14:20 10 avqust 2026
Viktoriya dövrünün ehtişamı Ceyms Tissotun məşhur tablosunda

Viktoriya dövrünün ehtişamı Ceyms Tissotun məşhur tablosunda

10:30 8 avqust 2026
Faşistlərin  və  kilsənin qəzəbinə səbəb olan rəssam  – Onun əsərləri niyə qadağan edilmişdi?

Faşistlərin və kilsənin qəzəbinə səbəb olan rəssam – Onun əsərləri niyə qadağan edilmişdi?

16:25 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər