Nəcəf bəy Vəzirov yad edildi

Nəcəf bəy Vəzirov yad edildi
24 aprel 2015
# 15:25

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tədbir keçirilib. Kulisin məlumatına görə tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru - fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev açıb.

O, qonaqları salamlayıb, iki ali təhsil ocağı arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib.

Daha sonra çıxış edən ADMİU-nun müəllimi, teatrşünas Elçin Cəfərov Nəcəf bəy Vəzirovun yaradıcılığı, görkəmli ədibin Azərbaycan teatr sənətindəki yeri haqqında danışıb. Nəcəf bəy Vəzirovun dramaturji yaradıcılığının estetik parametrləri haqqında ətraflı məlumat verən teatrşünas fikrini Ü.Hacıbəyovun fikirləri ilə bitirib: “Nəcəf bəy cənabları, siz həmişə diri qalacaqsınız. Dünyada siz əkdiyiniz ağacların meyvələrinin toxumlarını külək müsəlman aləminin səhralarına səpib, göyərdib, minlərcə Nəcəf bəylər yetirib, gözəl niyyətlərinizi daha da rövnəqləndirəcəklər. Sizin adınız tarixlərin vərəqlərində səbt olunub dillərdə zikr olunacaqdır”.

Tədbir çərçivəsində Dövlət İdarəçilik Akademiyasının akt zalında Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyorluğu” ixtisası üzrə 4-cü kurs tələbələrinin (kurs rəhbəri Gülşad Baxşıyeva) ifasında görkəmli dramaturqun “Ev tərbiyəsinin bir şəkli” komediyası əsasında hazırlanmış tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru ADMİU-nun professoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Gülşad Baxşıyeva, rejissor assistenti Ayşən Mirzəyeva, musiqi tərtibatçısı Seymur İkramdır. Tamaşada ADMİU-nun “Aktyor sənəti” fakültəsinin 4-cü kurs tələbələri Elməddin Məmmədov (Bayraməli bəy), Ayaz Məmmədov (Şahmar bəy), Əbdül Məcidli (Səfdərqulu), Elmir Yusif (Rəsul) və Məhəmməd Abdulla (Əsgər) çıxış ediblər.

Sonda çıxış edən Gülşad Baxşıyeva tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. O, bütün tədbir iştirakçılarını Səda Tədris Teatrında nümayiş olunacaq “Evlənmə” tamaşasına dəvət edib. N.Qoqolun eyniadlı əsəri əsasında hazırlanmış “Evlənmə” tamaşası IV kurs “Dram teatrı və kino aktyorluğu” ixtisası üzrə təhsil alan tələbələrin diplom işidir.

# 934 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #