writer1

Ömər Xəyyam

Məqalə sayı

42
clock11:47 calendar-gray 22 Aprel 2015 view-gray262 dəfə oxunub
view-gray262 dəfə oxunub

Tənhalıq kimə lazımdı?

Dünən nəvəsi zəng vurub əmimə ki, bəs anamın tutması tutub, çırpır özünü divardan-divara. Zalım ciddi-ciddi “link at, baxım” - deyib. Bu əndrəbadi zəmanəni lənətə gəlsin.

Biz ki səhər acqarına, üzümüzü yumamış bir siqaret yandırarıq eynisini sosial şəbəkələrə tətbiq etmirikmi? Yuxusunu yazıb-yozduran kim, axşamkı pozalarından nəql edən kim...

Lənətə gəlmiş şəbəkələr, xəstə eləyib məni. Atamın ölüm xəbəri yolda çatmışdı mənə - rayona gedirdim. Xəbəri alar-almaz status yazdım ki, Atam öldü, rayona gedirəm. Bu bir yana qalsın, anam girib rəy yazıb ki, səbirli ol bala.

Hansısa lotu öləndə sinə daşının üstünə link yazıblar ki, bu linkə daxil olub yas mərasimini və ölüm anını izləyə bilərsiniz.

Bu Mahmud ki var, İkinci, bir dəfə kafedə danışdığım söhbəti götürüb köşə eləyib, atıb mənə redaktəyə. Demişdim ki, Üzeyir Hacıbəyov və o dövrdən ta bura qədər tanıdığımız sənət adamları heç biri Azərbaycanca düşünməyib. Azərbaycanlı kimi düşünüb dahi olmaq mümkün deyil. Düşünmək alt şüura enməkdir ki, bizlərin alt şüuru bir topa ölü mövzulardan, çürük ideyalardan ibarət.

Azərbycanlı yazar və yazarələr var xaricdə. Ki, onlar baş götürüb gediblər bizdən. Di gəl, gedib Sürixdə “nənəmin örpəyi” janrında kitablar tirajlamaqdadırlar. A kişi, Qız qalasından yazır, yol mədəniyyətindən yazır, amma azərbaycanlı kimi... Məsələnin içindən baxır məsələyə. Təfəkkür olaraq azərbaycanlıdı, fiziki olaraq sərhədləri aşıb.

O qədər şair tanıyıram ki, ölü mətnləri ağzının suyu axa-axa qafiyələndirib. Kimə lazımdı bu?

Ədəbiyyat fotoqrafiya deyil ki, olduğu kimi çəkib qoyasan sətirlərə. Duyğu sümürüsü, ayrılıq, tənhalıq kimin nəyinə lazımdı?

Ədəbiyyat dünyanı yenidən dərk etməkdi. Di gəl ki, bizimkilər illərdi çevir tatı-vur tatı prinsipiylə saç ağardır. Bioqrafik janrda esselər, kənd həyatından dastanlar bağlayır.

Biri çoban itinin kəsilmiş qulaqlarını gətirir ədəbiyyata, biri kənddəki lətifələri.

Ədəbiyyat lətifələrə uduzub!

Bizim kənddəki Möhübbət kişinin dramatik sevgi hekayəsi avropalıya nə qədər maraqlı ola görən?

Bəşəri ideyalar, qlobal məsələlər 1258 köynək uzaqdı ədəbiyyatımızdan.

Qocalara ümid yoxdu. Bənövşəyi qalstuk bağlayıb, qarından eyvan düzəldən ölüb zatən. İyirmi il bundan əvvəl ölüblər, torpaq da götürmür leşlərini.

Baxırsan otuz yaşı var, yapışıb tarixdən, bioqrafiya yazır.

Daş başına!

Ona qalsa monqolların o boyda imperatorluğu vardı, indi acından dabanlarını gəmirirlər. Tarix ölü mətndi! (Biri mütləq çıxıb yazacaq ki, tarixin bilməyən nadandır).

Roman kitabları Quran qədər müqəddəsdi! (Roman deyirəm e, söhbət bozbaşdan getmir)

Avropalıya dolma bükməkdən, kəlağayıdan bəhs etmək deyil ədəbiyyat.

Dünya aşıq şeirimizlə, dastani-lətifeyi-xocanəsrəddinimizlə tərs-mütənasibdi.

Ayaqüstə kirayə qalan, 50 il bundan əvvəl ölmüş yazarlar var, iyləniblər. Süpürüb atmaq lazımdı tarixin zibilliyinə.

Neynəmisiz ki? Barmağını qatla ki, filan şey eləmişəm.

Sizi and verirəm bərəkətə, Facebookda “SÖZ NURU” səhifəsini tapın. Bir qrup bozbaş kişi və evdar qadının soğan-turşu janrında icmasıdır. Götürün dəftərlənizi də ....!

Reklam üçün söz atmıram e, məni sizdən çox adam tanıyır, Şəhriyarın ölmüşü.

A kişi ölmüsüz siz!

Virus yayılır sizdən gənclərə də. Gedin gömün özünüzü!

Ədəbiyyatda nə qədər 70-dən əvvəl doğulmuşlar var - hamısı ölü, hamısı gəzən meyit!

Tənqidçilərindən tutmuş, şairlərinə qədər - apar tulla!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021
Əfqanıstanla mədəni əlaqələr qurulur: Nazir səfirlə görüşüb
10:17 09 Aprel 2021